Icma.az
close
up
RU
Daşınmaz əmlaka görə 90,7 milyon ƏDV qaytarılıb

Daşınmaz əmlaka görə 90,7 milyon ƏDV qaytarılıb

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı layihənin icrası uğurla davam etdirilir. 

“Cebheinfo.az” xəbər verir ki, 2026-cı ilin martın 1-dək portal üzərindən vətəndaşlar tərəfindən ümumilikdə 28.237 müraciət daxil olub. Bu müraciətlərdən 17.072-si üzrə 90,7 mln manat vəsaitin vətəndaşlara ödənilməsi təmin olunub. Eyni zamanda, 9.234 müraciətə müvafiq qaydaların tələblərinə uyğun olaraq imtina edilib və ya ödəniş üzrə əməliyyatlar uğursuz olub.

2026-cı ilin ilk 2 ayı ərzində portal vasitəsilə ümumilikdə 1.265 müraciət daxil olub. Həmin müraciətlərdən 964-ü üzrə 6,0 mln manatdan çox vəsaitin ödənilməsi təmin olunub. 206 müraciət üzrə isə imtina qərarı verilib və ya əməliyyatlar uğursuz olub.

Vətəndaşların müraciətləri üzrə imtina hallarına səbəb olan əsas məqamlar aşağıdakılardır:

-Son ödəniş tarixindən etibarən 90 gün ərzində müraciətin edilməməsi;

-Ödəniş təyinatında e-qaimə məlumatlarının əks olunmaması;

-Ödəniş zamanı ƏDV və əsas məbləğin ayrı-ayrılıqda ödənilməməsi;

-Ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi.

Qeyd edək ki, ödənişin tam və ya bir hissəsi alıcı tərəfindən deyil, başqa şəxs tərəfindən aparıldıqda, müraciətlər ödəniş tarixinə həmin nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən etibarnamə olduğu halda nəzərə alınır. 

Bundan əlavə, yaşayış və qeyri-yaşayış sahəsinin dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının depozit hesabına ödənildiyi təqdirdə, məbləğ geri qaytarılır. 

Dövlət Vergi Xidməti tərəfindən mənzil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericiliyə uyğun qaydada təqdim etmələri tövsiyə olunur.

Məlumat üçün bildirək ki, portal istifadəyə verildikdən sonra bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 3.914 sayda müvafiq məlumat forması təqdim edilib. Bu istiqamətdə vergi orqanları tərəfindən müvafiq monitorinq və təhlil işləri aparılır.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri