Icma.az
close
up
RU
Danimarka hökuməti ölkədəki ukraynalıların sayını məhdudlaşdıracaq

Danimarka hökuməti ölkədəki ukraynalıların sayını məhdudlaşdıracaq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 fevral, AZƏRTAC

Xüsusi adlandırılan qanuna əsasən, Ukraynanın müharibədən nisbətən daha az zərər görmüş bölgələrindən köçmüş şəxslər artıq Danimarkada yaşayış icazəsi ala bilməyəcəklər.

AZƏRTAC “Ekstra Bladet”ə istinadən xəbər verir ki, hökumət xüsusi qanuna dəyişiklik etmək niyyətindədir.

Rusiya-Ukrayna müharibəsindən sonra bir çox ukraynalıya Danimarkada işləmək, təhsil almaq və səhiyyə xidmətlərindən istifadə etmək imkanı verən xüsusi qanun çərçivəsində Danimarkada yaşayış icazəsi verilmişdi.

Məşğulluq Nazirliyinin məlumatına görə, 2026-cı ilin fevral ayında Ukraynadakı müharibədən zərər çəkən təxminən 48 600 məcburi köçkün bu qanuna uyğun olaraq Danimarkada yaşayırdı. Onlardan təxminən 17 800 nəfəri işləyir.

Rasmus Stoklund bildirib ki, hökumətin təklifi yalnız müharibədən daha az zərər görmüş ukraynalılara güzəşt tətbiq etməklə qalmayıb, həm də Ukraynanın səfərbərlik qanunlarının əhatə etdiyi şəxslərə də şamil olunmalıdır. Bu addım, Ukrayna hökumətinin hərbi xidmətə çağırılan vətəndaşlara Avropada yaşayış icazəsi verməmə çağırışına uyğun gəlir.

O əlavə edib: “Bu, həm də yeni gələn ukraynalılar üçün mənzil tapmaq və onların yerli icmalara inteqrasiyasını təmin etməkdə çətinlik çəkən bələdiyyələrə təzyiqi yüngülləşdirməlidir”.

Danimarka hökuməti aşağıdakı bölgələri müharibədən daha az zərər çəkən ərazilər kimi qiymətləndirib: Çerkassı, Çernivtsı, İvano-Frankovsk, Xmelnitski, Kirovoqrad, Lvov, Poltava, Roven, Ternopol, Vinnitsa, Volın, Zakarpatye, Jitomir və Kiyev.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Fevral 2026 04:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri