Icma.az
close
up
RU
Danışan tarix, məğrur dağlar, yaşıllıqlar arasında dirçələn Vətən: Kəlbəcərdən VİDEOREPORTAJ

Danışan tarix, məğrur dağlar, yaşıllıqlar arasında dirçələn Vətən: Kəlbəcərdən VİDEOREPORTAJ

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın dilbər guşələrini gəzdikcə, hər səfərimdən heyranlıq və coşqu ilə danışdıqca bunu tez-tez eşitmişəm - "Sən hələ Kəlbəcəri görməmisən!"

Nəhayət, qismət olur... Yolumuz dağların səssiz danışdığı, buludların yerə toxunduğu sehrli təbiətli Kəlbəcərədir.

Mənfur düşmənin illərlə bizdən qoparmağa çalışdığı, amma ruhumuzdan heç vaxt ayıra bilmədiyi Kəlbəcərdə hazırda yenidənqurma işləri gedir. Kəlbəcər torpağına yenidən həyat qayıdır...

Kəlbəcərə yaxınlaşırıq. Qayalarının ətəyində düzülmüş arı yeşikləri gözə dəyir. Avtomobili saxlayıb dağların qoynunda təbiətlə üz-üzə, zəhmətini balla yoğuran insanlarla tanış oluruq.

Arıçı Mirzə Qurbanov deyir ki, illər sonra bu torpaqda arıçılıqla məşğul olmaq çox gözəl hissdir:

"Bu günləri yaşadığımız üçün Ali Baş Komandan İlham Əliyevə və güclü ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Bu gün onların sayəsində bura gələ bilmişik. Ağlagəlməz bir işi bizim ordumuz bacardı. Ona görə də, əlbəttə ki, burada olmaq əla hissdir".

Digər arıçı Zamin Əhmədovun sözlərinə görə, Kəlbəcərdə arılar çox yaxşı məhsul verir:

"Kəlbəcər balının bu qədər ləzzətli və adla tanınmasının səbəbi həm də odur ki, arılar Laçın qayanın ətəyindəki kəklikotu, qantəpərlə bəslənir".

Arıçıları ziyarət etmişkən Kəlbəcər balının da dadına baxıb yolumuza davam edirik.

Bu torpaq sadəcə dağlardan, çaylardan ibarət deyil - burada mərdliyin və tarixin böyük izləri var. 1905-ci ildə salınan Hacı Sevdımalı körpüsü, əsrlərdir şəfa mənbəyi kimi tanınan İstisu, mədəni irsimizin nadir incilərindən sayılan Xudavəng monastırı belə nümunələrdəndir. Qafqaz Albaniyasına aid bu kompleks təkcə dini deyil, həm də tarixi yaddaşımızın bir parçasıdır.

Nəhəng qayaların müşayiəti ilə yolumuza davam edirik. Bu məqamda xatırlayırıq ki, Kəlbəcər həm də kino tariximizdə yaddaşlara həkk olunub. 1959-cu ildə ekranlaşdırılan və dillər əzbəri olan "Bir qalanın sirri" filmi Kəlbəcərdə lentə alınıb.

Nə qədər gəzsək də, gözəlliyindən doya bilmədiyimiz Kəlbəcər səfərimizin sonuna yaxınlaşırıq. Hər dildən "min şükür" səslənir. Çünki indi buranın əsl sahibləri, illər əvvəl yurd-yuvasından didərgin salınan insanlar, böyük qürur və sevinclə bu torpaqları yenidən qurur, yaradır.

Üçrəngli bayrağımızın qürurla dalğalandığı və bu gün fəxrlə addımladığımız Kəlbəcərlə bağlı söylədiklərimiz bu torpağın ruhunun sadəcə kiçik bir hissəsidir. Bir şey isə dəqiqdir, Kəlbəcərdə təriflərə sığmayan gözəllik və tarix yaşayır.

Son bir sözümüz var. Əziz şəhidlər, ruhunuz şad, yeriniz cənnətdir. Ona görə ki, bu torpaqlar artıq yad ayaqlardan azaddır.

Danışan tarix, məğrur dağlar, yaşıllıqlar arasında dirçələn Vətən: Kəlbəcərdən VİDEOREPORTAJ

"Report" İnformasiya Agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyul 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri