Icma.az
close
up
RU
Danışan rəsmlərin solmayan rəngləri

Danışan rəsmlərin solmayan rəngləri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Güllü Mustafayeva – 105

Azərbaycan rəssamlıq sənətinin çoxşaxəli olmasında qadın boyakarların da rolu danılmazdır. Gözəl əsərlər yaradan qadın fırça ustalarımızdan biri də Güllü Mustafayeva olub.

Türkmənistanın Cərco şəhərində dünyaya göz açsa da, Güllü xanım əslən Şamaxıdan idi. Atası Mirzə Ələkbər Sabirin qohumu, anası isə Seyid Əzim Şirvaninin nəslindən olub. O, 8 yaşında ikən ailəsi Bakıya köçüb. Yaşadıqları qədim İçərişəhərin özünəməxsus ab-havası gənc qızın boyakarlığa könül verməsində az rol oynamayıb. Bəlkə də rəngli karandaşlarla çəkdiyi ilk sınaq rəsmlərini elə üzündə tarixin sirli-sehirli “qırış”ları olan İçərişəhərə həsr edib.

Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb. Rənglərə can verib, müxtəlif janrlarda maraqlı əsərlər ərsəyə gətirib. Dövlət Rəsm Qalereyasında Milli İncəsənət Muzeyində, N.Gəncəvi adına Ədəbiyyat Muzeyində saxlanılan süjetli tablo, portret, mənzərə və natürmortları Azərbaycan rəssamlığının qənimət nümunələridir. Bakıda dönə-dönə fərdi sərgiləri təşkil edilib, Paris, Budapeşt, Qahirəyə yaradıcılıq ezamiyyətləri sanballı rəsmlər yaratmasına vəsilə olub.

Güllü Mustafayevanı fərqləndirən cəhətlərdən biri də onun öz yaradıcılığında ədəbiyyat, incəsənət mövzularına üstünlük verməsidir. Sənətsevərlər rəssamın “Nizami qoca aşığı dinləyir”, “Leyli və Məcnun mədrəsədə”, “Məcnunun Leylinin məzarı üzərində ölməsi” kimi süjetli əsərləri, “Məhsəti Gəncəvi” portreti dahi N.Gəncəvinin “Yeddi gözəl” poemasında bu möcüzəli sənət barədə dediklərini yada salır: “Surətpərəstlər üçün surəti qəşəngdir, məzmunsevənlər üçün də məğzi vardır”. Güllü xanımın portretləri Şirinin Xosrovu rəssam Şapurun çəkdiyi rəsmdə görüb ona aşiq olması qədər cəlbedicidir, – desək, yanılmarıq.

XII əsr şairi Məhsəti Gəncəvinin ən uğurlu portretini, fikrimizcə, Güllü Mustafayeva yaradıb. Zamanında Sultan Səncər ona bədahətən rübai söyləyən xanım şairə deyib ki, “to, meh-həsti” (yəni, “sən hamıdan böyüksən”). Elə portretdən də Məhsətinin böyüklüyü, ağayanalığı görünməkdədir. Onu da xatırlasaq ki, Gəncənin Xərabat məhəlləsində yaşayan Məhsəti xanım gənc sənətkarları ruhlandırmaq üçün onlara şeirlər həsr edib, çox güman, Güllü Mustafayevanın çəkdiyi portreti də bəyənər və gözəl bir rübai ilə dəyərləndirərdi.

Təsadüfi deyil ki, Güllü Mustafayevanın qızı musiqişünas Zemfira Qafarova bu əsər haqqında deyib: “Onun vizit kartı – öz üzünün cizgilərindən istifadə edərək, yaratdığı XII əsrin xanım şairi Məhsəti Gəncəvinin portreti idi”.

“Yazıçı Süleyman Rəhimov”, “Abdulla Şaiq”, “Rəssam Səttar Bəhlulzadə”, Rəssam Maral Rəhmanzadə” portretləri də Güllü Mustafayevanın söz-sənət adamlarına sevgisinin təzahürü kimi dəyərləndirilə bilər. Bu bədii surətlər qalereyasında hər bir rəsmin özünəməxsus ideyası, qəhrəmanın xarakterik cizgilərinin qabarıq verilməsi yaddaqalandır.

Görkəmli portret ustası 2 dəfə Əmək qəhrəmanı Bəsti Bağırovanın, oftalmoloq, tibb elmləri doktoru Umnisə Musabəyovanın, nevropatoloq, tibb elmləri doktoru Zəhra Salayevanın da kətan üzərində obrazlarını özünəməxsus tərzdə yaradıb.

Xalq rəssamının mənzərə əsərləri seyrçiyə təbiətə sevgi duyğuları aşılayır. “Xaçmaz”, “Quba”, “Şuşa”, “Qusar” mənzərələri, Dilican və Buzovna etüdləri dilbər guşələrə “səyahət”ə aparır, göz-könül oxşayır. Sanki rənglər dilə gələrək, ölkəmizin əsrarəngiz dilbər guşələri haqqında məhəbbət nağılları danışır. Onun saf uşaq dünyasına tükənməz sevgisi də işıqlı portretlərindən boy göstərir. “Bizim uşaqlar” silsiləsində “Rahilə”, “Aytən”, “Ülkər”, “Skripka çalan Sevinc”, “Leyla”, “Sevinc”, “Balanisə”, “Rəna”, “Sevda”, “Lalə”, “Gülşən” və başqaları hərəsi öz parlaq dünyası ilə təqdim olunub. Bu barədə söz düşəndə Güllü Mustafayeva deyirdi: “Günəşli diyarımızın xoşbəxt uşaqları – gül nəfəsli körpələr neçə-neçə əsərimin qəhrəmanı olub. Hər dəfə də mənə elə gəlib ki, bu mövzuya yenicə müraciət edirəm. Dəfələrlə xarici ölkələrdə olmuşam. Balaca dostlarımla görüşüb söhbət etmişəm, portretlərini işləmişəm. Onları şən, xoşbəxt görəndə əlim də yaxşı işləyib, cizgilər, boyalar sanki öz-özünə tapılıb. Belə anlarda onlarla birgə mən də sevinmişəm, əsərimin yaxşı çıxacağına ürəkdən inanmışam”.

Onun bütün ətrafı sənətçilərdən ibarət olub. Bəstəkar Ramiz Mustafayev və dirijor Faiq Mustafayev Güllü xanımın qardaşlarıdır. Onun özünün gözəl səsi də olub və ailə məclislərində sevdiyi xalq mahnılarını, ariya və romansları həvəslə ifa edib. Tale elə gətirib ki, Güllü Mustafayeva iki dəfə ailə qurub və hər iki izdivacı rəssam həmkarları ilə olub – Həsən Haqverdiyev (həm də gözəl tar ifaçısı) və o, “gedər-gəlməz”ə sürgün ediləndən xeyli sonra isə Nəcəfqulu İsmayılovla. Əməkdar artist, müğənni və rəssam Əli Haqverdiyev, musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, orqan ifaçısı, Əməkdar artist Rəna İsmayılova və skripkaçı Sevinc İsmayılova onun övladlarıdır. Güllü Mustafayevanın rəsmlərinin rəng ahəngdarlığı və həzin ovqatını onun yaxın dairəsinin musiqiçilərdən ibarət olması ilə də bağlamaq olar.

Düz 30 il əvvəl haqq dünyasına qovuşmuş Güllü Mustafayevanın fırça ilə yaratdığı rəng “melodiya”ları bu gün də göz-könül oxşamaqdadır.

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2024 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see690

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see420

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see251

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see226

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see208

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see197

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see196

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see193

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see191

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see190

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see188

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see187

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see181

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see180

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see179

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see179

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see173

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri