Damir Muxetdinov Aİİ də Rusiyada Quranın tarixi və tədqiqindən danışıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, Aİİ-nin fəxri professoru, ilahiyyat doktoru Damir Muxetdinovun iştirakı ilə tədbir keçirilib.
XQ xəbər verir ki, tədbirdə Damir Muxetdinov “Rusiyada Quran: mövcudluq və tədqiqi tarixi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Rusiyada Quranın tədqiqatları tarixinin müxtəlif mərhələlərindən bəhs olunub. Quranın müxtəlif dövrlərə aid əlyazmaları, ilk tərcümələri və çap nəşrləri haqqında məlumat verilib. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Rusiyada Quranın öyrənilməsi və rus dilinə tərcüməsi ilə bağlı təşəbbüslər diqqətə çatdırılıb.
D.Muxetdinov I Pyotr dövründə Quranın rus dilinə tərcüməsi ilə bağlı görülən işlərdən, Pyotr Postnikovun və Dmitri Kantemirin Quran və İslamla bağlı elmi fəaliyyətindən bəhs edib.
Məruzədə Rusiyada Quranın ərəb dilində çap tarixinə də toxunulub. “Quran Rusiyada” seriyası çərçivəsində həyata keçirilən nəşr və tədqiqat layihələri barədə məlumat verilib. Seriyanın müxtəlif dövrlərə aid Quran əlyazmaları, tərcümələri və çap nəşrlərinin qorunması, öyrənilməsi və elmi dövriyyəyə daxil edilməsinə xidmət etdiyi qeyd olunub.
Tədbirdə Aİİ-nin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 18 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















