Icma.az
close
up
RU
GDU da kitab sərgisi açılıb

GDU da kitab sərgisi açılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncə, 14 may, AZƏRTAC

Gəncə Dövlət Universitetinin (GDU) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Oxu, araşdır, kəşf et” adlı kitab sərgisi təşkil olunub. Sərgidə universitetin rektoru Yusif Yusibov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, layihənin əsas məqsədi tələbə və əməkdaşlar arasında mütaliəyə marağın artırılması, universitetin elektron kitabxanasının imkanlarının tanıdılması, eləcə də kitab mübadiləsi mədəniyyətinin təşviq edilməsidir.

Tədbir çərçivəsində GDU-nun elektron kitabxanasından istifadə qaydalarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Bununla yanaşı, elmi nəşrlər, monoqrafiyalar və bədii ədəbiyyat nümunələri oxucuların diqqətinə çatdırılıb.

Tədbirin maraq doğuran hissələrindən biri “Kitab paylaş, bilik qazandır” adlı kitab ianə qutusunun yaradılması olub. Bu təşəbbüsə qoşulan tələbə və müəllimlər kitab fonduna çoxsaylı nəşrlər hədiyyə ediblər.

“Oxu, araşdır, kəşf et” layihəsi universitetdə oxu mədəniyyətinin inkişafına, informasiya resurslarından istifadənin genişləndirilməsinə və kitabxana xidmətlərinin daha yaxından tanıdılmasına töhfə verir. Tədbirə, həmçinin Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi müxtəlif kitab nümunələri ilə dəstək göstərib.

Qeyd edək ki, yaxın günlərdə universitetin bütün tədris korpuslarında kitab sərgisinin təşkil olunması nəzərdə tutulur.

Müxbir - Elcan Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see402

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see283

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see278

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see272

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see269

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see267

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see265

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see263

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see262

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see261

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see247

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see239

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see239

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see238

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see237

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see237

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see236

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see235

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri