Icma.az
close
up
RU
Danışan akvarellər dünyası

Danışan akvarellər dünyası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Xətai Sənət Mərkəzində müasir Azərbaycan akvarelçilərinin əsərlərinin yer aldığı “Akvarel rəssamlığın ruhudur” adlı kitab-kataloqun təqdimatı olub. Toplunu ərsəyə gətirməkdə məqsəd müasir Azərbaycan akvarelçilərini tanıtmaq və onların əsərlərini gələcəkdə beynəlxalq nüfuzlu qalereyaların sərgi salonlarına təqdim etməkdir.

Burada, Beynəlxalq Akvarel Cəmiyyətinin sədri Atanur Doğan, 1999-2018-ci illərdə “Azərmarka” şirkətinin baş rəssamı vəzifəsində çalışmış və həmin illərdə buraxılan Azərbaycan Respublikasının poçt markalarının müəllifi Xasay Mirzəyev, Beynəlxalq Akvarel Cəmiyyətinin Sumqayıt nümayəndəliyinin rəhbəri İntiqam Cəfərov, 2019-cu ildə “Mənim Bakım” akvarel müsabiqəsində birinci yerin qalibi olmuş Pərviz Əliyev, Beynəlxalq Akvarel Cəmiyyətinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Səbinə İskəndərova və digər akvarelçi rəssamların müxtəlif illərdə çəkdikləri rəsm nümunələri yer alır. 75 akvarelçi rəssamın əsərlərinin toplandığı bu kataloqda insan portretləri, mənzərələr, dağlar, göllər, günün müxtəlif çağı, natürmortlar, meyvələr əlvan rənglərlə təsvir olunaraq, sanki dil açıb danışır.

Akvarel sənəti bu gün də müasir rəssamlar tərəfindən fərqli mövzu və texnikalarla zənginləşdirilir. Qədim tarixi və zəngin bədii ənənələri olan müasir təsviri sənətimizdə bu texnika ilə yaradılmış əsərlərin özünəməxsus yeri var. Akvarel ilə çəkilən əsərlər su ilə yarandığından, həm də saflığı, təmizliyi təcəssüm etdirir. Bunun nəticəsində ərsəyə gələn sənət əsərlərində rəssamın ruhunu dərindən hiss etmək mümkündür.

Akvarelin ən maraqlı xüsusiyyəti isə onun şəffaf, hava kimi zərif olmasıdır. Bu ecazkar texnika ilə gözəl təbiət mənzərəsi, açıq səma, aydın səhər, çöllər, meşələr və canlı təbiətin ən incə rənglərini yaratmaq mümkündür. Məşhur Azərbaycan rəssamları Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Tahir Salahov və başqaları akvarel sənətinin ən gözəl nümunələrini yaradıblar. Azərbaycan karikatura sənətinin banisi, SSR Xalq rəssamı Əzim Əzimzadənin 1919-1922-ci illərdə Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhəhim bəy Haqverdiyev, Hüseynqulu Sarabskinin əsərlərinə akvarel üslubunda çəkdiyi rəsmlərdə milli kolorit çox güclüdür. Bu illüstrasiyalardan gənc rəssamlar da bəhrələnərək ecazkar və gözəl sənət əsərləri yaradırlar.

Qeyd edək ki, akvarelçi rəssamların əsərlərinin cəmləndiyi bu kitab-kataloqun ideya müəllifi və layihə rəhbəri Beynəlxalq Sulu Boya Cəmiyyətinin Sumqayıt nümayəndəliyinin sədri İntiqam Cəfərovdur. Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev və Beynəlxalq Sulu Boya Cəmiyyətinin təsisçisi və prezidenti Atanur Doğan isə bu layihənin məsləhətçiləridir. Təşkilati dəstək “IWS Globe Networka” məxsusdur.

Fidan SALMANOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri