Icma.az
close
up
RU
Damlaları okeana çevirən yazıçı...

Damlaları okeana çevirən yazıçı...

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Hər yeni yazıçının yaradıcılığı ilə tanış olmaq dənizə getməyə bənzəyir. Orada sunamilər, dalğalar və ləpələrlə qarşılaşacağımı bilirəm. Yorulub evə, sakitliyə qaçdığım da olub. Bir daha onlara qayıtmadığım hallar olub, nə mənfi, nə müsbət fikir demək istəməmişəm. Sadəcə olaraq istəməmişəm. Bir yazıçıya, bir qələm adamına laqeydlik ən acımasız münasibət olsa da, bunun səbəbləri odur, onlardır. Necə deyərlər, gəmini sən batırdın, limanı da mən yandırdım.

Amma elə yazıçılar var, əvvəl söhbəti sənə sahili döyəcləyən ləpələr kimi rahatlıq gətirər, sonra şeirlərini dalğalar, romanlarını düşüncəni dəyişən xoşməramlı sunamilər bilərsən.

"Tale başımın üstündə səma kimidi,

Qaçıram, hey qaçıram,

Altından çıxa bilmirəm..."

Uzun-uzadı danışan, taleyini mənə anladan və heç bir enerjiyə inanmayan, özünü dəyişmək istəməyən rəfiqəmə bu misralarla cavab vermişdim. "Misraların müəllifi kimdir?" sual etmişdi.

"Kənan Hacı", demişdim. 

Həmin gündən ikimiz "Fironun dəftəti"nı başlamışdıq. Sonra "Çəhrayı qan", "Quşlar üçün karusel" bizi dəniz saydığımız, əslində okean olan dərinliyə aparmışdı. Kənan Hacının yaradıcılığı ilə tanışlıq təkcə "İki qadını ayıran pəncərə" ilə deyil, "Yağ kimi" və "Rəqqasə" ilə də davam etmişdi. Və heç zaman rəfiqəmlə bir-birimizə "Uzaqlaşın, soyuqdur" deməmişdik. 

"Sınmış budaqlardan

Qan damcılayır,

Yarpaqlar tökülür göz yaşları tək,

Son dəfə torpağı

sıxır ovucunda

Erkən quruyan ağac" şeirindəki ahəng bizi "Kölgə" kimi izləmişdi.

Kənan Hacının yaradıcılığını ilə tanış olmazdan əvvəl, mütləq o insanı dinləməlisiniz. Biz də onu dinləmişdik. Buzovnanın şirin dialektində  təkəbbürdən uzaq, sadə söhbətinin bitməsini adam istəmir, biz də istəməmişdik. Yazıçı deyir ki, yazmaqdan qabaq pozmağı bilməlidir gənc yazarlar. Müasir nəslin əsas səhvi oxucunu özündən aşağı səviyyədə görməsidir. Yazıçı oxucunun ayağına getməlidir, onun nə istədiyini bilməlidir. Sovet dövründə 70 minlə çıxan Azərbaycan yazıçıları bu gün 200 kitabını güclə satır. Bölgələrdə oxucu azlığı var.

Səsinin tonundan ədəbiyyat süzülən Kənan bəy 12-dən artıq kitabın müəllifidir. Canlı ünsiyyətin kasadlığı səbəbindən özünü təsdiq edə bilməyən insanlardan bəhs edən yazıçı, boşluğa düşən və yaşı artdıqca ərtafı tərəfindən qəbul olunmamağın acısını yaşayanlardan danışır. "Bəzən bir obrazı dörd real qəhrəmanla birləşdirirəm, tale bağlarını bir düyünlə bərkidirəm", deyir.

Sistemli dünya ədəbiyyatını oxuyan, yerli ədəbiyyatı nağıl, folklor, əsatirlə başlamağı tövsiyyə edən Kənan Hacı gecə 11-dən sonra səhərə kimi yazdığını nəql edir.

Gənclərin dil qusurları, yazılarında türk sintaksisi, qramatikasının nəzərə çarpdığını, milli yazarları xarici dilə tərcümədə çətinliklərin olduğunu, ədəbi mühitdən uzaq durmasının səbəblərini açıqlayır. Qeyri-sağlam ədəbu mühitdən uzaq qalmağı məqsədə uyğun sayır.

İlin ən yaxşı jurnslisti, yeni nəsl yazarı, "Qızıl qələm", H.Zərdabi, Hüseynzadə mükafatlarına layiq görülmüş yazıçı, bütün sadə, təvazökar insanlar kimi etdiyi tərcümələri kimsə soruşmasa, söyləyənə oxşamır. L.Tolstoy "İnsan nə ilə yaşayır", U.Eko "Naməlum O", rus və Avropa  ədəbiyyatından onlarla tərcümələr Azərbaycan ədəbiyyatı üçün gözəl hədiyyələr sayılır.

Şeirli-bayatılı, sözlü-söhbətli, təhkiyəli yazıçı ömrünə baxıram, izləyirəm və düşünürəm. Hələ ruhunda, qəlbində misralara, sözə çevriləcək  saysız damlalar var, sel ola biləcək damlalar…

Axı söhbətimin əvvəlində dənizə rast gəldiyimi zənn etdiyim halda okeana düşmüşdüm. Bu dərinliyə tək baş vurmağın asan olmayacağımı bilib, rəfiqəmi cağırmışdım. Sonra biz dünyanın ən sakit səs tonu olan, sadəliyi söhbətinin hər hərfinə don etmiş insanı dinləmişdik. 

"Özündən qaçmaq olmur"u bizə poetik, nəsrli-nəzmli başa salan "Yaddaş kartı"mızda "Atamın sevgilisi" olduğunu, hər birimizin həyatının kitab olduğunu bizə hiss etdirmişdi.

Acıları və gözəllikləri qələm olmasaydı, hara yazardıq, görəsən?! Yazıçının yaradıcılığına baxıb, bunu düşünmüşdüm.

Damlalar olmasa idi, dənizin də yaranmadığı, olmadığı kimi...

Könül Nuriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri