Daşların gizli gücü: Ruhani inanc, yoxsa sadəcə biznes? VİDEO KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Pul gətirən, sevgini cəlb edən, ağrıları azaldan və hətta qan təzyiqini tənzimləyən daşlar…
KONKRET.az xəbər verir ki, son vaxtlar bu siyahıya hamilə qadınları qoruduğuna inanılan daşlar da əlavə olunub.
Qulağa qeyri-adi gəlsə də, belə inanclara güvənib təbii daş mağazalarından alış-veriş edən, özünə “uyğun daş” seçənlərin sayı az deyil.
Bəs bu iddiaların elmi əsası varmı? Daşların həqiqətən də belə gücləri ola bilərmi?
Psixoloq Vüsalə Əmiraslanova bildirir ki, insanın psixoloji problemi olduqda müalicə yalnız mütəxəssislərin birgə fəaliyyəti ilə mümkündür:
“Əgər biz həmin insana desək ki, get daşı al, yaxşılaşacaqsan, o heç kimə inanmayacaq. Çünki bu halda problem onun psixi durumundadır və müalicə olunmalıdır”.
Mama-ginekoloq Şölə Əkbərova da vurğulayır ki, tibbdə möcüzəvi daş anlayışı yoxdur:
“Təsdiqlənmiş tibdə belə daşlar mövcud deyil. Biz onları heç bir halda pasiyentlərə tövsiyə etmirik, məsləhət də görmürük”.
Ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 Sentyabr 2025 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















