Icma.az
close
up
RU
Danimarka və Norveç suriyalı qaçqınların qəbulunu dayandıracaq

Danimarka və Norveç suriyalı qaçqınların qəbulunu dayandıracaq

Danimarka və Norveç suriyalı qaçqınların sığınacaq müraciətlərinin qəbulunu dayandırır. SİA-nın məlumatına görə, TASS bu barədə Fransanın AFP agentliyinə istinadən xəbər verir.

Danimarka Qaçqınlar Şurasının nəşrə bildirdiyinə görə, agentlik "ölkədəki qeyri-müəyyən vəziyyətə görə Suriyadan gələnlərin işlərinə baxılmasını dayandırmaq" qərarına gəlib.

Norveç İmmiqrasiya İdarəsi də vəziyyət normallaşana qədər suriyalıların işlərinə baxılmasını dayandırmaq niyyətində olduğunu açıqlayıb.

Daha əvvəl məlum olmuşdu ki, Avstriya hakimiyyəti suriyalı qaçqınlara sığınacaq verilməsini "sonrakı xəbərdarlığa qədər" dayandıracaq.

Əli Babayev

seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri