Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Davosda Azərbaycan və onun prezidenti daima diqqət mərkəzindədir

Davosda Azərbaycan və onun prezidenti daima diqqət mərkəzindədir

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfərə gedib. Səfər çərçivəsində bir çox dövlət, hökümət başçıları, dünyamiqyaslı şirkətlərin rəhbərləri ilə görüşüb. Panel müzakirələrin də iştirakçısı olan cənab Prezident eyni zamanda da dünyanın ən nüfuzlu telekanallarından biri olan “Euronyus” kanalına müsahibə verib.

Ümumiyyətlə, Davos zirvəsi zamanı xüsusi qeyd olunmalı məqam ondan ibarətdir ki, Azərbaycan və onun prezidenti daima diqqət mərkəzindədir. Bu məqam yalnız Davos zirvəsi ilə bağlı deyil. Azərbaycanın son illər dünya səhnəsində öz sözünü deməsi, hərbi, siyasi, iqtisadi və bir çox sferalarda fərqlənməsi dünyanı sözün yaxşı mənasında təəccübləndirir.

Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “Euronyus” televiziyasına verdiyi müsahibə əslində Azərbaycanın yeni dünya nizamında öz yerini necə müəyyən etdiyini, hansı prinsiplərlə hərəkət etdiyini və hansı siyasi-fəlsəfi yanaşmanı əsas götürdüyünü açıq şəkildə ortaya qoyur. Dövlət başçısının qeyd etdiyi kimi daxili sabitlik Azərbaycanın xarici siyasətdə cəsarətli addımlar atmasına və regional layihələrin mərkəzi qovşağına çevrilməsinə imkan verən əsas faktordur. Daxili risklərin minimallaşdırılması ölkəyə imkan verir ki, bütün diqqətini və resurslarını xarici mühitdən gələ biləcək neqativ təsirlərin qarşısını almağa yönəltsin.

Siyasətçilər və siyasi şərhçilər yaxşı bilirlər ki, ölkələrin xarici siyasəti daxili siyasətinin davamıdır. Ölkə daxilində məsələləri səhmana salmayan dövlət beynəlxalq arenada öz sözünü deyə, gərək olanda əlini zəhmlə masaya vura bilməz. Azərbaycanın milli təhlükəsizlik strategiyasının ən güclü sütunu ölkə daxilindəki sarsılmaz sabitlikdir. Uzun illərdir aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan daxilində hər hansı ciddi risk faktoru və ya dövlətçiliyə təhdid törədə biləcək qüvvə mövcud deyil. Keçmiş Qarabağ məsələsinin zəfərlə başa çatması, ölkə daxilində sosial-iqtisadi vəziyyət yaxşılaşması və əhalinin rifah səviyyəsinin yüksəlməsi nəticə etibarı ilə xalq - iqtidar birliyini daha da gücləndirmişdir. Bu da son təhlildə Azərbaycanın dünyada nüfuzuna müsbət təsir etmişdir.

Dünya sözün həqiqi mənasında dəyişir. Dünyanı yüz il əvvəlki qaydalarla idarə etmək mümkün deyil. Dünya ilə bərabər streotiplər də dəyişir. Artıq dünyanın güclü aktorları bir-bir sıradan çıxır, onları yeni, daha fəal ölkələr əvəz edir. Əməkdaşlıqlar, strateji tərəfdaşlıqlar, yeni qaydalar və yeni dünya nizamı formalaşır. Cənab Prezidentin son müsahibəsi Azərbaycanın yeni dünya nizamında fərqli və məsuliyyətli aktor kimi çıxış etdiyini göstərir.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün dünyada beynəlxalq hüquq yoxdur. Kim güclüdürsə, o da haqlıdır prinsipi hökm sürür. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti dəfələrlə keçmiş Qarabağ münaqişəsinin həlli zamanı beynəlxalq hüquqa inandığını qeyd etmişdir. Lakin son nəticə torpaqlarımızı öz gücümüzlə azad etdik. Güc qaydasının hökm sürdüyü bir dövrdə Azərbaycan gücünü hüquqla, hüququnu isə milli maraqlarla tarazlaşdırmağı bacaran nadir dövlətlərdən biri kimi dünya tarixinə öz imzasını atmışdır.

Azərbaycan əhali və ərazi baxımından elə də böyük olmasa da, Azərbaycan böyük tarixə və dəyərlər toplusuna malik bir cəmiyyətdir. Prezident cənab İlham Əliyev ölkəmizin dəyərlər kodeksini, milli maraqlara söykənən siyasətini dünya siyasətinə çox asanlıqla transformasiya etməyi bacarmışdır. Azərbaycanın beynəlxalq hüququna əsaslanan xarici siyasəti - heç bir dövlətin daxili işinə qarışmamaq prinsipi, əməkdaşlıqlar zamanı qarşılıqlı mənfəət, tərəfdaşlarının da maraqlarını müdafiə etmək və ən əsası milli maraqları hər şeyin üzərində tutmaq kimi dəyərlər ölkəmizi digərlərindən bariz fərqləndirir. Biz tam məsuliyyətlə deyə bilərik ki, cənab İlham Əliyev beynəlxalq münasibətlər sisteminə əxlaqi dəyərlər toplusu gətirib.

Müasir dünyada enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. İndi elə bir dövrdə yaşayırıq ki, bütün dövlətlər təbii sərvətlərini öz ehtiyaclarına həsr edirlər. Belə olan bir halda Azərbaycan öz təbii ehtiyatlarını dünya ilə milli maraqları çərçivəsində paylaşmağa hazırdır və paylaşır. Bu gün Azərbaycanın Avropanın ən etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Cənubi və Cənub-Şərqi Avropada bir çox dövlətlər Azərbaycan qazından istifadə edir və bir çoxları isə qazımızı almaq üçün artıq müracət ediblər. Demək olmaz ki, təbii sərvətlər hər zaman xöşbəxtlik gətirir.  Amma ağıllı və müdrik liderlər təbii sərvətləri doğru istifadə edərək xöşbəxtliyə səbəb ola bilirlər. Deməli, ən böyük xöşbəxtlik, sərvət elə insan özüdür.

Bu müsahibə yalnız informativ xarakter daşımır. Sətiraltında düşünülmüş siyasi çərçivədə və mənayüklü ismarıclar var. Ümumiyyətlə, cənab Prezidentin istər daxili auditoriyaya hesablanmış çıxışları, istərsə də xarici mətbuat orqanlarına verdiyi müsahibələr, bəyanatlar, fikirlər hər kəs tərəfindən doğru, düzgün təhlil edilməli və nəticələr çıxarılmalıdır.

Yeri gəlmişkən, elə Davos zirvəsi zamanı Serbiyanın dövlət başçısı Aleksandar Vuçiçin cənab Prezident haqqında səsləndirdiyi real həqiqəti əks etdirən fikirlərini də ümumiləşdirsək, o qənaətə gələrik ki, möhtərəm İlham Əliyev müasir dünyanın ritmini duyan, siyasi proseslərin axarını zamanında qiymətləndirən dünya miqyaslı liderlərdəndir. Məhz “Euronyus” kanalına verdiyi sonuncu müsahibə bu və bu kimi bir çox müsbət amilləri bir daha təsdiq etdi.

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyasının

Suraxanı rayon təşkilatının sədri


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri