Icma.az
close
up
RU
Davosda Azərbaycan gündəliyi: investisiya və əməkdaşlıq dialoqunun yeni mərhələsi

Davosda Azərbaycan gündəliyi: investisiya və əməkdaşlıq dialoqunun yeni mərhələsi

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Prezident İlham Əliyevin Davos gündəliyi olduqca səmərəli və məzmunlu keçir. Səfərin ilk günündə dünyanın nüfuzlu investisiya, maliyyə, rəqəmsal texnologiya şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlər Azərbaycanın iqtisadi və investisiya cəlbediciliyinin, maliyyə qüdrətinin nümunəsi və eyni zamanda, ölkəmizə olan böyük geoiqtisadi marağın təzahürü kimi qiymətləndirilə bilər.

Cənab Prezidentin qlobal biznes sektorunun əsas simalarından olan “Vestas Wind Systems”, “BTG Pactual”, “Nordic-Baltic Eight”, “BlackRock”, “Global Infrastructure Partners”, “DP World”,“Carlsberg Group”, “J.P. Morgan”, “Brookfield Asset Management”, “Dell Technologies” şirkətlərinin rəhbər şəxsləri, habelə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə keçirilən görüşləri əməkdaşlığın müasir inkişaf səviyyəsini əks etdirməklə yanaşı, yeni iqtisadi çağırışlar dövründə yeni imkanların dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qlobal fəaliyyət coğrafiyası ilə fərqlənən həmin holdinq və maliyyə qurumlarının əksəriyyəti Azərbaycanın maliyyə aktivlərinin idarə olunmasında yaxın və peşəkar tərəfdaşdırlar və aparılan müzakirələr mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də SOCAR kimi nəhəng enerji təchizatçısı, eləcə də, Azərbaycanın suveren maliyyə institutu olan ARDNF ilə sözügedən şirkətlər arasında yeni strateji prioritetlərin müəyyənləşməsi yeni iqtisadi prioritetlərin gerçəkləşməsi üçün möhkəm zəmin yaradır.
Həmin korporasiyalardan biri ‒ ABŞ-ın “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşün isə ayrıca əhəmiyyəti vardır. Bu, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə beynəlxalq investisiya çağırışları şəraitində yeni aktiv idaretmə təcrübələrinin mübadiləsinin vacib detallarından biridir. Həmçinin digər qlobal şirkətlərlə geniş mübadilə platformaları müasir logistika-kommunikasiya hablarının formalaşmasında ölkəmizin geosiyasi mövqeyinin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Davosda keçirilən digər görüşlər də Azərbaycanın əlverişli investisiya mühiti, işgüzar sərmayə kanallarının genişlənməsi barədə zəngin təqdimat baxımından da əhəmiyyət daşıyır, müasir texnoloji istehsal zəncirlərinin qurulması üçün imkan və dividentlərə yol açır, Azərbaycanın beynəlxalq investorlar üçün yeni kapital qoyuluşları məkanına çevrilməsini təşviq edir, qlobal sərmayədarları fəal dialoq platformasına qoşur.
Prezident İlham Əliyevin Finlandiya və İsrail prezidentləri, Çexiya, Qətər və İraq Kürdüstan Regionunun baş nazirləri və digər liderlərlə görüşləri də ölkələr arasında ikitərəfli münasibətlərin inkişafını və möhkəm etimad ruhunu nümayiş etdirir.
Prezident İlham Əliyevin “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələri ilə görüşü və onların suallarını cavablandırması da maraqla qarşılanıb. Sualları dəqiqliyi ilə cavablandıran, eyni zamanda, məsələlərə konseptual yanaşma sərgiləyən dövlətimizin başçısının xatırlatdığı məqamlar bir neçə kontekstdən səciyyələndirilə bilər.
Birincisi, Azərbaycan dərin islahatlar həyata keçirərək iqtisadiyyatını şaxələndirir, qeyri-enerji sektorunu inkişaf etdirir və bu prosesdə xarici biznes icmaları ilə sıx münasibətləri prioritet hesab edir.
İkincisi, Azərbaycan etibarlı və sadiq tərəfdaşdır, yerləşdiyi regionun və ətraf coğrafiyaların enerji və logistika həmrəyliyində fəal yer alır. Şərq-Qərb enerji və nəqliyyat arteriyalarının müəlliflərindən biri kimi geniş təchizat sistemi qurub. Avropa ölkələrinin enerji ehtiyaclarında da əsas təminatçı dövlət olmaqla, hazırda 10-da çox Aİ ölkəsinə ildə təqribən 13 milyard kubmetr qaz ixrac edir. Avropa Komissiyasının prezidenti ilə əldə edilmiş razılaşmaya əsasən, qaz təchizatının həcminin iki dəfə artırılaraq 16 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Üçüncüsü, Azərbaycanın müasir enerji gündəliyinin əsas səhifəsi həm alternativ enerji arxitekturası qurmaq, həm də qlobal iqlim öhdəliklərinə əməl edən nümunəvi dövlət kimi karbon emissiyalarını azaltmaq, təmiz enerjiyə keçidi təmin etməkdir. Bu istiqamətdə yeni sərmayə proqramı “yaşıl enerji” zonalarının inkişaf etdirilərək bərpaolunan enerjinin istehsalının 8 giqavata çatdırılmasıdır. 2032-ci ilə hesablanmış hədəf ssenarisinə əsasən, külək və günəş enerjisi stansiyalarının qurulması və “yaşıl güclər”in dayanıqlılığı sayəsində 3-4 milyard kubmetr qaza qənaət imkanıdır.
Eləcə də müasir inkişafın əsas bölmələrindən biri kimi müəyyən edilmiş mədənçilik sahəsində yeni dövr başlayıb. Qiymətli metallarla zəngin olan Azərbaycan hazırda ən müasir texnologiyalardan istifadə edilməklə fəal tədqiqat mərhələsinə daxil olub.
Dördüncüsü, müasir nəqliyyat qovşaqlarında fəal yer tutmaq və strateji dəhlizlərin reinteqrasiyasını dərinləşdirməkdir. Azərbaycan bu sahədə qətiyyətli addımlar ataraq qonşu ölkələrlə nəqliyyat bağlantılarının modernləşdirilməsinə irihəcmli sərmayələr yatırıb, başlanğıcını Azərbaycandan götürən, Gürcüstan və Türkiyə ərazisindən keçən və oradan Avropaya və Aralıq dənizi limanlarına gedən dəmir yolu xəttini istifadəyə açıb.
İndi isə Azərbaycandan Şərq istiqamətində layihə üzərində iş aparılır, ötən il Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü olan dövlətimizin niyyətlərindən biri də məhz beşlik formatını altılıq formatına çevirməklə logistikanın coğrafi sxemlərini yeniləməkdir.
Beləliklə, bu unikal siyasət sayəsində Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaq məqsədi daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsinə çevrilir.
Azərbaycan insan kapitalına xüsusi önəm verərək neftdən kənar bölmələrə sərmayə axıcılığını təmin etməklə qeyri-neft iqtisadiyyatının dayanıqlılığını təmin etməkdədir. Dövlət başçısının Davosda iri korporasiya rəhbərləri ilə keçirdiyi görüşlərin də əsas məqsədi bərpaolunan enerji, rəqəmsal inkişaf və müasir texnoloji sektorlara yeni sərmayələrin cəlbinin təşviqidir.
Azərbaycan etibarlı iqtisadi tərəfdaş, xarici sərmayəni qəbul edən və kapitala açıq olan ölkədir. Cənab Prezidentin də bəyan etdiyi kimi bu siyasət Azərbaycanı sərmayədarlar üçün əsas mərkəzlərdən birinə çevirə bilər.

Ramid Namazov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri