Dambrauskas "Sabah"ın ilk qələbəsindən danışdı
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Çempionlar Liqasındakı ilk qələbə münasibətilə hər kəsi təbrik edirəm.
Axar.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Uelsin TNS klubunu 2-0 hesabı ilə məğlub edən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında deyib.
Litvalı mütəxəssis oyunun çətin keçəcəyini əvvəlcədən bildiklərini söyləyib:
“Futbolçulara da bunu demişdik. Səbirli oynamaq vacib idi. Qarşıda bizi süni örtüklü meydançada keçiriləcək cavab görüşü gözləyir. Həmin matçda daha diqqətli və tam konsentrasiyalı olmalıyıq. Oyunun sonlarında azlıqda qaldıq. Rəqib iki top fərqini aradan qaldırmaq üçün irəli atılacaq. Biz isə onların buraxacağı boşluqlardan maksimum yararlanmağa çalışacağıq”.
O bildirib ki, ilk hissədən sonra oyun planını dəyişməyə ehtiyac görməyiblər:
“İstəyimiz boş zonalara sürətli keçidlər etmək idi. İlk qolu künc zərbəsindən vurduq. İkinci qol isə məhz planlaşdırdığımız hücumun nəticəsi oldu. İlk dəqiqələrdən oyuna nəzarət edən tərəf biz idik və düşünürəm ki, qələbəyə layiq idik”.
Baş məşqçi komandasının daha çox qol vurmaq imkanlarının olduğunu da bildirib:
“Əlbəttə, daha böyük hesablı qələbə qazanmaq istərdik. Bununla belə, 2-0 hesabı da yaxşı nəticədir. İnanıram ki, cavab görüşündə rəqib daha açıq futbol oynayacaq və bu, bizə əlavə imkanlar yaradacaq”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 14-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 07 İyul 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















