Icma.az
close
up
RU
Daha dəqiq hidrometeoroloji proqnozların verilməsi istiqamətində görülən işlər

Daha dəqiq hidrometeoroloji proqnozların verilməsi istiqamətində görülən işlər

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin qorunması sahəsində innovasiyaların tətbiqi fəaliyyətə yeni və səmərəli elementlərin daxil edilməsinə imkan verən məqsədyönlü dəyişiklikdir. Bu tip fəaliyyət müasir formanın, yeni metodların, texnologiyaların, vasitələrin inkişafı və səmərəsinin yüksəldilməsinə xidmət edir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, hazırda ötən 100 ili əhatə edən hidrometeoroloji məlumatların vahid verilənlər bazasına keçirilməsi və texniki standart baxımından eyniləşdirilməsi istiqamətində işlər aparılır. Bundan əlavə, Milli Hidrometeorologiya Xidməti tərəfindən təhlükəli hava şəraitinin vaxtında müəyyənləşdirilməsi, identifikasiyası və onların dəqiq proqnozlaşdırılması üçün 3 ədəd dopler radar sistemləri quraşdırılıb. Meteoroloji radiolokatorlar təhlükəli hadisələrlə müşayiət olunan konvenktiv buludluq haqqında etibarlı diaqnostik məlumatlar əldə etməyə imkan verir. Leysan, dolu və ildırımla əlaqədar bulud və bulud sistemlərinin hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, 1-3 saatlıq hava proqnozlarının hazırlanması üçün ən son texnoloji üsullardan istifadə edir və milyon sətir məlumatın generasiya və təhlil olunması kimi funksional imkanlara malikdir: "Növbəti mərhələ üçün bu böyük həcmli məlumatların da açıq məlumat dəsti olaraq opendata.az portalında dərc olunması planlaşdırılır. Həmçinin bu məlumatlardan daha dəqiq hidrometeoroloji proqnozların verilməsi, eləcə də növbəti mərhələdə ölkəmizin sahib olduğu super kompüterlərlə emal olunması istiqamətində hazırlıq işləri görülür. Eləcə də kənd təsərrüfatı üçün lazım olan atmosfer çirklənmələri və təbii mühitin radiasiya fonu üzrə məlumatların da növbəti ildən məlumat dəstləri olaraq hazırlanıb təqdim edilməsi nəzərdə tutulub".

Son dövrlər qlobal miqyasda müşahidə olunan iqlim dəyişmələri ölkəmizin ərazisinə də təsirsiz ötüşməyib. İqlim dəyişmələri əsasən havanın temperaturunun yüksəlməsi, yağıntıların azalması, xüsusilə də təhlükəli hidrometeoroloji hadisələrin intensivliyinin artması ilə özünü göstərir. Bu da qlobal miqyasda iqlim dəyişmələrinin, eləcə də təhlükəli atmosfer hadisələrinin baş verə biləcək fəsadlarının əvvəlcədən müəyyən edilərək əhaliyə və aidiyyəti qurumlara çatdırılması sisteminin, yəni erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsini ön plana çəkir. Bu məqsədlə Milli Hidrometeorologiya Xidmətində müasir müşahidə sistemləri tətbiq olunur, müşahidə şəbəkəsi modernləşdirilir. Belə ki, 2020-ci ildən etibarən son 3-4 il ərzində müşahidə şəbəkəmizdə 40 dəst avtomat hidroloji, 17 dəst avtomat meteoroloji, 4 dəst avtomat okeanoloji stansiya alınaraq quraşdırılmış, 2 dəst radiozond sistemi və 2 dəst dopler hava radarı istifadəyə verilib.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gözlənilən təhlükəli atmosfer hadisələri barədə xəbərdarlıqların Milli Hidrometeorologiya Xidmətində tərtib edilib və müvafiq dövlət və özəl qurumlara eləcə də əhaliyə çatdırılır: "Çoxillik müşahidələrin nəticələri göstərir ki, ölkə ərazisində ən çox rastlaşdığımız təhlükəli atmosfer prosesləri güclü küləklər, qasırğalar hesab olunur. Belə güclü küləklər əsasən Bakıda və Abşeron yarımadasında, xüsusilə də Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində müşahidə edilir. Müxtəlif dövrlərdə dəniz akvatoriyasında sürəti 40 metr/saniyəyə çatan güclü qasırğalar müşahidə edilib ki, bu da təsərrüfat sahələrinə zərər vurmaqla yanaşı, insan tələfatına da səbəb olub. Mütəxəssislərimiz təhlükəli atmosfer hadisələrinin, xüsusilə də güclü fırtınalara və qasırğalara səbəb olan atmosfer prosesləri barədə xəbərdarlıqların tərtib edilməsi və ötürülməsi ilə bağlı inkişaf etmiş Avropa ölkələrinin, eləcə də Türkiyənin təcrübəsini öyrəniblər.

Avropanın əksər ölkələrində təhlükəli atmosfer hadisələrinin "Rəng Xəbərdarlıq Sistemi" üzrə təsnifatlandırılmasına gəlincə, ilkin mərhələdə fırtına və qasırğalara səbəb olan güclü küləklər barədə xəbərdarlıqların rəng şkalasına uyğun tərtib edilir. Tərtib olunan xəbərdarlıqların hansı rəng sisteminə aid olmasının müəyyənləşdirilməsi məqsədilə mütəxəssislər ölkənin ayrı-ayrı bölgələrinin, həmçinin Xəzər dəniz akvatoriyasının iqlim şəraiti və relyefi nəzərə alınaraq "Boford" şkalası üzrə qiymətləndirilməsini aparırlar. Beaufort (Boford) şkalası 1963-cü ildə Beynəlxalq Meteorologiya Təşkilatı (indiki ÜMT) tərəfindən qəbul edilib.

Qeyd edək ki, əksər meteoroloji parametrlərdə olduğu kimi, küləyin sürətinin də təhlükəli həddi əraziyə uyğun olaraq müəyyənləşdirilir. Respublikamızın rayonları üçün (Abşeron yarımadası və dəniz akvatoriyası istisna olmaqla) sarı xəbərdarlıqlar - küləyin sürətinin 7-8 bala, narıncı xəbərdarlıq - küləyin sürətinin 9-10 bala, qırmızı xəbərdarlıq isə - küləyin sürətinin 11-12 bala çatacağı halda tərtib olunur. Bakı şəhəri, Abşeron rayonu və dəniz akvatoriyasında isə güclü küləklərin tez-tez təkrarlandığını nəzərə alaraq, sarı xəbərdarlıqlar - küləyin sürətinin 8-9 bala, narıncı xəbərdarlıq - küləyin sürətinin 10-11 bala, qırmızı xəbərdarlıq isə - küləyin sürətinin 12 bala çatacağı halda verilir. 7-8 balla qiymətləndirilən küləyin gücü saniyədə 14-20 metr, 9-10 balda 20-28 metr, 11-12 balda isə 32 metrə bərabərdir.

Təhlükəli küləklərlə bağlı xəbərdarlıqlar rəng şkalası üzrə interaktiv xəritə üzərində verilir. Xəritə Xidmətin internet saytında yerləşdirilir və mütəmadi olaraq yenilənməsi təmin olunur. Türkiyə təcrübəsinə uyğun olaraq fəlakətli hava şəraiti olan və maksimal sürəti təhlükəli həddə çatmayan küləkli ərazilər xəritədə açıq yaşıl rənglə, sürəti 8-9 bala çatan küləkli ərazilər sarı, küləklərin sürəti 10-11 bal intervalında olan ərazilər narıncı, maksimal sürəti 12 ballıq şkala ilə maksimuma çatan qasırğaların gözlənildiyi ərazilər isə qırmızı rəngdə göstərilir.

Məlumat üçün bildirək ki, "Meteo.az" mobil tətbiqini istifadə edən hər kəs olduğu ərazi üzrə hava durumu haqqında mütəmadi məlumat ala bilir. Sözügedən tətbiq vasitəsilə əhaliyə hava hadisələri barədə xəbərdarlıqlar daha öncədən bildirilir. Hazırda hava hadisəsinin hansı bölgədə baş verməsi haqqında məlumat verilir. Lakin yeni sistem imkan yaradır ki, əhalini konkret hansı ərazidə dolu, leysan, şimşək, sel və daşqın hadisələri olacağını əvvəlcədən məlumatlandırıla bilsin. Eyni zamanda, Şuşada quraşdırılması nəzərdə tutulan radar sistemi vasitəsilə Qarabağ ərazisində də baş verəcək hidrometeoroloji hadisələr Situasiya Mərkəzində vizuallaşır. Yeni tətbiq ediləcək "Rəng xəbərdarlıq sistemi" şkalası ilə küləyin sürəti haqqında qiymətləndirmə hər kəsə mütəmadi göndərilir. Küləklə bağlı tətbiq edilən bu vasitə gələcəkdə digər təhlükəli meteoroloji hadisələr üçün də sistemləşdirilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə müşahidə şəbəkəsinin bərpası və yenidən qurulması tədbirləri davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində onlarla hidroloji stansiya artıq bərpa olunub. Bunlar Araz, Bərgüşad, Tərtərçay, Oxçuçay, Həkəriçay, Tutqunçay, Zabux, Quruçay, Bəsitçay, Köndələnçay çayları üzərində hidroloji avtomatik sensorlar quraşdırılıb. 4 transsərhəd çay - Araz, Bərgüşad, Bəsitçay, Oxçuçay üzərində isə keyfiyyət sensorları yerləşdirilib. Bu sensorlar vasitəsilə suyun kəmiyyət və keyfiyyət göstəriciləri izlənilir: "2022-ci ildə "İşğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində beş dəst bütün lazımi sensorlarla təchiz olunmuş yeni nəsil avtomat meteoroloji stansiyalar Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli və Şuşa şəhərlərində quraşdırılıb. Bu stansiyalar ərazinin meteoroloji şəraitini öyrənməyə, buludluluq, görünüş məsafəsi, havanın və torpağın temperaturu, rütubəti, yağıntı, küləyin sürəti və istiqaməti və s. meteoroloji parametrləri onlayn rejimdə izləməyə imkan verir. İstifadədə olan bütün avtomat stansiyaların məlumatları hazırda Milli Hidrometeorologiya Xidmətində fəaliyyət göstərən Situasiya Mərkəzində vizuallaşır. Dövlət proqramı çərçivəsində bu il də işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, Şuşa şəhərində bir dəst dopler radar sisteminin, həmçinin Laçın, Qubadlı, Ağdərə, Xocavənd rayonlarında, eləcə də Xankəndi şəhərində daha beş ədəd müasir standartlara cavab verən avtomat meteoroloji stansiyaların da quraşdırılması istiqamətində işlər davam etdirilir.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri