Icma.az
close
up
RU
Davos müsahibəsi: Azərbaycan geosiyasətin güclü və müstəqil aktoru

Davos müsahibəsi: Azərbaycan geosiyasətin güclü və müstəqil aktoru

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

K.Əlioğlu

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasına səfəri çərçivəsində Davosda Çinin CGTN telekanalına geniş müsahibə verib. Müsahibə həm mövzu baxımından, həm də Azərbaycanın siyasi kursunun təhlili kontekstində son dərəcə maraqlı tezislərlə zəngindir. Onların siyasi-nəzəri təhlili çox vacib məsələdir. İlham Əliyev müsahibəsində Azərbaycanın müxtəlif istiqamətlərdə həyata keçirdiyi siyasəti dünyanın aktual problemləri fonunda dəqiq ifadə edib. Orada daxili siyasətin mühüm aspektləri ilə xarici siyasətin prioritetləri arasında koordinasiya aşkar duyulur. Bundan başqa, Azərbaycanın fokuslandığı konkret geosiyasi hədəflər göstərilir.

Davosda Azərbaycan "havası"

İsveçrə dünyanın ən çox inkişaf etmiş məkanlarından biridir. Davos İqtisadi Forumu isə uzun illərdir ki, qlobal miqyasda aktual olan siyasi, geosiyasi, iqtisadi və s. məsələləri müzakirə etmək üçün yüksək səviyyəli təmsilçilərin toplaşdığı tədbirdir. Həmin tədbirə artıq davamlı olaraq Azərbaycan Prezidenti dəvət edilir. Orada İlham Əliyevin keçirdiyi görüşlər, çıxışları və kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə müsahibələri həmişə böyük maraq doğurub. Bu, Azərbaycanın dünya miqyasında müsbət imicinin formalaşması prosesinin tərkib hissəsi kimi qəbul edilə bilər.

Davosda bu il keçirilən tədbirdə də Azərbaycanın imzası özünü göstərdi. Öncəki illərdən bir fərq də göründü. Bu, nədən ibarət idi? Bu dəfə Azərbaycana həm Qərb, həm də Şərqin əsas güc mərkəzləri geniş məkanda təsir gücünə sahib dövlət kimi baxırdılar. Müxtəlif dövlətlərin başçıları və yüksək səviyyəli rəsmilər Azərbaycanla əməkdaşlığın qlobal miqyaslı platformalarını müzakirə edirdilər. İş adamları ilə aparılan müzakirələrdə isə ən yeni texnologiyalara dair aktual məsələlər gündəmdə idi.

Bütün bunların fonunda Çinin nüfuzlu CGTN telekanalının Prezident İlham Əliyevdən aldığı müsahibədə qoyulan sualların məna sahəsi diqqət çəkir.

Birincisi, çinli jurnalistin tərtib etdiyi suallar müxtəlif sferaları əhatə edirdi. Həmin suallar, əsasən, uğurlar əldə etmiş Azərbaycan dövlətinin bundan sonra atacağı addımlarla bağlı idi. Yəni, öncədən Çin mediasının təmsilçisi İlham Əliyevi uğurlar əldə edən siyasi lider kimi qəbul etmiş və sualların Azərbaycan Prezidentinin təcrübəsini bölüşməsi aspektində cavablandırılmasına yönəltmişdi.

İkincisi, Çinin qüdrətli dövlət olaraq Azərbaycan ilə perspektivli əməkdaşlığın davamlı və dayanıqlı olmasında marağı açıq duyulurdu. Çinli jurnalistin hətta Qərb-Azərbaycan münasibətlərinə və ya, ümumiyyətlə, iqtisadi proseslərə aid suallarının da bir tərəfi Çinin maraqlarına dayanırdı. Bu, həm Azərbaycanın əhəmiyyətinə verilən qiymət, həm də Bakı ilə strateji aspektdə əməkdaşlıqda maraqlı olmaq deməkdir.

Nəhayət, çinli jurnalistin Azərbaycanın dövlət başçısına ünvanladığı sualların fonunda 2020-ci ilin sentyabr-noyabr aylarında bir sıra Qərb dövlətlərinin media qurumlarının məkrli davranışlarında sətiraltı ifadə edilən qərəzli münasibətə yenidən nəzər salmaq marağı yaranır. Həmin dönəmdə İlham Əliyev qətiyyətlə, dəmir məntiqlə, milli maraqlara uyğun, ədalətli və obyektiv addımları ilə fərqlənmişdi. İndi də dövlət başçısı eyni qətiyyət, məntiq və inamla sualları cavablandırırdı. Lakin çinli jurnalistin suallarından qalib bir dövlətin uğurlu liderinə sayğılı münasibət aydın duyulurdu!

Bütövlükdə Azərbaycan "havası" Davos Forumuna ayrıca bir "geosiyasi təravət" gətirmişdi. Prezident İlham Əliyevin müsahibədə irəli sürdüyü hər bir tezis bu kontekstdə çox maraqlı və əhəmiyyətli təsir bağışlayır. Kompleks halda isə həmin tezislər Azərbaycan rəhbərliyinin yeni tarixi mərhələdə siyasi kursunun mühüm parametrlərini, regional və qlobal miqyaslarda Azərbaycanın xarici siyasətinin əsas özəlliklərini əks etdirir. Bu fikirlərin bir qisminin üzərində geniş dayanmaq lazım gəlir.

Azərbaycan və dünyanın beynəlxalq öhdəlikləri

İlham Əliyev politoloji aspektdə ilk dəfə idi ki, dünyanın üzərinə götürdüyü hüquqi öhdəliklərin prizmasından İkinci Qarabağ müharibəsinin geosiyasi mənasından bəhs edirdi. Öncələr də məsələnin bu tərəfinə toxunulmuşdu. Ancaq Davosda verilən müsahibədə məsələyə çox geniş kontekstdə özünü göstərən faktorların kompleks təsiri fonunda baxılırdı. Burada əsas məqam beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməkdən ibarətdir. Bununla yanaşı, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğunluq məsələsi də qoyulur. Nəhayət, bu problemin həllində beynəlxalq təşkilatların passivliyi önə çəkilir.

İlham Əliyev göstərir ki, dünya üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilmədi. Azərbaycan lideri üçün məsələnin bu tərəfi başlıca yer tutur. Yəni, ərazi bütövlüyü və suverenliyi təmin edilməyən ölkə müstəqil deyildir. Bu səbəbdən dövlətin öz müstəqilliyini təmin etməsi üçün hər bir addımı atmaq hüququ vardır. İkinci Qarabağ müharibəsi bu hüququ təmin etdi!

Prezident müsahibədə bu prosesi yığcam şəkildə aşağıdakı kimi ifadə edib: "Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var".

Bəs bu hadisənin qlobal səviyyədə Azərbaycanın yeri və roluna necə təsiri olub?

Çoxqütblü dünyada Bakının yeri və rolu

Politoloqlara görə, bu, mürəkkəb və geniş təhlil tələb edən problemdir. Çünki Azərbaycan 44 günlük Vətən müharibəsində elə bir geosiyasi "inqilab" edib ki, müxtəlif miqyaslarda bir çoxlarının əbədi tərpənməz saydığı "geosiyasi daşlar" yerindən oynayıb. Çox çətin vəziyyətə salınmış Cənubi Qafqaz dövlətlərindən biri həm müstəqil iqtisadiyyat quraraq regional liderliyə yüksəlib, həm də ərazi bütövlüyünü bərpa edib, bir qədər sonra isə suverenliyinə nail olub.

Bu, ekspertlərin daha çox diqqət yetirdiyi məsələnin əsas tərəfidir. Bununla yanaşı, Davosdakı müsahibədə İlham Əliyev problemi bir qədər geniş, lakin olduqca əhəmiyyətli geosiyasi kontekstdə aktuallaşdırır. Yəni, Azərbaycanın "daşları yerindən oynatması" müstəqil bir dövlətin ərazi bütövlüyü və suverenliyini təmin etməsi ilə məhdudlaşmayaraq, dünyada milli maraqların yaxşı müdafiə edildiyi əlaqələr şəbəkəsinin də qurulmasına gətirib çıxarıb. Bu, xarici siyasətin strateji prioritetlərini düzgün müəyyən etmək sferasına keçidi nəzərdə tutur.

Məsələ onunla bağlıdır ki, müstəqillik və suverenliyin tam təmini mütləq beynəlxalq miqyasda mövqelərin möhkəmlənməsi ilə tamamlanmalıdır. Cənubi Qafqaz kimi mürəkkəb regionda bunu həyata keçirmək asan məsələ deyildir. Azərbaycan üçün isə bir neçə maneəni aşmağı nəzərdə tuturdu.

Əvvəla, Ermənistan və havadarlarının illərlə yaratdıqları etimadsızlıq mühitini dağıtmaq lazım gəlirdi.

İkincisi, real layihələrlə Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut etmək gərək idi.

Üçüncüsü, regional və beynəlxalq təşkilatlardakı fəaliyyətləri elə koordinasiya etmək lazım idi ki, yekunda Azərbaycan üçün strateji tərəfdaşlar və müttəfiqlərin sayı artsın.

Dördüncüsü, Prezidentin vurğulanan müsahibədə ifadə etdiyi aşağıdakı tezis maraq doğurur: " … bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi".

Bu istiqamətlərin uğurunu təsdiq edən faktlardan biri Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi, Qoşulmama Hərəkatına sədrlik etməsi və TDT-də aparıcı dövlət olmasıdır.

Qoşulmama Hərəkatı, COP29 və TDT-dəki fəaliyyət Azərbaycanın qlobal geosiyasət kontekstində daha bir əhəmiyyətli xüsusiyyətini ortaya çıxarır. Prezident İlham Əliyev müsahibəsində onu " … bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi" kimi ifadə edib.

(ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see167

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see144

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see141

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see137

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see133

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see130

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri