Icma.az
close
up
RU
Daxili qoşunlardan yanlız iki halda istifadə olunmasına icazə verilməlidir QÜDRƏT HƏSƏNQULİYEV

Daxili qoşunlardan yanlız iki halda istifadə olunmasına icazə verilməlidir QÜDRƏT HƏSƏNQULİYEV

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb, təkliflərlə çıxış edib.

Gununsesi.info-nun xəbərinə görə, deputat çıxışında qələbənin əldə olunmasında onların da xüsusi rolu olduğunu deyərək, onları da təbrik edib.

“Ölkədə hərbi vəziyyət elan olunandan dərhal sonra respublika üzrə daxili işlər naziri komendant təyin olundu və qələbədən sonra isə daxili işlər naziri Vilayət Eyvazov cənab Prezident tərəfindən Azərbaycan Respublikasının ikinci yüksək təltifi olan Zəfər ordeni ilə təltif edildi. Bu həm də daxili qoşunlara verilən qiymət, onların fəaliyyətinin, xidmətinin əvəzi idi”.

Millət vəkili daha sonra əlavə edib: “Mən, qanun layihəsinin 8.2.14-cü maddəsi ilə bağlı təklif vermək istəyirəm. Burada qeyd olunur ki, daxili qoşunların komandanı Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq daxili qoşunların silah, xüsusi vasitələr, döyüş texnikası və xüsusi texnika ilə təmin edilməsi üçün müqavilələr bağlayır. İnkişaf etmiş, qanunun aliliyinin təmin olunduğu, hakimiyyət bölgüsünün olduğu bütün ölkələrdə silahlı qüvvələrə nəzarəti, həm də kənar nəzarəti Milli Məclis, yəni qanunverici orqan həyata keçirir. Ona görə də bura əlavə olunsun ki, həmin müqavilələr Milli Məclisin müvafiq komitələri tərəfindən təsdiq olunur. Bu, birbaşa nəzarətin təmin olunması üçün son dərəcə önəmlidir”.

Qüdrət Həsənquliyev  daha  daxili qoşunların şəxsi heyəti ilə bağlı bir məsələyə də toxunub.

“Mən, bu barədə də əvvəllər məlumat vermişəm. Bu da ondan ibarətdir ki, həm daxili qoşunların akademiyasında təhsil alan kursantlar, həm də zabitlərlə işə qəbul zamanı əmək müqaviləsi bağlanmalıdır. Yəni, hərbi xidmət keçmək haqqında müqavilə imzalanmalıdır. Müqavilənin nümunəvi forması bu qanuna əlavə olunmalıdır. Orada onların hüquq və vəzifələri dəqiq göstərilməlidir. Əlbəttə, deyilə bilər ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun var və həmin qanunda da bütün hərbi qulluqçuların, o cümlədən də daxili qoşunların əsgər və zabitlərinin statusu müəyyən olunub. Amma, çox təəssüf ki, bu qanuna əməl olunmur. Daxili qoşunlarda xidmət etmiş və hazırda ehtiyatda olan 71 zabit mənə müraciət ediblər. Bunların hamısı Milli Məclisin vasitəsilə daxil olub. Onlar hamısı xahiş edirlər ki, Milli Məclis qanunun icrasının təmin olunmasına kömək etsin. Onlara mənzillər verilmir. Keçən dəfə hörmətli Əli müəllim Prezidentin Fərmanına istinad elədi. Amma Prezidentin Fərmanında həm sərhəd qoşunlarının, həm daxili qoşunların hərbi qulluqçularına ev verilməməsinə dair hər hansı bir müddəa yoxdur. Hesab edirəm ki, bu məsələ öz həllini mütləq tapmalıdır və bu, hərbi qulluqçuların statusu haqqında qanunun 12-ci maddəsinin 7-ci bəndinin tələbidir. Hesab edirəm ki, həmin məsələ də müqavilədə öz əksini tapmalıdır”.
Millət vəkili əlavə edib: “Toxunmaq istədiyim növbəti məsələ, 14-cü maddə ilə bağlıdır ki, daxili qoşunlar öz vəzifələrinin icrasına hansı hallarda cəlb oluna bilərlər. Burada qeyd olunur ki, daxili qoşunlar aşağıdakı vəzifələri həyata keçirirlər. Amma mən təklif edirəm ki, 14.1-ci maddə belə adlandırılsın: daxili qoşunlar ölkədə fövqəladə və hərbi vəziyyət elan olunarkən aşağıdakı vəziyyəti həyata keçirirlər. Buna görə ki, bizim Konstitusiyanın 109-cu maddənin 28-ci bəndinə görə də Prezident silahlı qüvvələrdən təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir. Daxili qoşunlar da silahlı qüvvələrin tərkib hissəsidir və bizdə də o hallarda ki, daxili qoşunlar qeyd olunan vəzifələrin icrasına cəlb olunur, həmin vəzifələr ölkədə fövqəladə vəziyyət elan olunduqda nəzərdə tutulub. Yəni buna görə də tutaq ki, ölkədə dövlət təsisatlarının fəaliyyəti üçün bir təhlükə varsa, yaxud qiyam, dövlət çevrilişi cəhdi, vətəndaşların hüquq və təhlükəsizliyinin qorunmasıyla bağlı problemlər varsa, yaxud kütləvi ixtişaşlar varsa, bu halda Prezident tərəfindən fövqəladə vəziyyət elan olunmalı və bundan sora daxili qoşunlar bu vəzifələrin icrasına cəlb olunmalıdır. Ona görə ki, əvvəla ölkədə sabitlik var. İkincisi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri var-çevik polis alayı. Onlar öz vəzifələrini layiqincə yerinə yetirirlər və hesab edirəm ki, daxili qoşunlardan ölkə daxilində yanlız bu iki halda istifadə olunmasına icazə verilməlidir. Ona görə ki, daxili qoşunlar da, hərbi birləşmələr də silahlı qüvvələrin tərkib hissəsidir. Hərbi birləşmələr də yalnız o halda istifadə olunar ki, ölkədə ya hərbi vəziyyət olsun, ya fövqəladə vəziyyət”.
Millət vəkili diqqətə çatdırıb: “Toxunmaq istədiyim sonuncu məsələ silhalı qüvvələrin fəaliyyətinə parlament nəzarətinin olmaması ilə bağlıdır: “Biz, “Silahlıq qüvvələr haqqında” qanun qəbul edəndə də mən bu məsələyə toxundum. Bizdə silahlı qüvvələrin fəaliyyətinə parlament nəzarəti yoxdur. Dünyanın hər yerində silahlı qüvvələrin fəaliyyətinə nəzarət mümkündür. Baxın, 29-cu maddədə qeyd olunur ki, daxili qoşunların fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin baş komandanı həyata keçirir, daxili qoşunların fəaliyyətinə idarə daxili nəzarəti, yəni burada müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi orqanın, qurumun rəhbəri və daxili qoşunların komandanlığı həyata keçirir. Amma heç bir kənar nəzarət yoxdur. Mən hesab edirəm ki, buna əlavə olunmalıdır ki, daxili qoşunların fəaliyyətinə kənar nəzarəti Milli Məclisin müvafiq komitəsi həyata keçirir. Yəni, mütləq əlində silah olan şəxslərin üzərində mülki nəzarət olmalıdır. Belə olmadığı halda mən hesab edirəm ki, orada baş verənləri tez aşkar edib üzə çıxarmaq, nöqsanları aradan qaldırmaq mümkün olmaz. Bu, dövlətin təhlükəsizliyi üçün də lazımdır, dediyim kimi, baş verə biləcək digər mümkün qanunsuzluqların qarşısını alınması üçün də”.
Millət vəkili həmçinin səsləndirdiyi fikirlərlə bağlı spiker Sahibə Qafarovanın sualını cavablandırıb: “Çox maraqlı və doğru sualdır. Mən ABŞ-ni nümunə göstərmək istəyirəm. Daxili qoşunlarda tutaq ki, daxil olan hər hansı qanun pozuntuları ilə bağlı müvafiq komitələr mütləq dinləmələr keçirə, komitə üzvlərinin hərbi hissələrə, hərbi birliklərə mütəmadi olaraq səfərləri təşkil oluna, onlarin əsgər və zabitlərlə söhbətləri həyata keçirilə bilər. Bundan başqa alınan bütün silahların qiymətləri, məqsədəuyğunluğu, həcmi müvafiq komitələrdə müzakirə olunmalı, həm silah satışı, həm də alışına yalnız komitələrin razı olduğu zaman icazə verilməlidir. Mən, hesab edirəm ki, belə olduğu təqdirdə hərbi hissələrdə tutaq ki, nizamnamə pozuntuları və digər məsələlərlə bağlı nöqsanları aşkar etmək və onun zamanında qarşısını almaq mümkündür. İnkişaf etmiş bütün ölkələrdə silahlı qüvvələr müvafiq komitələrlə birgə işləyirlər. Hesab edirəm ki, bizdə də belə bir nəzarət mexanizmi təşkil olunsa, bu ümumi işin xeyrinə olar. Biz həm də büdcə vəsaitlərinin xərclənməsinə də ciddi nəzarət həyata keçirə bilərik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 Oktyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri