Icma.az
close
up
RU
David Biro: Azərbaycan olmadan TDT ölkələri arasında real və fasiləsiz əlaqəni təsəvvür etmək mümkün deyil

David Biro: Azərbaycan olmadan TDT ölkələri arasında real və fasiləsiz əlaqəni təsəvvür etmək mümkün deyil

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucu ölkələrindən biridir və coğrafi mövqeyinə baxdıqda bütün Türk dünyasında ən mühüm strateji yerlərdən birində yerləşir. Orta Asiyadan gələn əsas nəqliyyat dəhlizlərinə nəzər salsaq, onların Xəzər dənizini aşaraq məhz Azərbaycandan keçdiyini görürük. Azərbaycan olmadan Türk Dövlətləri Təşkilatı ölkələri arasında real və fasiləsiz əlaqəni təsəvvür etmək mümkün deyil. Türk dünyası coğrafi bir məkan kimi qəbul olunursa, bu məkanın mərkəzi əlaqə nöqtəsi Azərbaycandır.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Macarıstanın Dövlət İdarəçiliyi Universitetinin Ludoviko Türkoloji Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi və koordinatoru David Biro deyib.

O qeyd edib ki, Azərbaycanın yeri yalnız Türk Dövlətləri Təşkilatında deyil, daha geniş geosiyasi mənzərədə də son dərəcə vacibdir. Azərbaycan Avropa İttifaqının da etibarlı tərəfdaşıdır. Cənubi Qafqazdan Avropa bazarlarına keçən enerji və nəqliyyat boru kəmərlərinə nəzər saldıqda açıq şəkildə görünür ki, Azərbaycan Qərbdən Şərqə uzanan beynəlxalq əməkdaşlıq xəritəsində strateji mövqe tutur. Məhz buna görə, Azərbaycanın olmadığı bir halda Türk dünyası ölkələri arasında real əlaqədən danışmaq mümkün olmazdı.

“Bu, mənim Azərbaycana ilk səfərim deyil. Bu, beşinci və ya altıncı səfərimdir. Daha əvvəl COP29 Konfransında iştirak etmişəm, ADA Universitetində tədqiqat səfərlərində olmuşam. Biz burada geosiyasət, humanitar məsələlər, ətraf mühit və iqlim böhranı kimi mühüm sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edə bilirik. Biz burada bir araya gəlməklə həm problemləri, həm də gələcək imkanları daha yaxşı dəyərləndirə bilər, Türk xalqlarının gələcəyinə dair ortaq vizyon yarada bilərik”, - deyə macarıstanlı nümayəndə vurğulayıb.

O, COP29 ilə bağlı fikirlərini də bölüşüb: “COP29-un əhəmiyyəti ondan ibarətdir ki, bu gün dünyanın qarşılaşdığı ən böyük problemlərdən biri iqlim dəyişməsidir. Azərbaycan fosil yanacaq ehtiyatları ilə zəngin olsa da, mən ölkənin gələcəyə yönəlmiş vizyonunu yüksək qiymətləndirirəm. Azərbaycan həm mövcud enerji resurslarını qoruyub saxlayır, həm də paralel şəkildə yaşıl enerji və yaşıl gələcək strategiyasına keçid edir. “Yaşıl dəhliz” layihəsi bu baxımdan son dərəcə önəmlidir. Azərbaycan COP29 kimi böyük bir tədbiri təşkil etməklə göstərdi ki, region ölkələri iqlim problemləri ilə mübarizədə birgə hərəkət etməyə hazırdır. Bu, təkcə fosil yanacaqlara əsaslanan model deyil, Azərbaycan artıq bərpaolunan enerji mənbələrinə keçid istiqamətində ciddi addımlar atır. COP29 Azərbaycanın öz simasını, qlobal iqlim proseslərinə verdiyi töhfəni və gələcəyə yönəlik strateji baxışını nümayiş etdirməsi üçün vacib bir platforma olub”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see288

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see228

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see167

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see163

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see148

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see146

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see142

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see140

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see132

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see130

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see129

Azərbaycana gələn erməni nümayəndələr Bakını gəzdilər Fotolar

22 Noyabr 2025 17:43see128

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see127

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see127

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see126

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see126

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see125

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see124

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri