Daş Salahlıda su problemi Nə vaxt həll olunacaq?
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazax rayonunun Daş Salahlı kəndində uzun müddətdir su probleminin olmasına dair xəbərlər yayımlanıb. Bununla bağlı bəzi sosial şəbəkə hesablarında paylaşılan video materiallarda iddia olunur ki, kəndin müəyyən hissəsində su var, bir hissəsində isə su çatışmazlığı yaşanır.
Bizim.Media-nın yerli bürosu məsələ ilə bağlı Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət edib.
Qurumdan bildirilib ki, qeyd olunan ərazidə suvarma sistemləri Daş Salahlı bələdiyyəsinin balansındadır və problemin başlıca səbəbi bələdiyyənin balansında olan su xəttinin sıradan çıxmasıdır.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Daş Salahlı bələdiyyəsinin sədri Ədalət Hacıyev sözügedən 1 kilometrlik xəttin bərpaya ehtiyacı olduğunu bildirib:
“Yaranmış vəziyyət bizi də narahat edir və problemin həlli istiqamətində işlər görülür”, - deyə Ə.Hacıyev qeyd edib.
Bələdiyyə sədri onu da əlavə edib ki, göstərilən ərazidə yaxın 10 gün ərzində yeni xətt çəkilərək istismara veriləcək.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Sentyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















