Daha bir yolda təhlükəli vəziyyət yaranıb Onlarla avtomobil zərər görüb
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son günlər ölkə ərazisində müşahidə olunan aramsız yağışlar yol infrastrukturuna ciddi ziyan vurub.
Milli.Az xəbər verir ki, ən kritik vəziyyət Qazax-Bakı magistralının Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, intensiv yağıntılar nəticəsində yol örtüyü bir sıra yerlərdə deformasiyaya uğrayıb, dərin çuxurlar yaranıb. Nəticədə yüzlərlə nəqliyyat vasitəsinə ziyan dəyib. Sürücülər bildirirlər ki, xüsusilə gecə saatlarında hərəkət daha təhlükəli xarakter alır.
Problemi daha da ağırlaşdıran əsas amillərdən biri isə ərazidə işıqlandırma sisteminin olmamasıdır. Qaranlıq şəraitdə çuxurların görünməməsi qəza riskini artıraraq sürücülər üçün real təhlükə yaradır.
Sakinlər və sürücülər aidiyyəti qurumları məsələyə təcili müdaxilə etməyə, yolun təmir olunması və işıqlandırma sisteminin qurulması istiqamətində operativ tədbirlər görməyə çağırır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 01 Aprel 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















