Daha üç girov azad edildi
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
HƏMAS tərəfindən azad edilən, aralarında rusiyalı Aleksandr Trufanovun da olduğu üç girov İsrail Müdafiə Qüvvələrinin müşayiəti ilə İsrail ərazisinə keçib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusunun teleqram kanalında məlumat verilib.
“Geri qayıdan girovlar hazırda İsrailin cənubundakı ilkin qəbul məntəqəsinə gedirlər və burada ailə üzvləri ilə görüşəcəklər”, - məlumatda bildirilib.
Qeyd edək ki, yanvarın 19-dan Qəzza zolağında İsrail və HƏMAS arasında fələstinli məhbusların müqabilində israilli girovların azad edilməsinə dair razılaşma çərçivəsində əldə olunmuş atəşkəs rejimi qüvvədədir.
Baxış sayı:83
Bu xəbər 15 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















