Icma.az
close
up
RU
Daha neçə uşağın ahını alacaqsınız? Futbol üzrə qardaşoğlu millisi

Daha neçə uşağın ahını alacaqsınız? Futbol üzrə qardaşoğlu millisi

Icma.az bildirir, Apasport portalına istinadən.

Azərbaycan futbolunun çıxış yolu nədir? Necə edə bilərik ki, bizim də millimiz, futbolçularımız ölkəni Avropa arenalarında təmsil etsin, biz də baxaq qürurlanaq? 

Təbii ki, bunlar ritorik suallardı. Hamımız hardan başlamalı olduğumuzu bilirik. Bütün idman növlərinin inkişafı üçün diqqəti uşaqlara, akademiyalara yönəltmək lazımdır. 

Eynilə də futbolda. Gücü uşaq futboluna ayırmaq, akademiyalarda ciddi iş rejiminə keçmək lazımdır. Diqqətimizi Premyer Liqa və əsas milliyə yönəltdikcə aşağı yaş qruplarındakı istedadların 90 faizini itiririk. 

Akademiyada diqqətdən uzaq olan “vunderkidlər” öncə həmin klubun əvəzedici komandasına göndərilir. Daha sonra burdan da I və II Liqa təmsilçilərinə yollanır.

Murad Məmmədov, Edqar Ədilxanov, Rüfət Abbasov kimi futbolçular son illərdə ölkə futbolundan çıxmış gənc istedadlardır. Elə bilirsiz o boyda akademiyalardan yalnız bu üç oyunçu çıxıb? Öz gözlərimlə gördüyüm neçə-neçə istedadlar var. Sadəcə həmin yaşda onlarla məşğul olan mütəxəssislərin əksəriyyəti lazımi diqqəti, qayğını göstərmirlər.

Aşağı yaş qruplarından əsas milliyə keçid dövrü isə ən yaralı yerimizdir. Bir çox istedadlı futbolçularımız elə həmin periodda yoxa çıxır. 

U-17, U-18, U-19 millilərinin işi U-21 və əsas yığmanı futbolçu ilə təmin etməkdir. Bu mənada həmin yaş qruplarında çalışan mütəxəssislərin məsuliyyəti daha böyükdür. Daim oyunları izləməli, məşqlərə yollanmalı və yeniyetməlik dövrünün sonuna çatan gənclərlə ciddi məşğul olmalıdırlar. 

Premyer Liqada mübarizə aparan bütün klubların akademiyaları ilə daim əlaqədəyik və hər birini diqqətdə saxlayırıq. Bu mövzu ətrafında da onlarla yazı yazmışıq, dəfələrlə danışmışıq. Klubların düşüncəsi də bizimlə eynidir. Onlar da hər şeyin akademiyadan başladığını bilirlər. 

Akademiyalardan məsul şəxslərlə ən son söhbətimizdə isə ən çox bir adı eşitdik və təəccüblənmədik - Aqil Nəbiyev. Hər kəs onun işinə məsuliyyətlə yanaşdığını, 17 yaşadək futbolçulardan ibarət milliyə oyunçu seçimində şəxsən qərar verdiyini, daim bölgələrə səfər edərək məşqləri izlədiyini söyləyir.

Mütəxəssis Tovuz-Qəbələ yolunu Bakı-Sumqayıt yoluna çevirib. Həmkarlarından fərqli olaraq, sadəcə beynəlxalq turnirlərdə əlində kofe ora-bura gəzmir, daim hərəkətdə, axtarışdadır. Oyunları izləyir, yeni adlar axtarır. Bunları mən yox, bizimlə rəsmi və qeyri-rəsmi söhbətlərində akademiyaların məsul şəxsləri deyir.

Elə məsələn ötən günlərdə onun baş məşqçisi olduğu U-17 yığmamız Gürcüstandan olan həmyaşıdlarını məğlub etdi - 1:0. Nəbiyevin komandası bir daha göstərdi ki, “Azərbaycanda futbol yoxdur” fikri sadəcə bir mifdir. 

Ölkədə istedadlı uşaqlar var, onları tapmaq, inkişaf etdirmək, qorumaq lazımdır. Tapmağına tapırıq, amma qoruya bilmirik. Bunun nəticəsidir ki, bizim yeniyetmələrə uduzan gürcülərin səsi sabah Avropanın dörd bir yanından gələcək, hərəsi bir klubda çıxış edəcək. Tapmaq demişkən, Murad Məmmədov, Edqar Adilxanov, Xəyal Fərzullayev kimi futbolçuları elə məhz Nəbiyev milli səviyyəsində yetişdirib, şans verib, inkişaf etdirib.

Yaxşı, bəs bizim digər müəllimlərimiz nə işlə məşğuldur? İlham Yadullayevlər, Elxan Abdullayevlər nəinki kimisə yetişdirib, Azərbaycan futboluna qazandırmaq, heç əlinə gəlib çatan oyunçulara da fərli-başlı şans verib, ortaya çıxarmırlar. Qulağımıza çatan söz-söhbətlər isə bu adamların tanışlıqla, dostluqla milliyə oyunçu seçdikləridir. Ayıb deyilmi? Yeyib-içməklərə, məclislərə görə, "bəlkə nə vaxtsa mənim də buna işim düşər" prinsipinə görə milliyə oyunçu seçərlər?! Filankəs qardaşoğludur, filankəs dostumuzun oğludur... Daha neçə uşağın ahını, valideynin qarğışını alacaqsınız? Daha neçə il mundiallarda oturub Gürcüstan, Özbəkistan millisini izləyib, köks ötürəcəyik?

Əlqərəz, futbolumuzda müəyyən kadr problemi var, bəli. Amma bacarıqlı şəxslər də az deyil. Ümid edək ki, öyrəşdiyimiz kimi yaxşılar pislərin təsirinə düşüb pis olmaz, pislər yaxşılara baxıb, utanar, vicdan əzabı çəkər. Ya pencəyini götürüb, çıxıb gedər, ya da işini vicdanla görər...

Sabiq "Qarabağ"lı vətəninə qayıtdı - Birinci Liqada çıxış edəcək Millinin məşqçiləri nə iş görürlər? - Akademiyalardan soruşduq Martinez tarixə düşdü - 1 gecədə 2 rekord Bəxtiyar Musayev: "Oser faciəsi" təkrarlana bilər" AFFA Premyer Liqa klublarının tibbi heyəti üçün seminar keçirib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri