Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Davamlı yorğunluq bu 5 xəstəliyin əlaməti ola bilər ARAŞDIRMA

Davamlı yorğunluq bu 5 xəstəliyin əlaməti ola bilər ARAŞDIRMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uzunmüddətli və güclü yorğunluğun bir sıra xəstəliklərlə əlaqəli ola biləcəyi müəyyənləşdirilib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın Şərqi İngiltərə Universiteti və Oxford BioDynamics şirkətinin alimləri müxtəlif xəstəliklər zamanı yaranan güclü yorğunluğun ortaq bioloji mexanizmini aşkar ediblər.

Araşdırmanın nəticələri “Journal of Translational Medicine” jurnalında dərc olunub.

Alimlər xroniki yorğunluq sindromu, uzunmüddətli COVID-19, posttravmatik stress pozuntusu (PTSP), revmatoid artrit və dağınıq sklerozdan əziyyət çəkən insanların genom məlumatlarını təhlil ediblər.

Müəyyən olunub ki, bu xəstəliklər ayrı-ayrı genlər səviyyəsində bir-birindən fərqlənsə də, DNT-nin hüceyrə daxilində yerləşmə və fəaliyyət mexanizmi araşdırıldıqda onların ümumi tənzimləyici şəbəkələrə təsir etdiyi məlum olub.

Tədqiqatçılar bildiriblər ki, sözügedən xəstəliklərin hamısı immun sisteminin fəaliyyətinə, maddələr mübadiləsinə və hüceyrələrdə enerji istehsalına təsir göstərir. Bu isə xəstələrdə uzunmüddətli və ciddi yorğunluğun yaranmasına səbəb ola bilər.

Araşdırmada EpiSwitch Orion platformasından istifadə edilib. Bu texnologiya DNT ardıcıllığını ənənəvi üsulla oxumaq əvəzinə genomun üçölçülü quruluşunu və onun hüceyrələrdə necə fəaliyyət göstərdiyini təhlil etməyə imkan verir.

Tədqiqatın aparıcı müəllifi, Norviç Tibb Məktəbinin professoru Dmitri Pşejetski bildirib ki, müxtəlif xəstəliklərə səbəb olan amillər fərqli olsa da, nəticədə eyni fundamental bioloji proseslər pozulur və ağır yorğunluq yaranır.

Alimlər həmçinin T-hüceyrələrinin tükənməsi ilə əlaqəli LAG3 molekulunu müəyyən ediblər. Bu vəziyyət immun sisteminin uzun müddət aktiv vəziyyətdə qalmasından sonra zəifləməsi ilə xarakterizə olunur.

Tədqiqatçılar hesab edirlər ki, bu mexanizm ilkin xəstəlik və ya infeksiya aradan qalxdıqdan sonra belə bəzi insanların niyə uzun müddət özünü pis hiss etdiyini izah edə bilər.

Alimlərin fikrincə, xüsusilə xroniki yorğunluq sindromu və uzunmüddətli COVID-19 zamanı xəstələrə dəqiq diaqnoz qoyulması çətinləşir. Tədqiqat müəllifləri yeni yanaşmanın gələcəkdə obyektiv qan analizlərinin və müxtəlif xəstəliklərdə yorğunluğun müalicəsinə yönəlmiş daha universal üsulların hazırlanmasına imkan verəcəyinə ümid edirlər.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri