Icma.az
close
up
RU
Menu

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

Ukraynada sülhə mane olanların adları açıqlandı

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

12 ton saxta spirtli içki ələ keçirildi

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub

DANIŞ Kİ, SƏNİ GÖRÜM (Fəxrəddin Sərrastla (Usenov) səmimi söhbət)

DANIŞ Kİ, SƏNİ GÖRÜM (Fəxrəddin Sərrastla (Usenov) səmimi söhbət)

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Xeyli müddətdir ki, təvazökar, ziyalı, ağır otur-batman gəl xarakterli, şair inanclı insan, Gəncə Dövlət Universitetinin tarix fakültəsinin dosenti Fəxrəddin Sərrastla (Fəxrəddin Usenov) Gəncə şəhərində həmsöhbət olurduq. Onun mənalı, məntiqi söhbətlərindən doymaq olmur, hər görüşdə mənə xoş təəssüratlar yaradırdı. Nəhayət, qarşımda məqsəd qoydum ki, bu nurani ziyalının daxili dünyasının qapısını mümkün olduğu qədər oxucuların üzünə açım. Budur, Fəxrəddin müəllimlə iş otağında qarşı-qarşıya əyləşib, şirin-şirin söhbətə başlayırıq:

-Salam, hər vaxtınız xeyir Fəxrəddin müəllim. İnsan üçün həyatda ən dəyərli zamandır. Öncə bu dəyərli zamanınızdan mənə ayırdığınız hissəyə görə təşəkkür edirəm. Əgər hazırsınızsa sizinlə müsahibəyə başlayaq:

- Əlbəttə İlqar müəllim, məmuniyyətlə.

- Dünyanın ən böyük filosoflarından biri hesab olunan Sokrat demişdir ki, "Danış ki, səni görüm." Sizi yaxından "görmək" üçün, buyurun özünüz haqqında oxucularımıza məlumat verin.

-"Allaha və Peyğəmbərinə(s) ən yaxın insan sözünü salamla başlayandır." Salam, İlqar müəllim. Mən Usenov Fəxrəddin Eyib oğlu 3 aprel 1946-cı ildə Qərbi Azərbaycanın Qarabağlar mahalının (sonralar Vedi adlanır) Yellicə kəndində kalxozçu ailəsində anadan olmuşam. Atam İsmayılov Eyib, anam Sura Seyyid Alməmməd qızı kalxozçu idilər. Ailəmiz 1953-cü ildə məcburi olaraq bir çox soydaşlarımız kimi doğma yurd-yuvalarından deportasiya edilmişdir. Əvvəlcə Şəmkir rayon Lenin (indiki Çinarlı) kəndində, sonra Tərtər rayonunun Qaraqoyunlu kəndində, ordan da keçmiş Kirovabad (indiki Gəncə) şəhərində məskunlaşdıq. O vaxtdan bu günə qədər Gəncə şəhərində yaşayıram. İlk təhsilimi Gəncə şəhər 15 saylı M. Əzizbəyov adına məktəbdə (8-ci sinifə qədər) almışam. 1961-ci ildə o vaxtkı Kirovabad Toxuculuq Texnikumuna daxil olub 1965-ci ildə bitirmişəm. 1965-ci ildə texnikumun axırıncı kursunda oxuyanda fəhlə-gənclər məktəbində 11-ci sinifi bitirib Həsən bəy Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) tarix fakültəsinə qəbul olunub 1969-cu ildə İnstitutu bitirmişəm. 1969-cu ildən 1983-cü ilə kimi təyinatla Sabirabad rayonunun müxtəlif kəndlərində müəllim kimi fəaliyyət göstərmişəm. Sonrakı illərdə Yüngül Sənaye Texnikumnda müəllim, Gəncə şəhər partiya komitəsində "Bilik cəmiyyətində" məsul katib vəzifəsində çalışmışam. 1991-ci ildən Gəncə Şəhər Universitetində dosent işləyirəm. 1986-cı il iyulun 14 tarixində Azərbaycan SSR Elmlər Akademiyasının tarix İnstitutunda namizədlik dissertasiyası müdafiə edib, tarix elmləri namizədi alimlik dərəcəsi adı almışam. Müdafiənin gedişatında ilk dəfə elan etdim ki, 1918-ci il Bakı şəhərində müsəlmanların soyqırımını bolşeviklərlə daşnaklar törətmişdilər. O dövr üçün adi adamlara bu sözü demək böyük təhlükə sayılırdı. O sözü işlədən şəxsi siyasi dustaq kimi ömürlük həbs cəzası gözləyirdi. O vaxtdan uzun illər keçsə də, elmi ictimaiyyətdə bu məlumat qalmışdır. Müstəqillik dövründə Gəncə Dövlət Universitetinin müəllimi Samir Pişnamazzadə Polad oğlu həmin salonda alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edərkən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin sabiq deputatı, Akademik Yaqub Mahmudov ondan soruşmuşdu: "Sizə kənar rəyi kim vermişdi?" Mərhum Samir müəllim cavab vermişdir ki: "Gəncə Dövlət Universitetinin müəllimi, tarix elmləri namizədi Usenov Fəxrəddin Eyib oğlu". Yaqub müəllim zala müraciət edərək: "Elmar müəllim, de görək Usenov bu zalda müdafiə edərkən nə bəyan etmişdi?" Elmar müəllim cavab verərək demişdir ki: "1918-ci ilin martında Bakıdakı müsəlmanların soyqırımını bolşeviklərlə daşnaklar həyata keçirmişdir". Hörmətli Yaqub müəllim deyir ki, Sovet dövrünün amansız vaxtı bu şəkildə sözü demək üstündə, o, böyük bəlalar çəkə bilərdi. İndi zaman dəyişib, sovet imperiyası devrilib. Hər kəs bu cür sözləri rahatlıqla dilinə gətirir. Qəhrəmanlıq odur ki, bu cür məlumat xarakterli sözləri o vaxt deməyə risk edəsən. Özü də bu riski taleyinin həll olunduğu bir məkanda üzərinə alasan. Bunu ancaq qəhrəmanlıq və Vətən sevgisinin təzahürü kimi qəbul edirəm.

- Bir az da, qələm yoldaşlarınız və dostlarınız haqqında danışardınız.

- Mənim yaxşı etibarlı, təmənnasız dostlarım olub, bu gün də var və ümid edirəm ki, Uca Yaradan mənə bəxş etdiyi ömür yolunda atdığım hər addımda əsl dostlar qazanacağam. Ümumiyyətlə mən dostluğa xoşbəxtlik rəmzi kimi baxıram. Bu yerdə mərhum Şıxəli Qurbanov nə gözəl deyib:

Dostdan əsirgəmə lazımsa canın,

Çalış, eldən gəlsin şöhrətin, şanın.

Bir xoş nemətidir dostluq dünyanın,

Olsa dərin olsun, üzdən olmasın...

- O dostlardan ən çox kimləri xatırlayırsınız?

- Əsl dostlardan söhbət gedirsə, onlar xatırlanmır. Əgər biri xatırlanırsa demək, o, yaddan çıxıb ki, xatırlana. Mənim xatırlanası dostlarım olmayıb çox şükür. Hər biri qəlb sarayımda əbədi təxt quran şəxslər olub.

-Ən çox hansı yazarların əsərlərini oxuyursunuz?

- Demək olar ki, klassiklərin bir çoxunu mütaliə edirəm. Ancaq bunların içərisində ən çox sevdiyim Nizami Gəncəvi, Məhəmməd Füzuli, Səməd Vurğun yaradıcılığıdır.

- Bir tarix müəllimi kimi peşənizi sevirsinizmi?

- Dahi Nizami Gəncəvi demişdir ki:

"Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan!"

İnsan hər hansı peşəyə yönəlirsə ona öz töhfəsini verməlidir, o peşənin vurğunu olmalıdır. Mənə bu peşəni sevdirən Qərbi Azərbaycanın ilk tarix müəllimlərindən biri hesab olunan əmim İsmayılov Bəhrəm Hüseyn oğlu olub və tarixin dərinliklərini, o, mənə öyrədib. Onun dərin bilgisi, sadəliyi, milli qüruru heç vaxt yadımdan çıxmaz. Bir sözlə, o, həyatda mənim ilk və son idealımdır. Mən peşəmin vurğunuyam. Tarix xalqımın keçmişi, müasir gəncliyin isə gələcəyidir. Ümummilli lider Heydər Əliyev demişdir ki: "Tarixin hər cümləsi, hər sözü bizim üçün əzizdir, toxunulmazdır! Çünki bu bizim tariximizdir, ana tariximizdir, Vətən tariximizdir! Onu olduğu kimi yazmaq lazımdır!" Uşaqlar məktəbdə öncə tarix fənninə bağlanıb, sevməlidirlər. Tarixi bilməyən özünü tanımır, keçmişindən bixəbərdir. Keçmişini bilməyənin gələcəyi olmaz. Tarix fənni mənə imkan verir ki, ədəbiyyatı mütaliə edim. Vaxt olub ki, bir tarixi faktı dəqiqləşdirmək üçün çoxlu bədii əsərlər oxumuşam. Bu həm də mənə zəmin yaradır ki, tələbələri də bu yolla öyrədirəm. Çünki, bədii əsərlərin sətirlərində gizlənən tarix daha obrazlı və yaddaqalan olur.

- Nə üçün məhz tarix elmini seçdiniz?

- İnsanın özünün tarixi (tərcümeyi-halı) olmasa, onu yalnız yaxın qohumları, ətrafı tanıyır deməkdi. İnsan var Vətən tarixidir, insan var millətinin, xalqın tarixidir, insan da var öz ailəsinin, özünün tarixidir. Nizami Gəncəvi Vətən, millət və dünya tarixidir. Biz onun əsərləri ilə tanış olanda 11 və 12-ci əsrin ictimai, iqtisadi və fəlsəfi tarixini öyrənirik, görürük və dərk edirik. Bu səbəbdən mən tarixçi olmağa qərar verdim.

- Tarixin fəlsəfəsini necə izah edərdiniz?

- Tarix yalın tarix elmi deyil, o həm də müxtəlif elmlərlə vəhdətdə yaranmış, inkişaf etmiş və sonda elm kimi təkmilləşdirilmişdir. Tarixin fəlsəfəsi, xüsusiyyətləri, qanunauyğunluğu və s cəhətləri mövcuddur. Biz hansı dövrün tarixini öyrənəndə mütləq o dövrün fəlsəfi inkişafına da nəzər salmalıyıq. Məsələn, ibtidai icma quruluşunu öyrənəndə, onun məhsuldar qüvvələrini, istehsal münasibətlərini də zəruridir ki, tədqiq edək, öyrənək. İbtidai insan ilk növbədə iqtisadi və nəzəri zəmində inkişaf edir, formalaşır, yaranır. İnsan fiziki inkişafla bərabər mənəvi cəhətdən də inkişaf edir. Bu yolla zaman keçdikcə təkmilləşir, təbii varlıqdan ictimai varlığa çevrilir. Misal: hörümçək də tor qurur, insan da. Hörümçək qurduğu tor çox zərif, cəlbedici olur, insan qurduğu tor isə nisbətən gobud və qeyri-təbii olur. Burda əsas fərq odur ki, hörümçək qurduğu tor şüursuz, özünü digər həşəratlardan qorumaq məqsədiylə qurulduğu halda, insan qurduğu tor şüurlu və özündən güclüləri ovlamaq, ram etmək məqsədiylə qurulur. Bu inkişaf dialektikasına görə nəticə çıxarsaq görürük ki, instinkt olduğu üçün hörümçək hörümçəkliyində qalır, insan isə bu prosesdə iştirak edə-edə inkişaf edir, insan kimi formalaşır. Yəni, ideyalar insanın yaradılmasında, inkişaf etməsində əvəzi olmayan rol oynayır. Bu baxımdan görürük ki, bütün tarix boyu ideyalar əvvəlcə yaranıb, sonra onlar həyata keçiriləndə maddi qüvvəyə çevrilir, yaxud gerçəkləşir. Və ya başqa müsal: İbtidai icma quruluşu içində quldarlıq quruluşunun ictimai, siyasi, iqtisadi cəhətləri ideyalar formasında ilk dəfə meydana çıxıb, reallığa çevrilmişdir.

- Kamil insan kimə deyirlər?

- Kamil insan və kamil olmayan insan var. Həyatın əsas qanunlarını dərk edən, anlayan, onu yerinə yetirən və ya reallaşdıran kamil insandır. Kamillik bütün, tam olmaqdır.

- Özünü dərk etmək üçün hansı mərhələdən keçməlisən?

- Özünü dərk etmək kamillik mərhələsidir. Həyatın nəzəri, ictimai, iqtisadi məzmunu və mahiyyətini dərk edən, ona əməl etməyi qarşısına məqsəd qoyan və bunu özündə, həyatında əks etdirən insan özünü dərk etmiş insandır. İnsan həm ictimai, həm də fiziki varlıqdır. Bu iki cəhət birlikdə olanda özünüdərk prosesi başlayır. Özünüdərk elmi, nəzəri, fəlsəfi, təcrübə cəhətləri ilə fərqlənir. Hər insan özünü dərk etmək səviyyəsinə çata bilmir. Həyatı dərk etmək, cəmiyyəti dərk etmək, məqsədi, amalı anlamaq mühüm şərtdir. Deməli özünü dərk etmək üçün həyatın bütün mərhələlərindən keçməli, bu prosesdə nəzəri, elmi təcrübələrlə zənginləşməlisən. Bu gedişatda həyat sənə təsir etdiyi kimi, sən də həyata təsir etməlisən. Dialektik inkişafda olursansa çoxlarından fərqli olaraq hər tərəfli formalaşmalısan. Daha qısa desək, Çətinə, boşa düşüb çıxmalısan. Atalar demişkən: "İgid odur atdan düşüb atlana, igid odur hər əzaba qatlana!"

- Sovet Azərbaycanın tarixi ilə müstəqil Azərbaycan tarixinin fərqini nədə görürsünüz?

- Sovet Azərbaycanın tarixi xüsusi icazə və nəzarətdə yazılıb. Bu o deməkdir ki, bu tarix sərbəst yox, sifarişli şəkildə yazılmış bir tarixdir. Bu tarixin həm müsbət, həm də məcburiyyətdən gələn yanlış tərəfləri var. İndiki tarix sərbəst və azad şəkildə yazılır. Bu tarixdə də yanlış və xeyirli cəhətlər var. İndi də, həddən artıq sərbəstlikdir. Bütün bunlara baxmayaraq bu tarix bizim tarixdir, onu gələcək nəsillərə daha təkmilləşmiş, dəqiq formasını çatdırmaq biz tarixçilərin ümdə vəzifəsidir. Nə tarixi geri qaytarmaq, nə də onu yenidən yazmaq olar. Necə deyərlər: olan olub, keçən keçib. Tarixi hadisələr həm obyektivdir, həm də subyektiv. Obyektivliyi yenidən yaratmaq, olan tarixi bu aspektə dəyişmək mümkün deyil. Məsələn: "haylar" Qərbi Azərbaycanda olan minlərlə tarixi adları dəyişdirib, yeni adlar qoymaqla, güya mövcud tarixi silirlər. Birincisi, əvvəl olan türk adları min illər öncə məhz o torpaqlarda tarixləşib. Tərixləşən tarixi geri qayıdıb təzələmək olmaz, ikincisi o milli tariximiz biz türklərə məxsusdur, üçüncüsü, indi onların qoyduqları qondarma adların heç bir iqtisadi, ictimai, siyasi, elmi tarixi yoxdur. Onların bu işi həm də özlərinin işğalçılığını elə özləri tərəfindən təsdiqləyir. Hazırda "Ermənistan"da bir nəfər də olsun başqa millətlərin nümayəndəsi, o cümlədən azərbaycanlı yaşamır. Azərbaycanda isə minlərlə başqa millətlərin nümayəndələri, o cümlədən "hay"lar yaşayır. Bu isə xalqımızın tarixi kökü, multikulturalizmliyi, tolerantlığı özündə əks etdirməsinin əyani nümunəsidir.

- Həyatın mənasını nədə görürsünüz?

- İnsan var ki, həyatda yaşayır, insan da var onda həyat yaşayır. Həyatın mənasını dərk edənlər əsl insanlardır. O insanlar ən çox cəmiyyət üçün, xalq və vətən üçün yaşayırlar. Məsələn: Şəhidlərimiz həyatı ən gözəl həyatı başa düşənlərdir, anlayanlardır. Özünü dərk etmək üçün həyat və cəmiyyət mərhələlərini keçməlisən. Bunsuz mümkün deyil. Bu sınaqlardan keçməyi bacaranlar anlayıb, dərk edirlər. Qeyriləri həyatda yaşamırlar, həyat onlarda yaşayır. Onlar, ölməmiş unudulur, tanınmır, necə deyərlər canlı ölüdən fərqləri yoxdur. Bir sözlə, mən həyatın mənasını Vətən, xalq, cəmiyyət və özü üçün çalışmaqda görürəm.

- Qəriblər kimlərdir?

- O kəslər qəribdir ki, vətənindən, el-obasından uzaqdır. Bir də o kəslər qəribdir ki, onların kimi-kimsəsi yoxdur. İnsanlar içində tək olmaq qəriblikdir. Sən heç kimi anlama, heç kim də səni, bu dəhşətdir.

- Qismətinizdə həyat yolunuzun rolu və ya əksinə, həyat yolunuzda qismətinizin rolu?

- Həyat yolunda qismət həlledicidir, əsasdır, dəyişməzdir. Həyat yolu isə ikinci dərəcəlidir, köməkçidir. Həyat yolu təsadüfdən və zərurətdən dəyişə bilər, yaxud təzədən başlayar. Qismət isə dəyişmir, yenidən yazılmır. Çox vaxt həyat yolu qismətə təsir etmir. Bunların dialektikasına gəldikdə belə qənaətə gəlinir ki, həyat yolu qismətdən asılıdır, qismət həyat yolunu təyin edir. Həyat yolu dəyişkən və mütərrikdir.

- Şükranlığa necə baxırsız?

- Müsbət baxıram. İnsanın nəyi varsa birinci növbədə özünə şükür eləməlidir. Şükranlıq bir növ qədir bilmək, qiymətləndirmək, dəyərləndirməkdir. Sənə verilən ömrə, can sağlığına, qismətinə, nemətinə şükür etmək boynunun borcudur. İnsan tək olan Allaha şükür etməlidir. Çünki, O, sənə bəxş etdiyi səni var edən nə varsa, hamısını qarşılıqsız bəxş edib. Çətinliyə asi olmayanın ömrü şükranlıqla keçər.

- Müasir dünyada razılaşmadığınız məqamlar varmı, varsa onlar hansılardır?

- Müasir dünyanın nizamı pozulmasından çox narazıyam. Dünyanın yazılmış və yazılmamış qanunlarına əməl edilmir. Demək olar ki, hal-hazırda dünya zorakılıqlarla idarə edilir. Dünyanın sülh adlı əsas qanununda pozulma varsa, söhbət hansı razılıqdan gedə bilər? Ədalətli, haqq-hüququnu bilənlər çətinliklər içində yaşayır. Böyük-kiçik yerdəyişmə edib. Və bütün bunun nəticəsidir ki, yaxşıların sayı getdikcə azalır. Yaxşıların boş qalan meydanında yamanlar at çapır. Güclünün vəzifəsi gücsüzü əzməkdir qanunu ilə dönən dünyadan razı qalmaq üçün gərək özün də o qanunlarla hərəkət edəsən. Dünyanın qanunu pozanlar bizim ölkəyə kölgə salacaq ifadələr işlətməsi ilə heç razı deyiləm. Fəxr edirəm ki, mən dünyanın məhz Azərbaycan adlı ölkəsinin vətəndaşıyam.

- Musiqini sevirsinizmi və ya hansı janrda musiqini dinləməyə üstünlük verirsiniz?

- Musiqi bəşəri dildir. Əgər mən bu gün Fransız əsilli Şopeni dinləyirəmsə demək Fransız dilini bilirəm, əgər mən bu gün Avstriya əsilli Mozartı dinləyirəmsə Avstriya dilin bilirəm, əgər dünya ölkələri bizim muğamımızı dinləyirsə demək Azərbaycan dilini bilirlər. Musiqinin vətəni olmur, o dünya səyahətinə çıxmış bir səyyah kimi daim ölkələri gəzir. Bu qədər zəngin bir yaradıcılığı, ruhun qidasını sevməmək olarmı?! Əlbəttə ki, yox. Sevdiyim janrlar isə öz miili dəyərimiz, folklorumuz olan saz musiqisi və kimliyimizi dünyaya tanıtdıran muğamımızdır.

- Qarşıdan milli bayramımız olan Novruz bayramı gəlir. Bu bayramın gəlişi sizdə hansı hissləri oyadır?

- Bayramların hər biri gözəldi. Bayram var xoş əhval yaradır, bayram da var qəhrəmanlıq duyğuları və coşqun hissləri ilə dolub-daşır. Bayramlar insanları doğmalaşdırır, yaxınlaşdırır, küsənləri barıçdırır, bolluq yaradır, sülh, əminamanlıq bəxş edir. Bolluq olanda bayramlar da daha yaddaqalan, gözəl qeyd olunur. Kasıblıq, yoxsulluq olduqda isə istər-istəməz bayram abu-havası azalır. Molla Pənah Vaqif demişkən:

Bayram oldu, heç bilmirəm neyləyim...

Bizim evdə dolu çuval da yoxdur.

Düyüylə yağ hamı çoxdan tükənmiş,

Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,

Bir söz desəm, dəxi qoymazlar kəndə.

Xalq batıb noğula, şəkərə, qəndə,

Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,

Nə evdə bir sahibcamalımız var.

Vaqif, öyünmə ki, kamalımız var,

Allaha şükür ki, kamal da yoxdur.

Ancaq Novruz bayramı digər bayramlardan fərqlənir. Ən əsası da, bu bayram dünya türklərinin bayramı-dərədən yol tapıb çıxdıqları gündür. Həm də, Novruz yeni gün, yeni fəsil deməkdir. Yazın gəlişi ilə oyanan bərəkətli torpaqlarımıza baxdıqca insanın əhval-ruhiyyəsi əsl bayram abu-havasına köklənir.

- Novruz bayramına aid şeiriniz varmı?

- Şeir ovqat hadisəsidir. O insana iki halda gəlir. Ən sevincli və ən kədərli məqamında. Yazın gəlişi, torpağın oyanışı, quşların nəğməsi insana necə müsbət təsir göstərə bilməz ki?! Təbii ki, bu sevincin məhsulu şeirim var.

XOŞ GÜNLƏR GƏLİR

Yazın nəfəsiylə gülür təbiət,

İlham pərvaz edir, şeiriyyət gəlir.

Könüllər mülkündə coşur xoş niyyət,

Qəlblər duyğulaşır, ünsiyyət gəlir.

Yamyaşıl geyinir bağçalar, bağlar,

Yenə şır-şır axır ayna bulaqlar.

Zəmilərdə sünbül, bostanda tağlar,

Məhsul aşıb-daşır, bol qismət gəlir.

Çöl-çəmən canlanır, yazdan ruh alır,

Sevən ürəklərdə fərəh ucalır,

Bahar göz açanda qış da, qocalır,

Bitib-tükənməyən var-dövlət gəlir.

Aydın səmalardan nurlar tökülür,

Yaşıl yamaclardan duman çəkilir.

Otlar baş qaldırır, torpaq əkilir,

Bu gün Qarabağa toy-büsat gəlir.

Ocaqlar qalanır, bayramlıq bişir,

Gecəylə gündüz də bərabərləşir.

Fəsillər dəyişir, zaman dəyişir,

Xoş günlər, xoş anlar, xoş saat gəlir.

Otuz il Şəhidlər verib ağladıq,

Matəmlə yaşadıq, yas da saxladıq.

Tək Ulu Öndərə ümid bağladıq,

Ümid qapısından bir həyat gəlir.

Mən də bu sevinclə yazdım, yaratdım,

Zəfər müjdəsiylə kamıma çatdım.

Sevincdən ömrümə ömürlər qatdım,

Çox şükür xalqıma bərəkət gəlir.

Rəhbərin eşqiylə gəlir dövranlar,

Nə qədər xoşbəxtdi azad insanlar.

Daha eşidilmir ahlar, fəqanlar,

Fəxrəddin, yerinə səadət gəlir.

- Bahardan söz düşmüşkən, bu il aprelin 3-də 78 yaşınız tamam olur. Ömrünüzün 78-ci baharını hansı hisslərlə qarşılamağa hazırlaşırsınız?

- İnsan ömrü uzun, ya qısa olmasına baxmayaraq həyat o qədər şirindir ki, elə bilirəm 3 apreldə yenidən dünyaya gələcəyəm və bu ömrü yenidən yaşayacağam. Ancaq yaşadığım müddətdən fərqli olaraq bu dəfə plansız yox, planlı şəkildə doğulacağıma inanıram. Planımda isə daha mənalı yaşamaq, yaratmaq, insanlara qarşı da ədalətli-adil olmaq, dostlarımla daha çox ünsiyyətdə olmaq öncəlik təşkil edir.

- Dediyiniz kimi, yenidən dünyaya gəlsəydiniz hansı peşəni seçərdiniz?

- Xalqıma xidmət edən müəllim peşəsini.

- Suallarıma münasibətiniz?

- Maraqlı nüanslara toxundunuz. Ən əsası müsahibinizin cavlarını öncədən bilirmişsiz kimi suallar verdiniz.

- Oxuculara tövsiyələriniz?

- Fəxrəddin kimi tövsiyyəm, can sağlığınızı qoruyun və çalışın zamanın nəbzini tutmaq üçün daim mütaliə edin. Bir də Cəmaləddin Rumi demiş "Ya göründüyünüz kimi olun, ya da olduğunuz kimi görünün"

- Maraqlı müsahibəyə görə təşəkkür edib, sizə həyat və yaradıcılıq uğurları arzulayıram.

İlqar Daşdı Müzəffəroğlu
AJB üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Aprel 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see193

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see157

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see139

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see131

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see129

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see127

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see126

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see124

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see121

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see120

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see119

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see119

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see119

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see119

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see116

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see115

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see113

Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub

15 Aprel 2025 18:43see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri