Daha bir universitet bağlanır? Planda yer verilmədi...
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Abituriyent” jurnalının 4-cü sayında 2026–2027-ci tədris ili üzrə qəbul aparılan ali təhsil müəssisələrinin siyahısında Naxçıvan Müəllimlər İnstitutunun adına rast gəlinmir.
“Yeni Sabah” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) magistraturaya qəbulla bağlı statistik məlumatlarında da Naxçıvan Müəllimlər İnstitutunun 2026-cı ildə magistratura üzrə qəbul planında yer almadığı göstərilir. Beləliklə, mövcud məlumatlara əsasən, institut bu tədris ilində həm bakalavriat, həm də magistratura səviyyəsində tələbə qəbulu həyata keçirməyəcək.
Bu vəziyyət isə Naxçıvan Müəllimlər İnstitutunun gələcək fəaliyyəti ilə bağlı suallar yaradır. Xüsusilə bu il qəbulun hər iki səviyyə üzrə aparılmaması “institut bağlanacaqmı?” sualını gündəmə gətirir. pizza mizza
“Yeni Sabah” məsələ ilə bağlı Naxçıvan Müəllimlər İnstitutu ilə əlaqə saxlamağa çalışsa da, sorğuya cavab verilməyib.
Məsələ ilə bağlı aidiyyəti qurumlara da sorğu göndərilib. İnstitutun fəaliyyətinin davam etdirilib-etdirilməyəcəyi, qəbulun niyə dayandırıldığı və gələcəkdə tələbə qəbulunun bərpa olunub-olunmayacağı ilə bağlı rəsmi açıqlama əldə edildikdən sonra məlumat təqdim olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 11 Avqust 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















