Icma.az
close
up
RU
“Danışsam da, danışmasam da, faydası yoxdu” Əfran İsmayılov

“Danışsam da, danışmasam da, faydası yoxdu” Əfran İsmayılov

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Son matçlarda oyun planında müəyyən inkişafı hiss edilən “Araz-Naxçıvan” “Sabah”dan xal almağa yaxın idi. Ancaq bu qarşılaşmada da idarəçilik oyundan daha çox danışıldı. Oyunun gedişində də “Araz-Naxçıvan”ın texniki zonası hakimlərə ciddi etiraz bildirirdi.

Komandanın məğlubiyyətinin səbəbkarının hakimlər olduğunu deyə bilərikmi? Ümumiyyətlə, bundan sonra “Araz-Naxçıvan”ın avrokuboklara vəsiqə şansı nə qədərdi? Nəzərə alsaq ki, növbəti tur oyun “Neftçi”yə qarşı olacaq. “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılovun “Football-plus.az”a cavabı:

“Demçenko gələndən bir müddət sonra komanda yaxşı oyun sərgiləyir. Uduzduğumuz oyunlarda da istədiyimiz oyun olur. Komandadaxili ab-havada yaxşıdı. Hər məşqçinin öz taktiki sxemi olur. Bu sistemi də Andrey yavaş-yavaş komandaya aşılaya bilir. Son oyunlarda da inkişaf görünür. “Sabah”la oyun da bunu göstərdi. “Sabah” elə-belə komanda deyil, çempionluğa oynayan, lider komandadı. Hakimlər haqda danışmağa ehtiyac görmürəm. Danışsam da, danışmasam da, faydası yoxdu. Olan olub, keçən keçib. Həmişə, hər bir fikrə hörmətlə yanaşmışam. Səhvdi, səhv hamıda olur, başadüşüləndi. O oyunu unudub, qarşıdakı “Neftçi” ilə oyuna köklənmişik. Ciddi və əsas rəqiblərimizdən biridi. Avrokuboklara da şansımız qalır. Səfərdə oynayacağıq. Andrey Demçenko gələndən sonrakı ilk oyundan fərqli maraqlı, gərgin matç olacaq. İnşallah, çalışacağıq ki, yaxşı nəticə qazanıb, avrokubok mübarizəsində qalaq, sonda da vəsiqə qazanaq”.


MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Aprel 2026 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri