Dambrauskas heyətə 1 gün istirahət verdi
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində dünən "Orhus" ilə qarşılaşan "Sabah" səhər saatlarında Bakıya qayıdıb.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə baş məşqçi Valdas Dambrauskas komandaya bir günlük istirahət verib.
Kollektiv bu gün səhər saatlarında Bakıya dönüb.
"Bayquşlar" sabahdan məşq hazırlığını bərpa edəcək. Heyətdə zədəli və cəzalı olmaması üzləri güldürür. Zədəli olduğu üçün adı iştirak ərizəsinə salınmayan Xəyal Əliyevi nəzərə almasaq, bütün futbolçular litvalı çalışdırıcının sərəncamında olacaq.
Qeyd edək ki, "bayquşlar" Danimarkada 1:2 hesabı ilə məğlub olub. Cavab matçı avqustun 11-də Masazırda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 Avqust 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















