Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Data məlumat mərkəzləri və ya tütün şirkətlərinin təcrübəsi

Data məlumat mərkəzləri və ya tütün şirkətlərinin təcrübəsi

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1991-ci ildə həkimlər və tütün əleyhinə fəallar Co Camel obrazına qarşı kampaniyaya başladılar. Reklamlarda təqdim olunan cizgi dəvəsi artıq 30 ildir ki, siqaret çəkirmiş kimi təsvir olunur və uşaqların rəğbətini qazanırdı. ABŞ Konqresinin materiallarında yer alan məlumatlara görə, 1990-cı illərin əvvəllərində azyaşlı siqaret çəkənlər arasında Camel markasının payı təxminən 2–3 faizdən 13 faizə yüksəlmişdi. Nəticədə tütün şirkətləri reklam kampaniyasını dayandırmağa məcbur oldular.

Oxşar nümunələri McDonald’s şirkətinin fəaliyyətində də görmək mümkündür. Uşaq oyun zonaları və Happy Meal menyuları fastfudu uşaqlar üçün əyləncəli bir təcrübəyə çevirmişdi. Neft-qaz korporasiyaları isə onilliklər ərzində ABŞ məktəblərində ekoloji mövzulu dərslərin maliyyələşdirilməsində iştirak edirdilər.

Bu kampaniyaların arxasında eyni prinsip dayanır: manipulyasiyanı tanımaqda çətinlik çəkən auditoriya seçilir, ona mesaj oyun və ya mehriban cizgi personajı vasitəsilə çatdırılır, daha sonra isə məhsula sadiq istehlakçı nəslinin yetişməsi gözlənilir. Belə təsirlərə müqavimət göstərmək çətindir. Çünki təqdim olunan məzmun reklam təsiri bağışlamır, əksinə, səmimi maraq və dostyana münasibət kimi görünür.

Bu gün süni intellekt sənayesi də oxşar üsullardan istifadə etməyə başlayıb. “Wired” nəşrinin yazdığına görə, Microsoft, Google və Amazon kimi iri texnologiya şirkətləri uşaqlar üçün müxtəlif təhsil proqramları hazırlayırlar. Onların cizgi filmlərində məlumat mərkəzləri mühəndisliyin maraqlı və heyrətamiz nümunələri kimi təqdim olunur. Məktəblilər server mərkəzlərinə ekskursiyalara aparılır, bulud texnologiyaları şirkətlərinin təşkil etdiyi müsabiqə və olimpiadalarda mükafatlar qazanırlar.

Formal baxımdan bu tədbirlər maarifləndirmə və uşaqlarda STEM sahələrinə — elmə, texnologiyaya, mühəndisliyə və riyaziyyata marağın artırılmasına xidmət edir. Lakin tənqidçilərin fikrincə, bu fəaliyyətlərin başqa bir tərəfi də var: gələcək nəsildə texnologiya şirkətlərinə qarşı müsbət münasibət və uzunmüddətli sədaqət formalaşdırmaq.

Texnologiya korporasiyaları yetkin əhalinin artan narazılığı ilə də üzləşirlər. Nəhəng məlumat mərkəzləri böyük həcmdə elektrik enerjisi və su sərf edir, bu resurslar uğrunda yerli əhali ilə rəqabət yaradır. Belə obyektlərin tikintisi bəzi ərazilərdə sakinlərin etirazlarına və hakimiyyət orqanlarının icazə verməkdə tərəddüd etməsinə səbəb olur.

Bu şəraitdə məlumat mərkəzlərini uşaqlıqdan sevən və onların fəaliyyətini müsbət qəbul edən nəslin yetişdirilməsi gələcəkdə ictimai müqavimətin azalmasına xidmət edə bilər. Ən azı, bu cür proqramlara tənqidi yanaşanların irəli sürdüyü ehtimallardan biri budur.

Uşaqlar valideynlərinin qərarlarına da təsir göstərə bilirlər. Maraqlı ekskursiyadan qayıdan uşaq gördüklərini ailəsinə həvəslə danışır, texnologiya şirkətlərinin mesajlarını öz sözləri ilə çatdırır. Beləliklə, şirkətin təqdim etdiyi məzmun ailə daxilində də yayılır və uşağın səmimi marağı valideynlərə təsir göstərən amilə çevrilir.

Serverlər haqqında cizgi filmlərinin özlüyündə zərərli olduğunu demək olmaz. Uşaqlara texnologiyanın necə işlədiyini öyrətmək vacib və faydalı məqsəddir. Ancaq maarifləndirmə ilə kommersiya maraqları arasındakı sərhəd də diqqətdən kənarda qalmamalıdır. Təqdim olunan məlumatın obyektivliyi, məlumat mərkəzlərinin enerji və su sərfiyyatı, ətraf mühitə təsiri və yerli icmaların narahatlıqları da uşaqlara izah edilməlidir.

Bir vaxtlar “Co Camel” obrazı tütün sənayesinin gənc auditoriyaya çatmasına kömək edirdi. Bu gün texnologiya şirkətlərinin də öz cizgi qəhrəmanları və daha müasir təqdimat üsulları var. Onların əsaslandırması isə daha inandırıcı səslənir: guya məqsəd yalnız uşaqlara dünyanın necə işlədiyini başa salmaqdır.

Əsas sual budur: uşaqlara texnologiyanı öyrədirik, yoxsa onları gələcəyin korporativ istehlakçılarına çeviririk? Bu iki məqsəd arasındakı fərqi müəyyənləşdirmək üçün maarifləndirici proqramların məzmununa və təqdim olunan məlumatların nə dərəcədə obyektiv olduğuna diqqətlə yanaşmaq lazımdır.

Müəllif: Pavel Dukaç

Hazırladı Ağagül Mürsəlov,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Oktyabr 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri