Davit Volkovun yubiley qolu
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Davit Volkovun yubiley qolu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
“Zirə”nin futbolçusu Davit Volkov qəsəbə klubunun heyətində 50-ci qolunu vurub.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının XII turuna təsadüf edib. Gürcüstanlı hücumçu “İmişli” ilə səfər görüşündə (2:2) qol sevinci yaşayıb.
Volkov “Zirə”nin heyətində meydana çıxdığı 156-cı matçda “50”yə çatıb. Premyer Liqada 42 (124 oyun) dəfə fərqlənən forvard ölkə kubokunda 3 (18 oyun), avrokuboklarda 5 (14 oyun) dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, “Zirə”də ilk qolunu 2020-ci il matın 8-də “Səbail”lə səfərdəki çempionat matçında vuran hücumçu klubunun tarixinin ən yaxşı bombardiridir.
Baxış sayı:55
Bu xəbər 23 Noyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















