Icma.az
close
up
RU
Daşkəsəndə yaylaqda dava: 44 yaşlı kişi həmyerlisini baltaladı TƏFƏRRÜAT

Daşkəsəndə yaylaqda dava: 44 yaşlı kişi həmyerlisini baltaladı TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Daşkəsən rayonunda 1981-ci il təvəllüdlü Əlvan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Vüqara (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 16 iyun 2023-cü ildə Daşkəsən rayonunun kəndi ərazisində yerləşən yay otlaq sahəsində baş verib. 
Əlvan sərxoş vəziyyətdə olan Vüqar ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onun sağlamlığına qəsdən xəsarət yetirmək qərarına gəlib. Bu niyyətlə özünə məxsus balta ilə ardıcılıqla qəsdən bir dəfə sağ qoluna xəsarət yetirib. 
Daha sonra qəsdən bir dəfə yumruqla boyun nahiyəsinə və qəsdən bir dəfə təpiklə döş qəfəsinə zərbələr endirib. Vüqara müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əlvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, hadisə günü, axşam saat 6-7 radələrində təsərrüfatında saxladığı xırda buynuzlu heyvanları yay otlaq sahəsində otaran zaman oğlu Şahin ona zəng edərək tanımadığı bir nəfər şəxsin alaçıqlarının yaxınlığına ucadan ünvansız nalayiq söyüşlər söydüyünü, itlərə daş atdığını deyib: 
“Bundan sonra alaçıqla olduğum yer arasında xeyli məsafə olduğum üçün təxminən bir saat sonra ailəmin olduğu alaçığın yaxınlığına getdikdə hələ də, həmin şəxsin orada olduğunu gördüm. Yaxınlaşan zaman həmin söyüş söyən şəxsin əvvəllər tanıdığım Vüqar olduğunu gördüm. Vüqarın hərəkətlərindən sərxoş vəziyyətdə olduğunu hiss etdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Vüqara “nə gəzirsən mənim arxacımın yanında” soruşub və Vüqar “dədəninmi yeridi bura” deyərək ünvanına nalayiq ifadə işlədib: 
“Bu zaman qarşılıqlı olaraq Vüqarın ünvanına söyüş söyən zaman sərxoş vəziyyətdə qəsdən yumruq zərbəsi ilə məni vurmağa cəhd göstərdi. Vüqara sərxoş vəziyyətdə olduğunu dedim, ondan çıxaraq getməsini xahiş etdim. Vüqar yenidən ünvanıma nalayiq söyüş söyüb təkrar qəsdən mənə doğru yumruq zərbəsi atdı. Bu zaman geriyə doğru çəkildim, əsəbləşərək əlimdə olan balta ilə Vüqarın atdığı yumruq zərbəsinin qarşısını almaq üçün onun sol qoluna bir dəfə zərbə endirdim. Buna baxmayaraq Vüqar təkrar sağ qolu ilə mənə yumruq zərbəsi atmaq istəyən zaman əlimdə olan balta ilə qəsdən onun sağ qoluna bir dəfə zərbə endirdim. Həmin vaxtı oğlum və avtomobildən düşərək ora gələn Malik bizi ayırdı. Həmin vaxtı orada yaranmış səs-küylərinə arvadım gəldi. Daha sonra Malik Vüqarı zorla avtomobilinə mindirərək oradan uzaqlaşdı”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüqarın sözlərinə görə, iyunun 16-da, axşam saat 6-7 radələrində həmkəndlisi Malik ilə birlikdə nahar etdikdən sonra kənd ərazisində yerləşən otlaq sahəsini gəzməyi qərara alıblar: 
“Bu məqsədlə Malikin idarə etdiyi minik avtomobil ilə otlaq sahəsinə getdik. Malik otlaq sahəsinə çatdıqda minik avtomobilini yüksək dağlıq ərazidə saxladı. Bundan sonra  minik avtomobilindən düşdüm. Avtomobildən düşərək otluq sahədə arxası üstə uzandım, dağları seyr etməyə başladım. Həmin vaxtı Malik minik avtomobilindən düşmədi. Arxası üstə yerdə uzandığım yerdən təxminən 100 metr uzaqlıqda iki ədəd alaçıq olduğunu gördüm. Arxası üstə uzanıb dağları seyr edən zaman qəflətən Əlvan əlində balta ilə yanıma gəldi və “nə gəzirəsn burda” ifadəsinə işlətdi. 
Əlvana istirahət etmək üçün gəldiyimi dedim. Bu zaman Əlvan heç nə demədən əlində olan balta ilə qəsdən bir dəfə baş nahiyəmə zərbə endirmək istədi. Mən sol qolumu yerə söykəndım, uzanıqlı vəziyyətdə olduğum üçün dərhal sağ qolumu Əlvanın baş nahiyəmə endirmək istədiyi baltanın qarşısına tutdum. Baltanın kəsici hissəsi sağ qoluma dəydikdə, qolumun bərk ağrımasını hiss etdim. Mən ayağa qalxdıqda Əlvan təkrar əlində olan balta ilə qəsdən mənə xəsarət yetirmək istədi. Mən sol qolumu baltanın qarşısına tutdum. Əlvanın məni vurmaq istədiyi baltanın kəsici hissəsi sol qoluma dəydi və sol qolumun bərk ağrımasını hiss etdim. Həmin vaxt Malik avtomobildən düşərək gəldi, Əlvanı saxladı və bizi araladı”. 
Bu cinayət işinə Daşkəsən Rayon Məhkəməsində baxılıb. 
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən Əlvanən barəsində olan cinayət təqibinə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri