Dava zamanı yola yıxılan şəxsi mikroavtobus vurub öldürdü VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İki qrup arasında yaşanan dava zamanı müvazinətini itirərək yolun hərəkət hissəsinə yıxılan şəxsi mikroavtobus vurub.
Avtosfer.az xəbər verir ki, Türkiyənin Mardin şəhərində baş verən hadisənin görüntüləri bir mağazanın təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, şəhərin Midyat rayonunda bir iş yerinin qarşısında iki qrup arasında baş verən mübahisə qısa müddət ərzində bıçaqlı davaya çevrilib. Bir-birləri ilə süpürləşən tərəflərdən Faruk A. müvazinətini itirərək yolun hərəkət hissəsinə yıxılıb və onu mikroavtobus vurub. Ətrafdakı vətəndaşların çağırışı ilə hadisə yerinə 112 Təcili Tibbi Yardım və polis əməkdaşları gəlib. Faruk A.-ya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb, lakin edilən bütün müdaxilələrə baxmayaraq Faruk A.-nı xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 24 İyun 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















