Daşkəsəndə qidadan zəhərlənən şəxslərin SON DURUMU AÇIQLANDI
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Ötən gün Daşkəsən rayonunda üç nəfər zəhərlənib.
Oxu.Az xəbər verir ki, onların bir ailənin üzvü olduqları və qidadan zəhərləndikləri bildirilib.
Zəhərlənən şəxslərin vəziyyətləri ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlar artıq evə buraxılıb.
"Fevralın 24-də, saat 20:50-də üç nəfər (biri kişi, ikisi qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Onlara mədə-bağırsaq sisteminin dəqiqləşdirilməmiş funksional pozğunluğu diaqnozu qoyulub və hər üç şəxsə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri kafi qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb, - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 25 Fevral 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















