Icma.az
close
up
RU
Şəkidə yeni şəlalə aşkarlandı

Şəkidə yeni şəlalə aşkarlandı

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən 5 - 6 may tarixlərində Şəkinin Şin kəndindən təxminən 7-8 km şimal-şərqdə yerləşən və əsas sel ocaqlarından biri olan Bırkaş qolu və eyni adlı dərədə ekoloji monitorinq işləri aparılıb.

Bu barədə Axar.az-a AMEA-dan məlumat verilib.

Bildirlib ki, çay yatağındakı gətirmə konusların həcmi, suyun səviyyəsi və digər ölçmələr zamanı suyun səviyyəsinin yüksəldiyi və gətirmə konuslarının həcminin artdığı müəyyənləşdirilib.

Həmçinin Elvin Qarayev Böyük Qoruq dağının şimal yamacında baş verən səthi eroziya ilə bağlı tədqiqatlar apararkən sözügedən ərazidə heç bir elmi mənbədə qeyd olunmayan, dəniz səviyyəsindən 1290 metr hündürlükdə yerləşən və koordinatları 41°23′24″ N, 47°10′51″ E olan yeni şəlalə qeydə aldığını söyləyib. Qeyd edib ki, hündürlüyü 18 metr, eni 1.05 metr olan şəlalənin ətrafı boz qayalıq relyef olduğu üçün şəlaləyə Elvin Qarayev tərəfindən “Boz qaya şəlaləsi” adı verilib.

Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri, Qafqaz Ağabalayev vurğulayıb ki, şəlaləyə gedən yol çay yatağı boyu kanyonvari keçir, ətraf ərazilər zəngin meşə landşaftı ilə əhatə olunub. Bundan başqa sözügedən şəlalənin suyundan nümunə götürülərək Şəki REM-də laborator şəraitdə yoxlamalar aparıldığını və tərkibində 18,9° C temperaturda 8.36 pH olduğunun müəyyənləşdirildiyini bildirib.

Q.Ağabalayev bildirib ki, bütün bunları nəzərə alaraq minerallarla zəngin içməli suyun və rəngarəng meşə landşaftının mövcud olduğu sözügedən ərazinin yüksək turizm potensialına malik olduğunu rahatlıqla söyləmək mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:607
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 May 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri