Icma.az
close
up
RU
Davamlı ailədaxili münaqişələr uşaqlarda özünə inamsızlıq yaradır PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

Davamlı ailədaxili münaqişələr uşaqlarda özünə inamsızlıq yaradır PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ailədə baş verən dava-dalaş, söz-söhbət və mütəmadi münaqişələr uşağın psixologiyasına son dərəcə mənfi təsir göstərir. Ailə hər bir uşağın həyatında ilk və ən vacib sosial mühitdir. Uşaq bu mühitdə ilk dəfə sevgi, güvən, dəstək və münasibət anlayışları ilə tanış olur. Əgər ailə daxilində müsbət emosional atmosfer hökm sürürsə, uşaq da özünü təhlükəsiz və dəyərli hiss edir. Lakin əgər evdə daim mübahisə, qışqırıq və aqressiya müşahidə olunursa, bu, uşağın emosional sabitliyini pozur, qorxu, narahatlıq və gərginlik hissləri formalaşdırır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, uşaqlar yaşlarından asılı olmayaraq, valideynlər arasında baş verən gərginliyi çox yaxşı hiss edirlər. Hətta danışmağa başlamamış körpələr belə evdəki emosional ab-havanı duyur və buna uyğun reaksiya verirlər: "Uşağın valideynləri arasında baş verən münaqişələri müşahidə etməsi, onun təhlükəsizlik duyğusunu sarsıdır və nəticədə müxtəlif psixoloji pozuntular ortaya çıxa bilər. Bunlara yuxusuzluq, gecə enurezi (yataq islatma), iştahasızlıq, həddindən artıq susqunluq və ya əksinə, aqressiv davranışlar daxil ola bilər. Dava-dalaşın təsiri yalnız uşağın indiki psixoloji vəziyyəti ilə məhdudlaşmır. Bu cür mühitdə böyüyən uşaq gələcəkdə formalaşdıracağı münasibətlərdə də problemlərlə üzləşə bilər. Məsələn, uşaq valideynlər arasında hörmətsizlik, təhqir, fiziki və ya emosional zorakılıq müşahidə edibsə, bu cür münasibət modelini normal qəbul edə bilər və gələcəkdə ya zorakılığı qəbul edən, ya da tətbiq edən bir fərdə çevrilə bilər.

Bundan əlavə, davamlı ailədaxili münaqişələr uşaqlarda özünə inamsızlıq yaradır. Onlar özlərini dəyərsiz və lazımsız hiss edə bilərlər. Bəzən uşaqlar valideynləri arasındakı münaqişələrə görə özlərini günahkar bilirlər, bu isə dərin emosional travmalara yol aça bilər. Məhz bu səbəbdən bir çox uşaq məktəbdə dərslərə diqqət yetirməkdə çətinlik çəkir, yaşıdları ilə ünsiyyətə girmək istəmir və ya müəllimlərinə qarşı aqressiv davranışlar nümayiş etdirir. Ailədə olan münaqişələrin uşaq üzərindəki təsiri zamanla dərinləşə və xroniki hala keçə bilər. Bu isə uşağın həm psixoloji, həm də sosial inkişafına əngəl yaradar. Ona görə də valideynlər ailədaxili münasibətlərə xüsusi həssaslıqla yanaşmalı, mübahisə və fikir ayrılıqlarını uşaqların qarşısında deyil, sakit və nəzarətli şəkildə həll etməyə çalışmalıdırlar. Əgər bu mümkün deyilsə və vəziyyət nəzarətdən çıxırsa, mütləq şəkildə psixoloq dəstəyi alınmalıdır.

Unutmaq olmaz ki, sağlam ailə mühiti sağlam cəmiyyətin təməlidir. Valideynlər öz davranışları ilə uşaqlara həyat dərsi verirlər. Onlara sevgi, hörmət və anlayış göstərilən bir mühit təqdim etsək, uşaqlar da bu dəyərlərlə böyüyəcək və gələcəkdə sağlam, məsuliyyətli və empatiya qabiliyyəti yüksək fərdlərə çevriləcəklər. Ailə daxilində sülh və harmoniyanın qorunması təkcə valideynlərin deyil, bütövlükdə cəmiyyətin rifahı üçün mühüm əhəmiyyət daşıyır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 İyul 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri