Daha dörd itkin şəhid sabah dəfn ediləcək
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.
News24.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
İtkin-şəhidlərin dördü də hərbçidir. Onlar Vəliyev Murad Məlikməmməd oğlu, Abdullayev Cəlal Xankişi oğlu, Zərbəliyev Ayaz Əsgəralı oğlu, Qayıbov Vəkil Möylan oğludur.
M. Vəliyevin nəşinin qalıqları sabah saat 15:30-da Quba rayonu Nütəh kənd qəbiristanlığında, C.Abdullayev saat 12:00-da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinin qəbiristanlığında, A.Zərəbəliyev saat 14:00-da Göyçay şəhəri, Şəhidlər xiyabanında, V.Qayıbov saat 15:00-da Qəbələ rayonu, Qəmərvan kənd qəbiristanlığında dəfn ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 11 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















