Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

Azərbaycan Vyetnam münasibətləri: əməkdaşlıq və tərəfdaşlıqda yeni inkişaf mərhələsi

Azərbaycan Vyetnam münasibətləri: əməkdaşlıq və tərəfdaşlıqda yeni inkişaf mərhələsi

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Yaşadığımız dövrdə Azərbaycan Respublikasının dünya ölkələri ilə diplomatik əlaqələri durmadan inkişaf edir. Bu istiqamətdə 2025-ci ilin 7 may tarixində Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edən Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələsinin əlamətdar hadisəsi idi. Bu əlamətdar hadisənin davamı olaraq 2025-ci ilin 26-29 iyul tarixlərində Bakıda "Vyetnam Günləri"nin say etibarilə üçüncüsü keçirildi ki, bu dostluq tədbiri müasir əməkdaşlığın, strateji tərəfdaşlığın tam məzmununu ehtiva edirdi. Azərbaycanda "Vyetnam Günləri"nin keçirilməsi Hanoyda Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında qərarlaşdırılmışdı. Qeyd edək ki, bu tarixi tədbirin keçirilməsində ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadənin mühüm rolu və təşəbbüskar fəaliyyəti vardır. Qeyd edək ki, Şövqi Mehdizadə Azərbaycanla Vyetnam arasında tarixi dostluq əlaqələrinin müasir mərhələsinin inkişafında müstəsna xidmətləri olan əsl vətənpərvər ziyalılarımızdandır.

"Vyetnam Günləri"ndə Azərbaycan-Vyetnam münasibətlərinin tam simasını ortaya qoymaq məqsədilə mədəniyyət, incəsənət, musiqi, rəssamlıq, elm kimi sahələrdə əməkdaşlıqların müasir mərhələyə qədəm qoyması məqsədi ilə Vyetnamdan çoxsaylı qonaqlar- musiqiçilər, rəssamlar, yazıçılar, alimlər, iş adamları və rəsmi şəxslər Bakıya səfərə gəldilər. Tədbirlər 2025-ci ilin iyulun 26-sı Vyetnam nümayəndə heyətinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəki (ADNSU) Vyetnamın xalqının Lideri Prezident Ho Şi Minin Memorial otağının ziyarət etməsi ilə başlanıldı. Qeyd edək ki, bu görüşün tarixi təməlləri vardır. Hələ 70-80-ci illərdə Vyetnam neft sənayesinin aparıcı mütəxəssisləri məhz Azərbaycan Sənaye İnstitutunda, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəki (ADNSU) təhsil alaraq ölkələrinə peşəkar mütəxəssislər kimi dönmüşlər. Memorial otaq 7-8 may 2025 tarixlərində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri zamanı Vyetnamın PetroVyetnam və SOCAR şirkətinin təşəbbüsü ilə açılmışdı.

"Vyetnam Günləri"nin açılış mərasimi Bakının mərkəzində, doğma İçərişəhərimizdə Qız Qalası meydanında - konsert və kulinariya proqramı ilə başladı. Gün ərzində qonaqlara ənənəvi Vyetnam çayı və qəhvəsinin dequstasiyası, Vyetnam rəssamlarının əsərləri və hədiyyələr təqdim edildi. Vyetnam aşpazları, kulinarları Azərbaycan mətbəxinin ləziz yeməkləri, keyfiyyətli ərzaq məhsulları haqqında düşüncələrini paylaşmaqla birlikdə öz milli mətbəx məsələlərində həssaslıqlarını nümayiş etdirdilər. Qeyd etdilər ki, Vyetnam mətbəxinin Azərbaycan xalqına tam ləzzəti ilə təqdim olunması üçün onlar hazırlanan yemək və içəcəklərin ərzaqlarını Vyetnamdan gətirmişdilər.

"Vyetnam Günləri"nin açılış mərasimi axşam saatlarında Qız Qalası meydanında Azərbaycan Səfirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Hanoy Ticarət və Turizm Kollecinin birgə təşkilatçılığı ilə həyata keçirildi. Tədbirdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, energetika nazirinin müavini Orxan Zeynalov, Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Hicran Hüseynova, qrupun digər üzvləri, millət vəkilləri, ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Elmlər Akademiyasının Vyetnam ədəbiyyatının araşdırmaçıları və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri Rüfət Mahmud, həmçinin şəhərimizin sakinləri və turistlər iştirak edirdilər.

"Vyetnam Günləri"nin açılış mərasimində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud iki ölkə arasında münasibətlərin dostluq və qardaşlıq çərçivəsində inkişaf etdirilməsinin iki qədim Şərq mədəniyyətinin biraraya gəlməsi kimi əlamətdar hadisə olaraq qiymətləndirərək, üçüncü dəfə keçirilən bu tədbirlərin ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın gələcək əməkdaşlıqlara yol açdığını qeyd etdi. 

Açılış tədbirində çıxış edən Vyetnamın Siyasət İdarəetmə və İnkişaf Strateji İnstitutunun (IPADS) direktoru xanım Le Nquyen Thien Nqa, Hanoy Ticarət və Turizm Kollecinin direktoru Trinh Thi Thu Ha (Vyetnam nümayəndə heyətinin rəhbəri) təəssüratlarını ifadə edərkən ölkələrimiz arasında elan olunmuş strateji əməkdaşlığın, keçirilən tədbirlərin mühüm əhəmiyyətini qeyd etdilər.

Açılış mərasimində həmçinin Azərbaycanın tanınmış sənət adamları tədbirin rənagarəng keçirilməsində yaxından iştirak edərək sənət körpülərinin inşa edilməsinə öz töhfələrini verdilər.  Vyetnamın milli geyimlərinin Au Zay (Ao Dai) təqdimatından sonra Vyetnamın tanınmış ifaçıları Nguyen Dinh Hao, xanım Ngo Huong Diep, xanım Phan Thi Minh Chau və xalq artisti xanım Fidan Hacıyevanın iştirakı ilə konsert proqramı baş tutdu. Saatlarca davam edən, coşqusunu, ünsiyyət hərəkətliliyini qoruyan tədbirlər çərçivəsində iştirakçılara Vyetnam mətbəxinin ləziz təamları təqdim olundu. Bolluq və bərəkətin, mehribanlığın, mədəni qaynaşmağın timsalına çevrilmiş tədbirdə qonaqlar səmimiyyətlə sonuna kimi iştirak etdilər.

"Vyetnam Günləri"nin qarşılıqlı qonaqpərvərlik ənənələri əsasında reallaşan tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi, "İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam hökumətlərarası komissiya"nın Azərbaycan tərəfindən həmsədri cənab Pərviz Şahbazovun adından qonaqlara və iştirakçılara ziyafət verildi.

İştirakçısı olduğum əməkdaşlıq tədbirləri Vyetnam nümayəndə heyətinin, möhtərəm qonaqların Heydər Əliyev Mərkəzini, Azərbaycan Dövlət Televiziyası, Milli Elmlər Akademiyasını, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini (ASAN Xidmət), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini ziyarət etmələri ilə davam etdi. Həmçinin Vyetnam alimləri Milli Elmlər Akademiyası Rəyasət heyətində akademik İsa Həbibbəylinin qonağı oldular. Azərbaycan-Vyetnam çoxtərəfli münasibətlərinin elmi əməkdaşlıqlar çərçivəsində davam etdirilməsi yönündə keçirilən görüş elmi əməkdaşlıqların gələcək perspektivlərini müəyyənləşdirdi. Azərbaycan Milli Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsində Vyetnam ədəbiyyatının, ayrı-ayrı şairlərin və yazıçılarının yaradıcılıqlarının ədəbi əlaqələr kontekstində öyrənilməsi, kitab və elmi məqalələrin çap olunması qonaqları olduqca sevindirdi. Əsərləri dünyada tanınan Vyetnamın tanınmış dedektiv yazarı xanım Nguyen Dieu Linh, Hanoy universitetinin professoru Nguyen Van Chien elmi-ədəbi əməkdaşlıqların inkişaf etdirilməsi yönündə təkliflərlə çıxış etdilər.  Qeyd edək ki, Hanoy universitetinin professoru Nguyen Van Chien ikinci dil olaraq rus dilindən istifadə etməklə Azərbaycan ədəbiyyatından seçmə tərcümə əsərləri ilə tanınır. Görüşdə vyetnamlı elm və ədəbiyyat adamları Hanoy universitetində "Türkologiya", "Azərbaycan ədəbiyyatı" kafedralarının yaradılması təşəbbüsü ilə çıxış etdilər. Bu təklifi rəğbətlə dəstəkləyən akademik İsa Həbibbəyli yaradılacaq bölümlərin kitablarla təmin edilməsində və digər məsələlərdə əlindən gələni əsirgəməyəcəyini söyləyərək mütəşəkkir düşüncələrini ifadə etdi.

26-29 iyul 2025-ci il tarixlərində Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşəbbüsü ilə gerçəkləşən "Vyetnam Günləri" Bakı şəhərinə çox sayda dağlar, vadilər, çaylar və sahil xətləri ilə zəngin olan Şərqi Asiyanın tarixi, mədəniyyəti, ekzotik təbiəti ilə seçilən ölkəsi olan Vyetnamın nəfəsini, mədəniyyətlər qovşağı olan ölkənin ruhunu gətirdi. Azərbaycan və Vyetnam xalqını həmçinin ruhsal bağlar, milli mənəvi dəyərlər birləşdirir. Azərbaycan və Vyetnam xalqını ümumi ortaqlığını yaradan amillərdən biri əzmkarlıq ruhudur, vətənpərvərlik ruhu, döyüş ruhu, vətəni üçün bütün sədləri aşmağa qadir olan milli mücadilə, milli müqavimət ruhudur. Ümidvaram ki, xalqlarımızı birləşdirən əzmkarlıq ruhu ölkələrimizin çoxtərəfli münasibətlərinin inkişaf etdirilməsində, əməkdaşlıq və tərəfdaşlıq missiyalarının layiqincə reallaşmasında, gələcək perspektivlərin yolunun aydınlanmasında hər zaman mənəvi təməl olacaq.

Sevda MƏMMƏDOVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin böyük elmi işçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Avqust 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see771

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see574

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see424

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see281

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see193

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see161

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see152

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see151

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see147

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see134

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see133

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see131

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see129

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see129

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see128

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see127

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see124

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see122

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see119

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri