Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb FOTO
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Astara Gömrük İdarəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
APA xəbər verir ki, ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kərəviz və kahı” yükü daşıyan nəqliyyat vasitəsində 58 kiloqram 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana aşkar olunub. Ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə müsadirə edilib.
Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobili kinoloji xidmət itinin tətbiqi ilə ətraflı gömrük yoxlamasından keçirilib. Nəticədə nəqliyyat vasitəsindəki iki paletdə gömrük nəzarətindən gizlədilən narkotik vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:“Astara” gömrük postunda 30 kiloqramdan artıq marixuana aşkarlanıb
18 Avqust 2025 12:32
29 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
20 May 2025 11:27
28 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
03 May 2025 11:51
8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
27 Noyabr 2024 10:35
7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
23 Noyabr 2024 10:53
Baxış sayı:32
Bu xəbər 26 Dekabr 2025 07:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















