Icma.az
close
up
RU
Dalay lamadan gözlənilməz PROQNOZ

Dalay lamadan gözlənilməz PROQNOZ

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Tibet buddizminin ruhani lideri Dalay-lama bildirib ki, o, 130 yaşdan çox yaşamağı, yəni azı daha 40 il ömür sürməyi ümid edir.

News24.az Bizim.Media-a istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.

Mənbə qeyd edir ki, bu açıqlama onun 90 illik yubileyinə həsr olunmuş mərasimdə səsləndirilib. 

Dünyanın müxtəlif ölkələrindən minlərlə inanclı Hindistanın şimalında yerləşən dağ şəhəri Dxaramşalaya toplaşıb. 

Dalay-lama onları əmin edib ki, öldükdən sonra o, yenidən bu inancın ruhani lideri kimi reinkarnasiya olunacaq:

"İndiyədək Buddadaxmaya və Tibet xalqına xeyli yaxşı xidmət edə bilmişəm. Amma hələ də ümid edirəm ki, 130 yaşdan çox yaşayacağam. Biz ölkəmizi itirmişik və Hindistanda sürgündə yaşayırıq, lakin mən bu müddətdə xeyli fayda gətirmişəm. Odur ki, burada – Dxaramşalada yaşadığım müddətcə, varlıqlara və dxarmaya xidmət etməyə davam edəcəyəm".

Jurnalistlər xatırladır ki, bu ilin əvvəlində o, 110 yaşına qədər yaşaya biləcəyini demişdi. O, artıq Tibet buddizmi tarixində ən yaşlı ruhani lider hesab olunur. 

Mərasim zamanı o əlavə edib:

"Saysız-hesabsız peyğəmbərliklərə baxanda hiss edirəm ki, Avolokiteşvaranın (mərhəmət tanrısı – red.) mənə verdiyi xeyir-dua var. İndiyə qədər əlimdən gələn hər şeyi etmişəm. Azı 30-40 il də yaşamağı ümid edirəm".

Xatırladaq ki, Dalay-lama – Tibet buddizminin ruhani liderinə verilən tituldur. O, mərhəmətin təcəssümü və Avolokiteşvara adlı bodhisattvanın (nirvanaya çatmaqdan imtina edib canlıların əzabdan qurtulmasını gözləyən varlıq) təcəssümü sayılır.

Hazırkı 14-cü Dalay-lama Tenzin Gyatso 1935-ci ildə Tibetdə anadan olub. O, 2 yaşında əvvəlki Dalay-lamanın reinkarnasiyası kimi tanınıb.

1959-cu ildə Çin hakimiyyətinə qarşı baş tutmamış üsyandan sonra Hindistana mühacirət edib və bu günədək orada yaşayır.

O, 2011-ci ildən Tibetin siyasi lideri statusundan imtina edib və bu səlahiyyəti sürgündəki seçkili hökumətə təhvil verib. Lakin hələ də Tibet buddizminin əsas ruhani siması olaraq qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see358

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see325

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see320

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see305

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see296

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see286

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see269

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see259

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see257

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see254

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see248

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see243

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see242

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see242

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see233

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see230

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see228

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see200

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see196

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri