Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

DAMAZLIQ TƏSƏRRÜFATI NECƏ ÇÖKDÜRÜLÜB? Hesablama Palatası dəhşətli vəziyyəti üzə çıxarıb

DAMAZLIQ TƏSƏRRÜFATI NECƏ ÇÖKDÜRÜLÜB? Hesablama Palatası dəhşətli vəziyyəti üzə çıxarıb

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Damazlıq heyvandarlıq – ölkənin ərzaq təhlükəsizliyində, kənd təsərrüfatının dayanıqlığında və idxaldan asılılığın azaldılmasında əsas dayaqlardan biri sayılır. Lakin Hesablama Palatasının 2021–2023-cü illəri əhatə edən geniş audit hesabatı göstərir ki, bu sahədə illərdir heç bir real inkişaf yoxdur. Dövlət dəstəyinin artırılmasına baxmayaraq, sektor funksional idarəetmə, nəzarət, müasir seleksiya mexanizmləri baxımından elementar tələblərdən belə uzaqdır.

Hesabatı oxuduqca açılan mənzərə yalnız korrupsiya, plansızlıq və məsuliyyətsizlik deyil, həm də ərzaq təhlükəsizliyi baxımından strateji risklərdir.

Sənəddə göstərilir ki, dövlətin böyük vəsait ayırdığı yerli toxum istehsalı müəssisəsi 6 ildən sonra belə gücünün cəmi 30%-i ilə fəaliyyət göstərir. Müəssisənin nə illik fəaliyyət planı var, nə də orta müddətli strategiyası.

Bu, dövlət investisiyalarının real səmərəliliyinin yox, formal layihələrin icrasının prioritetə çevrildiyini göstərir. Bu vəziyyətdə yerli damazlıq materialının idxalı əvəz etməsi mümkün deyil.

Hesabatda qeyd olunur ki, keyfiyyət problem var, sertifikatlaşdırma yoxdur, fermer yerli toxuma inanmır. Sənəddən aydın olur ki, yerli toxum idxaldan daha ucuz olsa da, fermerlər onu alıb risk etmək istəmir. Çünki toxumun keyfiyyəti üçün müstəqil sertifikatlaşdırma agentliyi yoxdur, ferma təsərrüfatlarında üstünlük yenə idxal toxumlarına verilir. Bu isə həm yerli istehsala zərbədir, həm də ixrac potensialını sıfıra endirir.

Hesabatda bildirilir ki, toxum bankı damazlıq təhlükəsizliyinin əsas elementidir. Lakin audit göstərir ki, toxum bankı yoxdur, AMEA ilə əməkdaşlıq olmayıb, məsələ üzrə heç bir dövlət tapşırığı belə verilməyib. Bu da öz növbəsində strateji ehtiyatların sıfır olduğu anlamına gəlir.

Hesabata qeyd olunur ki, heyvan identifikasiyası və uçotu sahəsində xaos yaşanır. Belə ki, 53 min damazlıq heyvan sistemdə yoxdur. Bu, həm nəzarəti imkansız edir, həm də dövlətin xidmət haqları hesabına əldə etməli olduğu vəsaitdən məhrum edir.

Auditin ən kritik bölməsi süni mayalanmadakı xaosdur:

- İribuynuzluların 62,8%-i elmi əsaslandırılmadan, qarışıq cins toxumlarla mayalandırılıb. nəticədə 3,3 milyon manat subsidiya praktiki olaraq nəticə verməyib.

Bu, damazlıq işinin elmi deyil, təsadüfi prinsiplərlə aparıldığını sübut edir.

Sənddə bildirilir ki, 40 buğanın toxumları ilə aparılan 124 970 süni mayalanmanın cəmi 22,6%-i uğurlu olub. Normal göstərici isə 60–70% olmalıdır. Bununla belə, aşağı nəticə verən buğalar istifadədən çıxarılmayıb, onların məhsuldarlığı isə illərlə qiymətləndirilməyib.

Palata vurğulayır ki, bu fakt sektorun elmi idarəetmə prinsiplərindən tamamilə uzaq olduğunu göstərir.

Auditdə yer alan məlumatlara görə, mənşəyi bilinməyən toxumlarla mayalanma – subsidiya sistemi çöküb. Qeyd olunur ki, süni mayalanma aktlarının sayı rəsmi satışdan 47,8% artıqdır. Yəni bazarda mənşəyi bilinməyən toxumlar geniş istifadədədir. Amma buna baxmayaraq, dövlət yenə subsidiya ödəyib. Palata bildirir ki, bu fakt damazlıq sektorunda qeyri-leqal dövriyyənin miqyasını göstərir.

Hesabatda vurğulanır ki, Aqrar Kredit və İnkişaf Agentliyi üzrə vəziyyət daha dramatikdir. Belə ki: 

Vahid reqlament yoxdur;

Elektron nəzarət sistemi işləmir;

Heyvanların hərəkəti qaimələrsiz, izsiz həyata keçirilib.

Audit zamanı maliyyələşdirilmiş heyvanlardan 8-nin ölü olduğu, 5762 heyvan üzrə sənədlərlə real qiymətlər arasında ciddi fərqlər olduğu, 10,2 milyon manatlıq güzəştin risk altında olduğu və monitorinqdə 4456 heyvanın alıcı təsərrüfatlarında tapılmadığı müəyyənləşib. Palata bu vəziyyəti sistemin tam iflası adlandırır.

Bundan başqa hesabatda attestasiya mexanizminin formal xarakter daşıdığı qeyd olunur. Bildirilir ki, damazlıq təsərrüfatları kağız üzərində attestasiya olunur, seleksiya proqramlarının icrası yoxlanılmır və monitorinq aparılmır. Bu səbəbdən təsərrüfatlar real damazlıq təsərrüfatı kimi fəaliyyət göstərmir.

Auditdə vurğulanır ki, süni mayalanmanın əhatəsi 15%-dən aşağıdır, nəticədə sektorun yenilənməsi üçün azı 20 il lazımdır. Əldə olunan rəqəmlər göstərir ki, mayalana bilən heyvanların yalnız 14,6–15,8%-i süni mayalanmadan keçir, 100 heyvana cəmi 8,8 süni mayalanma mənşəli buzov düşür. Bu dinamika ilə damazlıq fondunun yenilənməsi ən azı 20 il çəkəcək.

Sənədə görə, normalda damazlıq heyvan fondunun ümumi populyasiyada ciddi çəkisi olmalıdır. Amma Azərbaycanda iribuynuzlularda – 0,5–1%, xırdabuynuzlularda – 0,2% təşkil edir Bu da öz növbəsində sektorun uzunmüddətli perspektivdə tamamilə zəiflədiyini göstərir.

Hesabatdan belə nəticə çıxarmaq olur ki, bu sahədə 5 ilin mənzərəsi dəhşətlidir. Çünki diri heyvan idxalı 68,4% artıb, heyvan sayı 11,7% azalıb, ət istehsalının artımı yalnız idxal heyvanlarının kəsimi hesabına mümkün olub. Bu da həm daxili istehsalın çökməsini, həm də xəstəlik risklərinin artmasını göstərir.

Sənəddə o da qeyd olunur ki, kiçik təsərrüfatlar sistemdən kənarda saxlanılır. Say normalarına görə, mikro və kiçik təsərrüfatların dövlət dəstəyindən faktiki olaraq tam kənarda qalmasına səbəb olur. Bu, regionlarda aqrar inkişafı iflic edir.

Hesabalama Palatası həmçinin elektron uçot pərakəndə olmasına, məlumat sistemlərinin bir-birini görməməsinə diqqət çəkib.

Hesabatın ən mühüm nəticələrindən biri də budur: identifikasiya, pasportlaşdırma və elektron uçot sistemləri inteqrasiya olunmayıb, məlumat axını natamam və ziddiyyətlidir. Bu hal nəzarəti mümkün etmədiyi üçün pozuntuların qarşısını almaq imkansızdır.

Hesablama Palatasının auditoriya nəticələri göstərir ki, damazlıq siyasəti sistemli deyil, dövlət dəstəyi mexanizmi nəticə vermir, nəzarət zəifdir, elektron sistemlər yarımçıqdır və məsuliyyət mexanizmləri işləmir.

Sektorun hazırkı vəziyyəti yalnız iqtisadi problem deyil, həm də strateji təhlükədir. Yerli damazlıq bazasının çökməsi ərzaq təhlükəsizliyini idxaldan asılı etdiyi üçün ölkənin uzunmüddətli maraqları ciddi şəkildə zədələnir.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Noyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see14020

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see813

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see274

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see241

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see203

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see183

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see156

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see134

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see134

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see132

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see131

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see130

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see129

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see128

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see127

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri