Icma.az
close
up
RU
Sabir Məmmədov 65

Sabir Məmmədov 65

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Onunla ara sıra Sumqayıtda, dostum Fəxrəddin Rəhimovun “Vilvan” restoranında görüşərdik. Nikbin, deyib gülən, baməzə adamdır. Elə ki, danışmağa başladı, səsinin ahəngi, söhbətindəki şirinlik hamımızı sehirləyirdi. Çalışırdıq ki, onu diqqətlə dinləyək. Ümumiyyətlə, onunla eyni süfrədə əyləşmək başqa bir aləmdir...
“Orta məktəbdə oxuduğum illərdə müəllimlərim məndə aktyorluq istedadını görüb, məktəbdə fəaliyyət göstərən dram dərnəyinə üzv yazılmağımı təkidlə məsləhət görürdülər. Mən də yazıldım və müxtəlif səhnəciklərdə rollar ifa etməyə başladım. Gördüm ki, pis alınmır, məktəbin bütün kollektivi məni aktyor kimi qəbul edirdi. Qərar verdim ki, məktəbi bitirəndən sonra sənədlərimi aktyorluğa verim və bu ümidlə də o dövrün İncəsənət İnstitutuna qəbul olundum. Xoşbəxtlikdən institututda müəllimim Həsənağa Turabov oldu. Artıq birinci kursda oxuyanda məni konolara dəvət edirdilər və “Babamızın babasının babası” filmində rol alıb çəkildim. Beləliklə, peşəkar aktyorluq həyatım başlandı...”- söyləyir.
Həsən Əbluc, Səməndər Rzayev, Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Yaşar Nuri, Səyavuş Aslan və digər ölməz sənətkarlarla tərəf-müqabili olduqca, onlardan sənətin incəliklərini öyrənib. İnstitutu bitirdikdən sonra təyinatla Sumqayıt teatrına yollanıb. 1986-cı ildən 1989-cu ilədək orada çalışıb. 1989-cu ilin aprel ayından isə Akademik Milli Dram Teatrında işləyir. Həmin dövrdə akademik teatra düşmək hər istedadlı aktyora qismət olmurdu. Bunun üçün, necə deyərlər, gərək bəxtin gətirməliydi...
Bəli, haqqında söhbət açdığım xalq artisti Sabir Məmmədovun bəxti əvvəldən gətirib. O, 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində dünyaya gəlib. Orta məktəbi Ağstafada bitirdikdən sonra ömrünü incəsənətə- teatra bağlayıb. İndiyədək əlliyə yaxın səhnə əsərində, iyirmi beşdən yuxarı filmdə müxtəlif obrazlar yaradıb. On beşə yaxın filmin səsləndirilməsində iştirak edib...
Deyir ki:- “İstedad Allahın insana vergisidirsə, cazibə Allahın mükafatıdır. İkincisi olmayanda insan məzmunsuz olur. Elə adam var ki, savadlıdır, amma maraqsızdır, hər mövzuda söhbət edə bilsə də, onunla birlikdə olanda sıxılırsan. Adam da var, səni özünə cəzb edə bilir, ürəyini tilsimləyir. Aktyorda da əsas olan cazibədir, istedad sonra gəlir. Cazibə olmasa, aktyoru aktyordan heç nə fərqləndirə bilməz...”
2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar artisti”, 2022-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adlarına layiq görülüb. Uzun illər ardıcıl olaraq hər il Prezident mükafatı alıb. “Cəfər Cabbarlı”, “Qızıl Dərviş” mükafatlarına layiq görülüb. Yeganə azərbaycanlı aktyordur ki, ona ən yaxşi kişi roluna görə, Bolqaristanın Sofiya şəhərində keçirilən “Golden FEMI” beynəlxalq kinofestivalının ən yüksək mükafatı təqdim olunub...
Səsinin ahəngi bənzərsiz olduğundan bir sıra əcnəbi film qəhrəmanları məhz onun səsi ilə yadda qalıb. Yaxşı yadımdadır, xarici seriallar Azərbaycana təzə-təzə ayaq açanda milyonlarla tamaşaçını ekrana bağlayan da məhz onun səsi olub. Unutmamısınızsa, "Tikan və qızılgül" serialı Katarina və Petruçonun sevgisindən bəhs edirdi. Sabir Məmmədov həmin serialda filmin qəhrəmanı Petruçonu səsləndirirdi və serial Azərbaycan tamaşaçısının sevə-sevə izlədiyi filmlərdən biri kimi reytinq qazanmışdı. Ümumiyyətlə, ona uğur gətirən əsas film “Edam günü” filmi olub...
“Dünya kinosu ulduzlarını səsimizdə Azərbaycan tamaşaçısına çatdırırıq. Bu çox böyük məsuliyyətdi. İkincisi, dilimizin inkişafı üçün bu çox vacibdi. Bir aktyor kimi yetişmək üçün də, onun formalaşması üçün də dublyaj çox gərəklidi. Yəni səhnədə tamaşaçı ilə canlı ünsiyyətdə olmaq bir başqa, kinoda oynamaq bir başqa, dublyaj estetikası isə, ümumiyyətlə, tamam fərqlidi. Bütün bunların hamısını bir yerdə cəmləmək üçün aktyordan böyük məharət tələb olunur...”- söyləyir.
...“65” rəqəmi rayonlar arasında Yardımlının dövlət qeydiyyat nişanıdır. Yəni Yardımlıda qeydiyyatda olan insanların avtomobilinin nömrəsi 65-lə başlayır. Xalq artisti Sabir Məmmədovun da 65 yaşı tamam olur. Qazaxda doğulub böyüsə də, yanvarın 24-də ömrünün Yardımlı dövrünə qədəm basacaq. Deməli, Yardımlı bulaqlarının saflığı, havasının təmizliyi, dağlarının əzəməti onun bu yaşına rəng qatacaq...
Deyir ki: “Sovet vaxtı hər il yayda ölkəmizin rayonlarına qastrolla gedirdik. Bu dəfə Yardımlıda idik. Axşam rayonun birinci katibi bizim üçün süfrə açdırmışdı. Məclisin ortasında xəbər tutdu ki, bizimlə qastrolda olan aktyor həmkarımız, rəhmətlik Firuz Xudaverdiyevin ad günüdür. Məmurlardan birini yanına çağırıb qulağına nəsə pıçıldadı. On-on beş dəqiqədən sonra məclisə bahalı qol saatı və bağlı bir zərf gətirildi. Birinci katib Firuzu təbrik edib, hədiyyələri ona uzatdı. Heç vaxt bu cür diqqətlə üzləşməyən Firuza söz veriləndə ayağa qalxıb, minnətdarlığını bildirdi və sonda sevincdən heyrətlənib təklif etdi ki- Yardımlı Azərbaycanın paytaxtı olsun...”
Bəli, yanvarın 24-ü xalq artisti Sabir Məmmədovun 65 yaşı tamam olur. Obrazlı desək, ömrünün Yardımlı dövrü başlayır. Onu yubileyi münasibətilə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Yanvar 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri