Icma.az
close
up
RU
Əməllərlə danışan PREZİDENT

Əməllərlə danışan PREZİDENT

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər və Ağdərə rayonlarına növbəti dəfə səfər etməsi mühüm əhəmiyyət daşıyır. Ölkə başçımızın və birinci xanımın bu ərazilərə mütəmadi səfərləri Azərbaycanın “Böyük Qayıdış” Proqramının növbəti uğurlu mərhələsi olmaqla yanaşı, dövlətimizin azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə verdiyi yüksək önəmin bariz nümunəsidir”.

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısının və birinci xanımın bu bölgələrə səfərləri böyük önəm daşıyır:

“Onlar hər səfərdə şəxsən görülmüş işlərlə yerindəcə ətraflı tanış olur, işlərin keyfiyyətinə və sürətinə nəzarət edir, yerlərdə yaranan problemlərin həlli üçün müvafiq tapşırıqlar verirlər. Bu, dövlətin azad edilmiş ərazilərdə həyatın bərpasına, insanların orada yaşaması üçün ən yaxşı şəraitin yaradılmasına nə qədər önəm verdiyinin göstəricisidir”.

S.Salmanova xatırladıb ki, 1992–1993-cü illərdə ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün məsuliyyətsiz və avantürist idarəçiliyi nəticəsində Azərbaycanın həm dövlət suverenliyi, həm də ərazi bütövlüyü təhlükə altına düşmüşdü:

“Bu səriştəsiz siyasətin davamı olaraq, 1993-cü ilin aprelində Kəlbəcər rayonu işğala məruz qaldı. Kəlbəcərin itirilməsi Azərbaycan üçün təkcə hərbi yox, həm də mənəvi və strateji məğlubiyyət idi. Minlərlə sakin öz evindən didərgin düşdü, kəndlər yandırıldı, tarixi abidələr məhv edildi. Lakin o dövrün rəhbərliyi xalqı müdafiəsiz qoyaraq, şəxsi hakimiyyət maraqlarını milli maraqlardan üstün tutdu.

1993-cü ildə xalqın təkidi və tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. O, ölkədə sabitliyin bərpasını təmin etdi, milli birliyi möhkəmləndirdi və dövlətçilik prinsiplərini bərpa etdi. Ümummilli Liderin qətiyyətli siyasəti sayəsində Azərbaycanın müstəqilliyi qorundu, iqtisadi inkişaf üçün zəmin yaradıldı, eyni zamanda işğal altındakı torpaqlarımızın geri qaytarılması istiqamətində strategiyalar hazırlandı.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə Azərbaycanın müdafiə sənayesi gücləndirildi, ordu quruculuğuna xüsusi diqqət göstərildi, diplomatik fəaliyyət genişləndirildi və ölkəmizin beynəlxalq nüfuzu artırıldı. Bu siyasət nəticəsində Azərbaycan öz gücünə arxalanaraq haqq savaşı apardı və tarixi Zəfər əldə etdi”.

Deputat bildirib ki, Kəlbəcər rayonu Azərbaycanın ən zəngin təbii sərvətlərinə, mineral ehtiyatlarına malik bölgələrdən biridir: 

“Uzun illər erməni işğalı altında qalmış bu rayon böyük dağıntılara məruz qalmış, burada yaşayış məntəqələrinin və infrastrukturların çoxu tamamilə məhv edilmişdi. 

Hazırda rayonda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə bərpa-quruculuq işləri həyata keçirilir. Yolların çəkilməsi, elektrik stansiyalarının istifadəyə verilməsi, su təchizatı sistemlərinin qurulması və digər infrastruktur layihələri bölgənin iqtisadi inkişafına zəmin yaradır. 

Dövlətimizin başçısının və birinci xanımın bu səfəri zamanı da açılışı həyata keçirilən obyektlər həm yerli sakinlər üçün, həm də regionun ümumi inkişafı üçün böyük əhəmiyyət daşıyır”.

Parlamentari söyləyib ki, Ağdərə rayonu isə strateji əhəmiyyətə malik bölgədir:

“Burada həyata keçirilən tikinti və yenidənqurma işləri Azərbaycan dövlətinin ərazi bütövlüyünün təminatında və bölgədə təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın azad edilmiş ərazilərimizə mütəmadi səfərləri təkcə infrastrukturun yenidən qurulması deyil, həm də Azərbaycan dövlətinin öz torpaqlarına və xalqına olan bağlılığının, onların rifahı naminə aparılan davamlı işlərin nümayişidir.

Hər dəfə dövlətimizin başçısı və birinci xanım yerli sakinlərlə görüşərək onların qayğıları ilə maraqlanır, problemlərinin həlli üçün konkret addımlar atırlar. Bu, vətəndaş-dövlət münasibətlərində etimad və birlik simvoludur. “Böyük Qayıdış” Proqramı çərçivəsində aparılan bu işlər eyni zamanda Azərbaycanın öz tarixini, milli yaddaşını qoruyub saxlamasının göstəricisidir”.

S.Salmanova onu da vurğulayıb ki, hazırda Azərbaycanın digər azad edilmiş ərazilərində də bərpa və yenidənqurma işləri sürətlə davam etdirlir:

“Dövlət başçısının nəzarəti və dəstəyi ilə aparılan bu işlər təkcə fiziki infrastrukturu deyil, həm də sosial və iqtisadi həyatın yenidən qurulmasını hədəfləyir. Yeni məktəblər, xəstəxanalar, mədəniyyət evləri, yol infrastrukturu və kommunikasiya sistemləri inşa olunur.

Eyni zamanda kənd təsərrüfatı və digər sahələrdə potensialın artırılması üçün proqramlar həyata keçirilir ki, bu da bölgənin davamlı inkişafını təmin edir. Azad edilmiş torpaqlarda aparılan bu quruculuq işləri xalqımızın birliyinin, dövlətimizin gücünün və qətiyyətinin parlaq təzahürüdür.

Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, Azərbaycanın qarşısında duran əsas vəzifə vətəndaşların rahat yaşayışı üçün hərtərəfli şərait yaratmaqdır. Bu məqsədlə dövlət bütün imkanlarını səfərbər edir, regionların sosial-iqtisadi inkişafı üçün böyük sərmayələr yatırır.

Hesab edirəm ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 21-də Kəlbəcər və Ağdərə rayonlarına səfəri Azərbaycanın “Böyük Qayıdış” Proqramının uğurla davam etdiyini göstərir və gələcəkdə azad edilmiş bütün ərazilərdə yeni həyatın, firavanlığın və inkişafın təmin olunacağına dair inamı daha da gücləndirir”.

"Cebheinfo.az"
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Avqust 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri