Dama çıxan şəxsə dönər aldılar, ölüm fikrindən daşındı Foto
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə özünü öldürmək istəyən şəxs ona dönər alınmasından sonra fikrindən yayınıb.
Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müxtəlif bəhanələrlə 231 dəfə həyatını sonlandırmağa cəhd edən şəxsin 232-ci cəhdi Antalyada olub.
Polis məmurunun ona dönər almasından sonra Hasan İ. adlı şəxs qərarından daşınıb. O, həmçinin polisə dişlərini düzəltdirməyə kömək edilməsini istəyib. Polis məmurunun ona söz verməsindən sonra isə damdan enməyə razılaşıb.
Məlum olub ki, Hasan İ. Manavqatda işlədiyi oteldən pulunu ala bilmədiyi üçün belə bir addım atıb.
Gənc oğlan polisin israrları nəticəsində təxminən 1 saat sonra əlindəki bıçağı və şüşəni yerə qoyub və boynuna doladığı ipləri açıb.
Hasan İ-nin "özümü yandıracağam" deyib göstərdiyi şüşənin içərisindəki mayenin isə sidik olduğu üzə çıxıb.
Vətəndaşlar bu vəziyyətə həm təəccübləniblər, həm də gülərək reaksiya veriblər.
Sözügedən şəxsin Türkiyənin müxtəlif bölgələrini gəzərək özünü öldürməyə çalışdığı üzə çıxıb.
Billurə



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 Yanvar 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















