Danimarka Qrenlandiya məsələsində Almaniyanın dəstəyinə güvənə bilər:Berlin
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Almaniyanın maliyyə naziri Lars Klinqbeyl (SPD) Vaşinqtonun Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ilə bağlı açıqlamalarını kəskin tənqid edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, nazir Danimarkanın Qrenlandiya məsələsində Almaniya və Avropa ölkələrinin dəstəyinə güvənə biləcəyini deyib.
"Beynəlxalq hüquq tətbiq olunur. Güc qalib gələ bilməz. Buna görə də Danimarka tam həmrəyliyimizə güvənə bilər və biz bunu hər fürsətdə ABŞ-a açıq şəkildə bildirəcəyik", - deyə Almaniyanın maliyyə naziri vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmasının vacibliyini bildirib. Birinci səlahiyyət müddəti ərzində o, Qrenlandiyanı satın almağı təklif etmiş və 2025-ci ilin mart ayında onun ilhaq edilə biləcəyinə əminliyini vurğulayıb. Qarşı tərəfin bundan imtina edəcəyi təqdirdə Tramp, Danimarkanı ticarət tarifləri ilə hədələyib.
Anar
Bu mövzuda digər xəbərlər:Trampın Qrenlandiya tələbi: Danimarka geri çəkilir?
11 Yanvar 2025 22:14
Qrenlandiya müstəqilliyə doğru: Danimarka adanın ambisiyalarını tanıyır
09 Yanvar 2025 15:04
Danimarka Baş naziri: Qrenlandiya krallığın tərkibində qalacaq
03 Fevral 2025 15:06
Qrenlandiya mövzusunda Trampla danışıqlara hazırıq Danimarka XİN
13 Yanvar 2025 16:43
Danimarka Qrenlandiya uğrunda ABŞ la MÜBARİZƏ APARACAQ
15 Mart 2025 00:15
Baxış sayı:69
Bu xəbər 09 Yanvar 2026 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















