Icma.az
close
up
RU
“Daily Sabah”: Azərbaycan, Türkiyə və Pakistan biri birini tamamlayan strateji tərəfdaşlar

“Daily Sabah”: Azərbaycan, Türkiyə və Pakistan biri birini tamamlayan strateji tərəfdaşlar

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 noyabr, AZƏRTAC

Dünya “güc siyasətinə” qayıtdıqdan sonra Türkiyə, Azərbaycan və Pakistan yeni regional əməkdaşlıq oxu formalaşdırıblar. Bu alyansın əsas prinsipi “Üç dövlət, bir millət” ideyasıdır. Əsas məqsədləri isə xarici təhlükələri dəf etmək, suverenliyi qorumaq və qlobal qeyri-müəyyənlik şəraitində yeni güc mərkəzi yaradaraq xarici təhdidlərə qarşı möhkəm dayanmaqdan ibarətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin ingilisdilli “Daily Sabah” qəzetində siyasi şərhçi Muhittin Atamanın məqaləsində yer alıb. Müəllif qeyd edir ki, dünyada cərəyan edən qeyri-müəyyən geosiyasi proseslər orta və kiçik dövlətləri fəallaşmağa məcbur edib. Onlar təhlükəsizliyin təmin olunması məqsədilə təşəbbüslər irəli sürür, regional birliklər yaradırlar ki, xaricdən gələ biləcək təhlükələrin qarşısını ala bilsinlər.

Onun fikrincə, müasir dövrdə nə ABŞ kimi hegemon dövlətlər, nə də BMT kimi beynəlxalq təşkilatlar regional və qlobal problemlərin həllini tapa bilirlər. Buna görə də, dövlətləri birləşdirə biləcək ümumi dəyərlər əsasında yeni platformaların yaradılması faydalı əməkdaşlığın əsasını qoyur.

Azərbaycan, Türkiyə və Pakistanı birləşdirən dəyərlər kifayət qədərdir. Adətən, dövlətlər iqtisadi maraqlar ətrafında birləşərək qarşılıqlı faydalı əməkdaşlıq qururlar. Lakin son illərdə təhlükəsizlik təhdidlərinin artması siyasi ittifaqların yaranmasına səbəb olub. Bu ittifaqlar böyük dövlətlərdən asılılıqdan xilas olaraq müstəqil inkişaf yolunu müəyyən etməyə çalışırlar.

Məqalədə vurğulanır ki, Azərbaycan, Türkiyə və Pakistan təhlükəsizliyin təmin olunması üçün yeni regional birlik yaradıblar. Ümumi dəyərlər ətrafında birləşən bu dövlətlərin əməkdaşlığı İkinci Qarabağ müharibəsindən sonra daha da dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan, Türkiyə və Pakistan biri-birini tamamlayan dövlətlərdir. Azərbaycanın neft və qaz potensialı, Türkiyənin inkişaf etmiş hərbi sənayesi, Pakistanın isə nüvə silahına malik yeganə müsəlman dövləti olması bu əməkdaşlığı gücləndirən əsas amillərdəndir.

Müəllifin sözlərinə görə, üç dövlət təkcə təhlükəsizlik sahəsində deyil, həm də ticarət, enerji, nəqliyyat, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı genişləndirməlidir. Misal üçün, Türkiyə və Azərbaycan Pakistanı Türk Dövlətlər Birliyinə dəvət edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri