Icma.az
close
up
RU
Ankarasız qurulan masa: Dalana dirənən Ağ Ev Tehran böhranı

Ankarasız qurulan masa: Dalana dirənən Ağ Ev Tehran böhranı

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaşinqton və Tehran arasında yenidən gündəmə gələn danışıqların məkanı təsadüfi seçilməyib. ABŞ və İran bu dəfə Ankaranın vasitəçiliyindən açıq şəkildə imtina edərək Omanı “neytral coğrafi məkan” kimi seçiblər. Rəsmi izah sadədir: Oman vasitəçi deyil, sadəcə görüş yeridir. Lakin geosiyasi reallıq bu qərarın arxasında daha dərin və strateji səbəblərin dayandığını göstərir.

Birinci və əsas səbəb Ankaranın vasitəçi olaraq prosesə real təsir gücünə malik olmasıdır. Türkiyə sadəcə ev sahibi deyil, regional və qlobal çəkisi olan siyasi aktordur. Ankara masanın qurulduğu yerdə oyunun qaydalarına toxuna, gündəliyi dəyişə və tərəflərin manevr imkanlarını məhdudlaşdıra bilərdi. Bu isə nə Vaşinqtonun, nə Tehranın, nə də Təl-Əvivin maraqlarına uyğundur.
İkinci səbəb isə Türkiyənin əldə edəcəyi siyasi dividend qorxusudur. ABŞ–İran kimi qlobal böhran yaradan bir dosyenin Ankaranın vasitəçiliyi ilə irəliləməsi Türkiyəni təkcə Yaxın Şərqdə deyil, qlobal diplomatik sistemdə “əzilməz oyunçu” statusuna çıxarardı. Bu statusu bölüşmək istəməyən güclər Ankaranı masadan kənarda saxlamağa çalışdılar.

Oman seçimi isə bu baxımdan “təhlükəsiz zonadır”. Lakin tarix göstərir ki, Oman danışıqları sabit nəticə vermir. 2025-ci ildə ABŞ–İran dialoqunun məhz Oman platformasında iflasa uğraması və ardınca 12 günlük hərbi eskalasiyanın baş verməsi bu ölkəni “uğursuz dialoq məkanı” kimi yaddaşlara yazıb. O vaxt Ağ Evin danışıqlardan imtinası və sonradan İranın nüvə obyektlərinə endirilən zərbələr bu formatın nə qədər kövrək olduğunu sübut etdi.

Hazırkı mərhələdə isə vəziyyət daha ağırdır. Ağ Ev administrasiyası artıq yalnız nüvə proqramı ilə kifayətlənmir. Rejim dəyişikliyi və ya ən azı dərin struktur islahatları Vaşinqtonun əsas şərtlərinə çevrilib. ABŞ yaxşı anlayır ki, mövcud rejim yerində qaldığı müddətdə istənilən razılaşma Tehran üçün sadəcə vaxt qazanmaq alətidir. İran bu ssenarini dəfələrlə oynayıb və yenidən oynamaq niyyətini gizlətmir.

Bu isə danışıqları çıxılmaz nöqtəyə aparır. Çünki Tehran üçün rejim məsələsi “qırmızı xətdir”. ABŞ və İsrail isə bu xətti aşmaqda israrlıdır. Təl-Əviv üçün İranla hər hansı razılaşma yalnız sistemli dəyişikliklə mənalıdır. Əks halda, İsrail bu prosesi milli təhlükəsizliyinə birbaşa təhdid kimi görür.
Bu mənzərədə Ankaranın oyundan kənarlaşdırılması paradoksal vəziyyət yaradır. Çünki bölgədə həm İranla danışa bilən, həm ABŞ-la strateji dialoqa malik olan, həm də İsrail üzərində real təsir rıçaqları olan yeganə ölkə məhz Türkiyədir. Ankaranı prosesdən uzaq tutmaq dialoqu zəiflətmək, onu formal və nəticəsiz etmək deməkdir.

Nəticə etibarilə, Omanda başlayacaq danışıqların sonadək davam edəcəyinə dair ciddi optimizm yoxdur. Tərəflərdən birinin istənilən mərhələdə masanı tərk etməsi real ssenaridir. Əgər bu baş verərsə, bölgə yenidən hərbi-siyasi eskalasiya mərhələsinə daxil ola bilər.

Və bu nöqtədə dəyişməyən bir həqiqət qalır:

Ankaranı masadan kənarlaşdırmaq mümkündür, amma regionda sabitliyi onsuz qurmaq mümkün deyil.
Türkiyə bu prosesdə iştirak etməsə belə, onun təsiri hiss olunacaq. Çünki Yaxın Şərqin taleyi hələ də Ankarasız yazılmır.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Fevral 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri