Icma.az
close
up
RU
Enerji bazarında MÜƏMMA Davosdan verilən mesajlar qiymətləri necə dəyişdi?

Enerji bazarında MÜƏMMA Davosdan verilən mesajlar qiymətləri necə dəyişdi?

Icma.az, Bizim media saytına istinadən bildirir.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Başa vurduğumuz həftə enerji bazarlarının dəyişkənliyi ilə yadda qaldı. Çünki bazarlar kəskin siyasi gərginlik yaşanan bir zamanla baş-başa qalıblar. Əsas siyasi hadisələr isə Davosda cərəyan edirdi.
 

MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın güclənən QLOBAL MÖVQEYİ – Davos Forumunun nəticələri və gələcək PERSPEKTİVLƏR


Davos-2026
Yola saldığımız həftə dünyanın diqqəti İsveçrənin Davos şəhərində keçirilən sayca 56-cı Ümumdünya İqtisadi Forumuna yönəlmişdi. Davos bu il iqtisadi həll yollarının axtarıldığı platformadan daha çox, qlobal siyasi gərginliyin nümayiş olunduğu məkanı xatırladırdı.
Forumun əsas mövzusunun faktiki olaraq ABŞ və prezident Donald Trampın siyasi ritorikası ətrafında formalaşması isə təsadüf deyildi. ABŞ bu gün təkcə dünyanın ən böyük iqtisadiyyatı deyil, həm də qlobal iqtisadi qaydaları yenidən yazmaq iddiasında olan əsas oyunçu kimi meydandadır. Vaşinqton artıq kompromis axtaran tərəf kimi deyil, şərtləri diktə edən mərkəz kimi çıxış edir.
Trampın Avropanın enerji siyasətinə yönəlik sərt tənqidi Forumun ən diqqətçəkən məqamlarından biri oldu. Bu tənqid təkcə iqtisadi yox, geosiyasi məzmun daşıyırdı. ABŞ Avropanın bir tərəfdən enerji təhlükəsizliyini riskə atan sürətli “yaşıl keçid”ini, digər tərəfdən isə bahalı enerji səbəbindən rəqabət qabiliyyətini itirməsini açıq şəkildə vurğuladı. Trampın mesajı aydındır: Avropanın mövcud enerji strategiyası onu həm sənaye baxımından zəiflədir, həm də ABŞ-nin enerji ixracından daha asılı bazara çevirir.
Qlobal bazarlar
Bəs enerji bazarları Davosdan verilən mesajlarına reaksiya verdimi? Bəli, amma qeyri-müəyyənlik ab-havasında. Nəticədə qlobal bazarlar həftə boyu daha çox turbulentlik nümayiş etdirtdi. Brent markalı neftin bir gün 65 dollar həddini aşması, ertəsi gün isə yenidən geri çəkilməsi bazarın fundamental dəyişikliklərə deyil, risk gözləntilərinə reaksiya verdiyini göstərdi.
Qaz bazarları isə Davosdan gələn sədalara daha kəskin münasibət bəslədi. Belə ki, həftə əvvəli Niderlandın TTF qaz qovşağında təhvil verilməklə satılan qazın 1000 kubmetri 423 dollara olsa da, artıq yanvarın 22-də ən bahalı partiyası 505 dollaradək bahalaşdı. Düzdür, sonradan 487 dollaradək eniş olsa da, amma bu ötən ilin orta qiymətindən düz 57 dollar çox idi.
Qaz statistikası
Onu deyim ki, bu həftə Azərbaycanın ötən il qazını orta hesabla hansı qiymətə ixrac etməsi də bəlli olub. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2025-ci ildə Azərbaycan təqribən 25,2 milyard kubmetr qaz ixrac edib. Azərbaycandan ixrac edilən qazın dəyəri 8,82 milyard dollar təşkil edib. Bu statistikadan çıxış etsək, onda görərik ki, Azərbaycan ötən il ixrac etdiyi təbii qazın 1000 kubmetrini orta hesabla qiyməti 350,23 dollar təşkil edib.

Xatırladım ki, ötən ilin dövlət büdcəsi tərtib edilərkən Azərbaycan qazının orta ixrac qiyməti 242 dollardan proqnoz edilmişdi. Onun proqnoz göstəricilərindən 45% baha satılması qaz sektorumuz üçün pozitiv bir göstəricidir. 


Davosdakı Azərbaycan sədası
Davos Forumuna başda Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin geniş nümayəndə heyəti ilə qatılması ilk öncə bu beynəlxalq platforma çərçivəsində Azərbaycanın gözləntilərindən, həm də Azərbaycana olan diqqətdən xəbər verirdi. Nümayəndə heyətinin tərkibində həm Azərbaycan Dövlət Neft Şirkəti və Dövlət Neft Fondu rəhbərlərinin yer alması isə rəsmi Bakının enerji və bu sektordan əldə edilən vəsaitlərin idarə edilməsi yönümündə daha çevik addımlar atmaq niyyətini göstərirdi.
Azərbaycanın dövlət başçısının çoxsaylı görüşləri və verdiyi mesajlar rəsmi Bakının dəyişən dünyada yerimiz və rolumuz, nəyə fokuslandığımız haqda kifayət qədər dolğun təəssürat yaratmağa imkan verdi. 
Onu vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti Davos Forumunda 19 görüş keçirib: bunlardan 3-ü ölkə prezidentləri ilə, o cümlədən ABŞ prezidenti Donald Trampla, eyni sayda da görüşlər baş nazirlərlə olub. Prezident həmçinin beynəlxalq və maliyyə təşkilatının, həmçinin dünya miqyasında tanınmış şirkət rəhbərləri ilə görüşüb.
Enerjili mesajlar
Mən xüsusi ilə Azərbaycan Prezidentinin enerji sektoru ilə bağlı fikirləri üzərində dayanmaq istərdim. Onlar vacibdir, çünki Azərbaycanın enerji sektorunun perspektivlərinə işıq salır.
Prezident İlham Əliyev Davosda "Euronews" telekanalının təşkil etdiyi "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə bildirib ki, “biz Avropaya qaz təchizatının həcminin iki dəfə - 2021-ci ildəki 8 milyard kubmetrdən 16 milyard kubmetrə qədər artırmaqla bağlı razılığığa gəlmişik”.
 

Qeyd edim ki, 2022-2025-ci illərdə Azərbaycan Avropa İttifaqının xahişi əsasında qaz həcmlərini 2021-ci ildəki 8,1 mlrd kubmetr səviyyəsindən 4,7 mlrd kubmetr və ya 58% artırmağa nail olub.


Prezidentin Azərbaycanın hansı mənbələr hesabına Avropaya qaz ixracının artırılması məsələsinə də aydınlıq gətirib. Dövlət başçısı vurğulayır ki, qaz həcmlərinin Avropaya ixracının artırılması iki mənbə hesabına təmin olunacaq. Birincisi, bizim ixtiyarımızdakı mövcud və yeni qaz yataqlarından əldə ediləcək həcmlər olacaq. İkincisi isə bərpaolunan enerjinin istehsalı Azərbaycana yaxın illərdə qaz həcmlərinə qənaət etməyə imkan verəcək.
Azərbaycan Prezidenti daha sonra maraqlı bir məqama toxunur. Söhbət Azərbaycan iqtisadiyyatına, o cümlədən enerji sektoruna yatırılacaq inverstisiyalardan gedir. “Strateji tərəfdaşlıq nizamnaməsi”nin hazırlanması ilə bağlı işçi qrupun yaradılması haqqında mən və Prezident Tramp tərəfindən tarixi sənədin imzalanmasından sonra Amerika şirkətləri ilə bizim əməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib”, deyə Prezident İlham Əliyev bildirir və əlavə edir ki, həmin sənədin, yəni strateji tərəfdaşlıq xartiyası yekunlaşmaq üzrədir və ümid edirəm ki, bu, növbəti ay baş tutacaq.
Yeni neft bumu
Daha sonra Azərbaycan Prezidenti təəssüf hissi ilə qeyd edib ki, ölkəmizdə neft ehtiyatlarının təbii azalması səbəbindən iqtisadiyyatımız sürətlə inkişaf edə bilmir. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlarımız var. Burada dövlət başçısı beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr versə, Azərbaycanın ikinci neft bumunu yaşaya biləcəyinə dair ümidlərdən danışıb.
Həqiqətən Azərbaycanda neft hasilatının azaldığı dövrdə yenidən onun artımına ümid etmək olarmı?
Düşünürəm ki, mümkündür. Çünki bunun baş verməsi istiqamətində işlər artıq gedir. Əvvəla, Azərbaycanda 2029-cu ilin sonuna bp-nin rəhbərliyi altında “Qarabağ” yatağından ilk neftin çıxarılması planlaşdırılır. Bundan əlavə, 2030-cu ilə qədər “Abşeron” yatağının növbəti fazası çərçivəsində qaz hasilatı zamanı kondensatın, yəni daha yüngül neft həcmlərinin 1,7 mln tonadək artırılması nəzərdə tutulur.
Həmçinin “Ümid” yatağının ikinci mərhələ işləməsi zamanı da maye karbohidrogenlərin artımı nəzərə alınır. Amma bunlar son deyil. Quruda Macarıstan şirkəti “Şamaxı-Qobustan” sahəsində kəşfiyyat zamanı məhz neft əldə etməyə ümid edir. ExxonMobil şirkəti ilə imzalanmış memorandum da Azərbaycanın quru hissəsində neftin axrtarışına köklənib.
Avropa istiqamətli neft ixracımız
Ötən il Azərbaycandan 22 ölkəyə 23 milyon 381 min ton həcmində neft ixrac olunub. Dövlət Gömrük Komitəsinin məlumatlarını təhlil etdikdə görürük ki, 2025-ci ildə Azərbaycan neftinin 95,1%-i Avropa bazarına ixrac edilib. Xatırladım ki, 4 il əvvəl Azərbaycan neftinin yalnız 60%-i Avropa bazarında satılırdı.
SOCAR-ın Afrika layihəsi
Davosda SOCAR-ın Afrikada hasilat layihəsinə qoşulması ölkəmizdən kənardakı layihələr hesabına da neft hasilatını artırmaq arzumuzun gerçəkləşdirilməsidir. Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində SOCAR 10% iştirak payının alınması ilə bağlı İtaliyanın “Eni” şirkəti ilə saziş imzalayıb.
 

Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən nəhəng neft və qaz yatağı 2021-ci ildə kəşf edilib və 2023-cü ildə hasilatına başlanılıb. Neft hasilatın hazırda gündəlik 62 min bareldən 150 min barelə, qazın isə 2,1 mln kubmetrdən təxminən 5,7 milyon kubmetrə çatdırılması nəzərdə tutulur.


SOCAR-ın süni zəkalı zavodu
Amma SOCAR-ın uğuru təkcə hasilat layihələrini genişləndirməklə bitmir. SOCAR-ın Karbamid zavodu Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib, eləcə də Forumun “Rəqəmsal mayak” mükafatına layiq görülüb. Burada maraqlı məqam odur ki, “SOCAR Karbamid” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu təltifə layiq görülən ilk zavod, SOCAR isə dünyada 3-cü dəfə bu mükafata sahib olan yeganə enerji şirkətidir.
2020-ci ildə SOCAR-ın Türkiyədəki "Petkim" neft-kimya kompleksi, 2021-ci ildə isə "Star" neft emalı zavodu bu mükafatı alıb. Bu nailiyyət sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində səmərəli fəaliyyətin, 4-cü sənaye  texnologiyalarının iş prosesinə yüksək effektivliklə tətbiqinin nəticəsidir.
Onu deyim ki, “SOCAR Karbamid” zavodu 2019-cu ilin yanvarında istifadəyə verilib. Yəni burada yeni müəssisə kimi avtomatlaşdırma yüksək səviyyədə olub. Amma 2023-cü ildən zavodda rəqəmsallaşdırma məsələlərinin daha da genişləndirilməsi, həmçinin süni zəka vasitəsi ilə məsələlərin həlli sayəsində zavodun iqtisadi-təsərrüfat göstəricilərində yüksək nəticələr əldə edilib.
Yeni texnoloji həllər zavodda yanacaq sərfiyyatının 24 %-dən çox azalmasına gətirib çıxarıb. Bu isə böyük nailiyyətdir, çünki xammal kimi istifadə edilən təbii qaza qənaət deməkdir. Bundan əlavə, avadanlıqların səmərəli işləməsi, təmirə sərf edilən zamanın azaldılması, əmək məhsuldarlığının artırımı hesabına istehsal edilən məhsulun keyfiyyətini də 10% yüksəltmək mümkün olub.
 

650 min ton istehsal gücündə olan SOCAR-ın karbamid zavodu ölkənin kənd təsərrüfatının ehtiyaclarını ödəməklə yanaşı, Azərbaycanın əsas ixracatçılarından birinə çevrilib. Zavodun məhsulları əsasən Qara dəniz ölkələrinə - Türkiyə, Bolqarıstan, Rumıniya və Ukraynaya ixrac edilir.  Qeyd edim ki, SOCAR-ın digər müəssisəsi SOCAR Metanol da təbii qazın emalı sayəsində metanol yanacağı istehsal edir və bu məhsulun 95%-ni xarici ölkələrdə satır.


Görürsünüzmü, Azərbaycan təbii qaza təkcə xammal kimi baxmır, ondan müxtəlif təyinatlı məhsullar istehsal edərək xarici bazarlara çıxarır. Məhz buna görə də SOCAR-ın Marketinq İdarəsi artıq neçə illərdir ki, həm də Azərbaycanın qeyri-neft sektoru üzrə bir nömrəli quruma çevrilib. Necə deyərlər, dəyəri artıran sahələri inkişaf etdirmək gərəkdir ki, bəhrəsini də daha çox hiss edəsən.
Bizim.Media   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Yanvar 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri