Daxil Vəliyev vəfat etdi
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Daxil Vəliyev vəfat edib.
Pravda.az xəbər verir ki, bu barədə Universitetdən bildirilib.
Daxil Vəliyev 1980-ci ildə anadan olub. 1999-cu ildə Mehdiabad qəsəbə orta məktəbini bitirib. BDU-nun Sosial elmlər və psixologiya fakültəsində “Fəlsəfə” ixtisası üzrə 1999-2003-ci illərdə bakalavr, 2003-2005-ci illərdə magistr təhsili alıb. 2005-2009-cu illərdə Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının aspirantı olub, 2013-cü ildə “Əli Şəriətinin dini-fəlsəfi görüşləri” mövzusunda dissertasiya işini müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
O, 2007-ci ildən BDU-nun Sosial elmlər və psixologiya fakültəsində metodist, 2013-cü ildən isə dekan müavini, müəllim, 2017-ci ildən Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti vəzifələrində çalışıb.
Daxil Vəliyevin tədqiqat sahəsi müasir dövr Şərq və Qərb fəlsəfəsi tarixi olub.
BDU rəhbərliyi və kollektivi Daxil Vəliyevin vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

