Icma.az
close
up
RU
Daşlara yazılan yalan: tarixi saxtalaşdırma cəhdi Bir məbədin SİRRİ

Daşlara yazılan yalan: tarixi saxtalaşdırma cəhdi Bir məbədin SİRRİ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tarix boyu Qafqaz coğrafiyası zəngin mədəniyyətlərin, dini inancların və tarixi abidələrin vətəni olub. Bu torpaqlar müxtəlif xalqların izlərini daşısa da, bu izlərə sahib çıxmaq, onları saxtalaşdırmaq və mənimsəmək cəhdləri də az olmayıb. Bu cəhdlərin başında isə erməni ideoloqları dayanır. Onların əsas hədəflərindən biri də Azərbaycanın qədim və tarixi torpaqlarında yerləşən abidələri, xüsusilə dini memarlıq nümunələrini öz adlarına çıxmaqdır. Bu kontekstdə Gəncəsər monastırı xüsusi diqqət çəkir.
Hələ qədim dövrlərdən Qarabağ ərazisində xristianlıq və müsəlmanlığın mövcud olması insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərib. Bu, eyni zamanda özünü Qarabağda aparılan tikinti işlərində də biruzə verib.
İndiki Azərbaycan Respublikasının ərazisində mövcud olmuş qədim Qafqaz Albaniyası dövləti eramızdan əvvəl III əsrdən eramızın VIII əsrinədək yaşayıb. Qafqaz Albaniyasında İslamdan əvvəl xristianlıq yayılıb. Qafqaz Albaniyasının bir vilayəti kimi Qarabağ bölgəsi də o vaxtlar xristianlığın yayıldığı ərazilərdən biri olub.
Həmin dövrlərdə Qarabağda bir sıra xristianlıq abidələri inşa olunub. Belə abidələrdən biri də Qarabağın Vəngli kəndinə (Ağdərə rayonu) yerləşən əzəmətli Gəncəsər məbədidir. Xaçınçayın sol sahilində yerləşən bu məbəd XIII əsr alban monastırıdır. Gəncəsər məbədi XIX əsrə qədər Qafqaz Albaniyası Katolikosluğunun dini mərkəzi olub.
Bu monastrın divarındakı daş kitabənin epiqrafik yazısına görə, abidə alban knyazı Həsən Cəlal və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib.
Gəncəsər məbədinin yerləşdiyi Vəngli kəndi həm də tarixən Qafqaz Albaniyasındakı Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Xanabert qalası da məhz Vənglidə yerləşir.
Gəncəsər monastırı digər Alban abidələrindən öz layihəsinin mükəmməlliyi və mürəkkəbliyi ilə seçilir. Kompleks kilsə, dəhliz, ictimai xidmət və yaşayış otaqları qrupundan ibarətdir. Monastır cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Buradakı kilsə xaçvari-günbəzli kvadrat formalıdır və səliqəli kəsmə daşlardan tikilib.
VIII əsrdə Qafaz Albaniyasında (Azərbaycanda), o cümlədən Qarabağda İslam dininin qəbul edilməsi yeni bir mərhələnin başlanğıcını qoydu. Bölgədə çoxlu sayda məscidlər inşa edilsə də, xristian məbədləri də saxlanıldı.
1985-ci ildə bərpa edilmiş Gəncəsər monastırı Azərbaycan hökuməti tərəfindən “Dünya əhəmiyyətli mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.
Təəssüf ki, Vəngli kəndi 1993-cü ildən 2023-cü ilə kimi Ermənistan silahlı qüvvələrinin və Qarabağdakı erməni separatçılarının işğal altında olub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bəyan edib ki, işğal dövründə abidə erməni vandalizminə məruz qalıb. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğalçı ölkə memarlıq abidəsinin üzərində qanunsuz “təmir-bərpa” işləri aparıb. 
Həmin dövrdə abidənin memarlıq quruluşu və interyeri ermənilər tərəfindən qanunsuz olaraq dəyişikliklərə məruz qalıb. Divar yazıları korlanıb, abidənin bir neçə daş yazıları, eləcə də Qafqaz Albaniyası dövrünə aid xeyli sayda ornament və simvollar tamamilə silinib, onlardan bir çoxunun forması dəyişdirilərək tanınmaz hala salınıb. Gəncəsər məbədinin daxili divarları erməni dilində yazılarla “bəzədilib”. Eyni zamanda, kompleksin daxilindəki knyaz Həsən Cəlalın qəbri üzərindəki sinə daşı sındırılıb. İşğalçıların məqsədi tarixi saxtalaşdırmaq, bu qədim abidəni özününküləşdirmək və onu dünyaya “erməni kilsəsi” kimi təqdim etmək idi. Onlar dəfələrlə belə təqdimatlara cəhdlər də ediblər.
Halbuki, XIX əsrə qədər Qarabağda erməni etnik kütləsi yaşamayıb. Onlar bölgəyə XIX əsrdə Rusiya imperiyasının himayəsilə əsasən İran və digər yerlərlən köçürülüblər.
Ermənilər Qafqazda kök salmağa başlayanda, onların əsas ideoloji xətti qədim alban məbədlərini və xristian abidələrini erməni kilsəsinə tabe etdirmək, daha sonra isə bu abidələrin guya “erməni memarlıq nümunəsi” olduğunu sübut etməyə çalışmaq idi. Bu məqsədlə Qafqaz Albaniyasına məxsus kilsələrin və monastırların üzərindəki alban yazıları silinir, dəyişdirilir və yerinə erməni əlifbasında yazılar əlavə edilirdi. Gəncəsər monastırı da bu talanı yaşamış abidələrdəndir.
Ermənilər Gəncəsər monastırını “Qanczasar” adlandırırlar. Gəncəsər monastırının kitabələri və arxitektura xüsusiyyətləri onun alban mənşəli olduğunu açıq şəkildə ortaya qoyur. Tədqiqatçılar burada istifadə olunan ornamentlər, yazı formaları və planlaşdırmanı Qafqaz Albaniyasına aid memarlıq üslubu ilə bağlayırlar. Lakin bu tarixi reallığa baxmayaraq, ermənilər monastırı “erməni kilsəsi” kimi təqdim edərək beynəlxalq aləmdə yanlış təsəvvürlər yaratmağa çalışırlar.

Qeyd edək ki, Gəncəsər monastırı 30 illik erməni işğalı dövründə qanunsuz yollarla Qarabağa gələn xarici turistlərin ən çox ziyarət etdiyi abidə olub.
Bu saxtalaşdırmanın arxasında sadəcə mədəni mənimsəmə yox, həm də siyasi məqsədlər dayanır. Ermənistan tərəfi Qarabağın dağlıq hissəsinin tarixi boyunca guya ermənilərə aid olduğunu iddia etmək üçün bu cür abidələrə söykənərək "tarixi əsaslar" yaratmağa çalışır.
30 il Ermənistanın işğalı altında qalan Vəngli kəndi 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində azad olundu. Beləliklə də tarixi Gəncəsər məbədi də azadlığa qovuşdu.
2023-cü il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məşhur Gəncəsər monastırının ucaldığı tarixi Vəngli kəndini ziyarət etdi və bu torpaqların əsl sahiblərinin azərbaycanlılar olduğunu bütün dünyaya göstərdi.
Gəncəsər monastırı Azərbaycanın qədim tarixidir!
A.Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 İyun 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri