Icma.az
close
up
RU
Daş Salahlıda güləş zalı istifadəyə verilib

Daş Salahlıda güləş zalı istifadəyə verilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qazax, 4 iyul, AZƏRTAC

Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda güləşin inkişafı və idman infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu layihələr çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində yeni sərbəst güləş zalı istifadəyə verilib. Daş Salahlı 1 nömrəli tam orta məktəbin 2006-cı il məzunlarının maliyyə dəstəyi ilə inşa olunan idman zalında hazırda 120-yə yaxın yeniyetmə sərbəst güləş üzrə məşq edir.

Yeni idman obyektinin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, federasiyanın baş katibi Pərvin Piriyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AGF-nin Etika və İntizam Komitəsinin üzvü Firdovsi Umudov, U-17 milli komandasının böyük məşqçisi Hacı Əliyev, Qərb bölgəsinin idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, veteran güləşçilər və kənd sakinləri iştirak ediblər.

Qonaqlar güləş zalında yaradılmış şəraitlə tanış olub, gənc idmançılarla söhbət edərək onlara tövsiyələrini veriblər. Bildirilib ki, yeni idman obyektinin istifadəyə verilməsi regionda güləşin inkişafına, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə cəlb olunmasına, eləcə də gələcək çempionların yetişdirilməsinə mühüm töhfə verəcək. Tədbirdə dövlətin idmana göstərdiyi diqqət və qayğı, həmçinin Azərbaycan Güləş Federasiyasının bölgələrdə idman infrastrukturunun inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanıb.

Çıxışlarda qeyd olunub ki, Qazaxın 2026-cı il üçün Azərbaycanın İdman Paytaxtı elan edilməsi rayonda idmanın inkişafına əlavə stimul verib. Daş Salahlıda istifadəyə verilən yeni güləş zalı da bu çərçivədə həyata keçirilən mühüm layihələrdən biri olmaqla, idman infrastrukturunun genişləndirilməsinə, gənclərin sağlam həyat tərzinə təşviqinə və onların idmana marağının artırılmasına xidmət edir.

Tədbir çərçivəsində İslam Həmrəyliyi Oyunlarının mükafatçısı, Daş Salahlı güləş zalının məşqçi-müəllimi Əsgər Məmmədəliyevin rəhbərliyi ilə nümunəvi məşq keçirilib. Daha sonra Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Hacı Əliyevin iştirakı ilə imza mərasimi təşkil olunub.

Azərbaycan Güləş Federasiyası tərəfindən güləş xalçası və zəruri idman avadanlıqları ilə təmin edilən yeni zalın fəaliyyətə başlaması Daş Salahlı və ətraf yaşayış məntəqələrində yaşayan gənclərin daha müasir şəraitdə məşq etməsinə imkan yaradacaq, bölgədə sərbəst güləşin inkişafına əlavə təkan verəcək

Müxbir – Ruslan Novruzoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyul 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri