Danimarkadan Qarabağ la oyuna türk əsilli niderlandlı hakimin təyinatına SƏRT REAKSİYA
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Danimarka mətbuatı hollandiyalı, türk mənşəli hakim Serdar Gözübüyükün Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçına təyinatına kəskin reaksiya verib.
İdman.biz-in xarici mediaya istinadən verdiyi xəbərə görə, ötən həftəsonu qalmaqalın mərkəzində olan hakim bu oyunu idarə edəcək.
Jurnalistlər “Herakles” – “Sparta” oyununu xatırladaraq bildiriblər ki, hakim sərt faula görə müdafiəçiyə ikinci sarı vərəqəni göstərməyib və qonaqlar üçün VAR müdaxiləsindən sonra penalti qərarını ləğv edib.
“Sparta”nın baş məşqçisi Mauris Stayn bu qərarları gülünc adlandırıb, Niderland mütəxəssisləri isə ikinci xəbərdarlığın verilməli olduğunu təsdiqləyiblər. Bütün bunlar fonunda danimarkalılar Gözübüyükün Bakıya təyinatından narazılıq edirlər.
Qeyd edək ki, Bakıda Serdar Gözübüyüyə yan xətlərdə Ervin Zeynstra və Patrik İniya kömək edəcək. Dördüncü hakim Yannik van der Laan, VAR-da isə Rob Diperinq olacaq.
"Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.
Teymur Tuşiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 30 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















