“Damcılı mağarası: tarix, arxeologiya və mədəniyyət yeni nəşrlərin təqdimatı” adlı tədbir keçirilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazax, 10 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
ADA Universitetinin Qazax Mərkəzində “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Damcılı mağara düşərgəsində 2016–2023-cü illərdə yaponiyalı və azərbaycanlı arxeoloqlardan ibarət beynəlxalq ekspedisiya tərəfindən aparılmış tədqiqat işlərinə və həmin tədqiqatların nəticələrinə əsasən çap edilmiş nəşrlərin təqdimatına həsr olunmuş “Damcılı mağarası: tarix, arxeologiya və mədəniyyət – yeni nəşrlərin təqdimatı” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbirdə Damcılı mağarasının tarixi əhəmiyyəti, aparılan qazıntılar, tədqiqat prosesi və əldə olunan elmi nəticələr, burada aşkarlanmış maddi-mədəniyyət nümunələrinin Azərbaycan arxeologiyasında rolu, həmçinin beynəlxalq elmi əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları, yaponiyalı arxeoloqlar, Yaponiya Tokio Muzey Universitetinin direktoru, Yaponiya tərəfindən arxeoloji tədqiqatlara rəhbərlik etmiş professor Yoşihiro Nişiaki və Azərbaycan tərəfindən tədqiqatlara rəhbərlik etmiş tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey”, “Keşikçidağ”, “Qədim Şəmkir Şəhəri”, “Gəncə”, “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əməkdaşları, ADA Universiteti Qazax Mərkəzinin və Bakı Dövlət Universitetinin Qazax filialının professor-müəllim heyəti, Qazax rayon mədəniyyət işçiləri, təhsil işçiləri və digər ziyalılar iştirak ediblər.
Sonda qonaqlar qoruğun Damcılı filialına ekskursiya edib, burada aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan eksponatlar sərgilənib. Sərgidə müxtəlif dövrlərə aid daş alətlər, keramika nümunələri və digər maddi-mədəniyyət nümunələri nümayiş olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Avqust 2025 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















